Məhkəmə qərarları › İş №3(3-6)-1898/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1898/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1898/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi X2, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Natig Iakhiaevin iştirakları ilə Natig Iakhiaevin barəsində olan Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP 7936634 seriyalı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Natig Iakhiaev ##.##.2025-ci il tarixində, saat 09:13-də Bakı, Nəsimi r., Məmmədcəfər Cəfərov küçəsi 2 ərazisində “MERCEDES BENZ 220 MINIK” markalı, **SJ*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Natig Iakhiaevin şikayəti qismən təmin edilmiş, Bakı şəhər BPI-nin X1 Idarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Natig Iakhiaev Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.R.Mustafayeva) ## ### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş və Bakı şəhəri Bakı şəhər BPI-nin X1 Idarəsi tərəfindən Natig Iakiaev barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən apellyasiya qaydasında şikayət verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından prosessual müddət buraxılmaqla şikayət verildiyi müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ## ### 2026-cı il tarixdə Azərbaycan Respublikasının Daxili Işlər Naziriyinin elektron informasiya sisteminə yerləşdirilmiş və apellyasiya şikayəti müddət ötürülməklə ##.##.2026-cı il tarixdə verilmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş 10 (on) gün prosessual müddət buraxılmaqla şikayət verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından şikayət qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla verildiyindən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələbinə əməl edilməsi üçün, inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalı və buraxılmış müddətin bərpası haqqında vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinə izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Natig Iakhiaevin barəsində olan Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP 7936634 seriyalı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən şikayət qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla verdiyindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələbinə əməl edilməsi üçün inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Buraxılmış müddətin bərpası haqqında vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinə izah edilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar