Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1897/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materialdan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarı ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev apellyasiya qaydasında şikayət verib birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən Bakı şəhər BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın dəyişdirilmədən qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixdə saat 14:49-da idarə etdiyi “BYD Seal 05 Plug-in Hibrid” minik markalı **-QM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə H.B.Zərdabi küçəsində hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, eləcə də bu Məcəllənin müvafiq maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları tərədərək bir il ərzində 20 və daha çox bal toplamışdır. Buna görə də o, İnzibati Xətalar Məcəlləsinin 327.4 və 327.7-ci maddələrinin tələblərini pozduğu üçün sürücülük hüququ məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilən (barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs tərəfindən təqdim edilən) fotoşəkillərə eləcə də videogörüntüyə baxış keçirən zaman hadisənin baş verdiyi ərazidə istər asfalt örtüyünün üzərində sola dönmə işarələnməsi, istərsə də yolun üzərində sola dönmə nişanlanmasının mövcud olduğu açıq-aşkar müşahidə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi ərazidən olan foto və videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman sözügedən ərazidə olan istər yol nişanlanmasının, istərsə də asfalt örtüyünün işarələnməsindən müəyyən edilmişdir ki, həmin yolun sol çiyni ilə hərəkətdə olan avtonəqliyyat vasitələrinin sola dönməsinə icazə verilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarından olan fotoşəkillər və eləcə də videogörüntüdən məlum olur ki, hadisənin baş verdiyi ərazidə istər asfalt örtüyünün üzərində sola dönmə işarələnməsi, istərsə də yolun üzərində sola dönmə nişanlanmasının mövcud olduğu açıq-aşkar müşahidə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində istinad edilmiş dəlillər əsassız olduğundan rədd edilməlidir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onun İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarı ləğv etmişdir. İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi barəsində qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnin ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə düzgün nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Belə olduğu təqdirdə, birinci instansiya məhkəməsinin hakiminin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsaslar olmadığından həmin qərar dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-nin 3,12, 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhədov
Məhkəmə qərarları › İş №3(3-6)-1897/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1897/2026
29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver