Məhkəmə qərarları › İş №3(3-6)-1899/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1899/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1899/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Musayev Elmir Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi nümayəndə3, Protokolu tərtib edən orqann nümayəndəsi nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim olunmuş materialdan və materialda olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib olunmuş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 15000.00 ABŞ dolları məbləğində vəsaiti ## #### 2024-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsitini geri qaytarmamışdır. Xəta ## #### 2026-cı il tarixində hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş həmin ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli protokol baxılması üçün aidiyyatı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə “xxxx” MMC Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın obyekti olmuş 15000.00 ABŞ dolları məbləğinin iyirmi faizi - 3000.00 (üç min) ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə öz qərarında göstərmişdir ki, ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ölkəyə malını va ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Bununla əlaqədar bildirir ki, birincisi məhkəmə keçirilməsi barədə onlar xəbərdar edilməmiş və məhkəmədə iştirakları təmin edilməmiş, həmçinin özləri gömrük və bank idarəsi ilə heç bir əlaqə yaratmadan və işi araşdırmadan birbaşa qərar qəbul etmişdir. Halbuki, «xxxx» MMC tərəfindən digər belə iclas üçün gömrük bəyannaməsin və bank arayışın məhkəməyə təqdim edilmişdir. Bu iclas üçün də həmin sənədləri təqdim etmək üçün hazırlamışdır. Lakin məhkəmə yekunda qərar qabul edərkən təqdim edilmiş hamin sübutları göstərməmiş, qərarda bu haqda heç bir şey qeyd edilməmiş və yekunda onları nəzərə almamışdır. Məhkəmə «xxxx» MMC tərəfindən təqdim edilmiş sübutlara uyğun obyektiv araşdırma aparılsaydı gömrük bəyannaməsi mötəbər sübut kimi ədalətli qərar qəbul edilməsi üçün yetərli hesab edilə bilərdi. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, «xxxx» MMC baresində seçilmiş inzibati tənbeh tədbirinin tətbiq edilmesi haqqında inzibati xətanın əlamətləri mövcud deyildir. Belə ki, "xxxx" MMC ilə xarici şirkət arasında müqavilə bağlanmışdır. ’’xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə invoys dəyəri olan 15000 ABŞ dollarını hissə-hissə olmaqla özünün "xxxx" ASC-nin hesabı vasitəsilə köçürmüşdür. Bundan sonra mal ##.##.2024-cü il tarixində ************** nömrəli GB ile ölkaye idxal edilmişdir. Bunu "xxxx" ASC tərəfindən verilmiş ZB **** nömrəli məktub da təsdiq edir. Belə ki, həmin məktubda 15000 ABŞ dolları məbləğində malların idxal edilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 15000,00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan mallar ##.##.2024-cü il tarixli, ************** nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək ölkəyə idxal olunmuşdur. Məlumdur ki, inzibati xətalara qanunvericiliyin prinsipləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə asaslanır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadına əsasən həmin Məhkəmənin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarından “xxxx” MMC tərəfindən şikayət vermə müddəti üzrlü səbəbdən buraxılmış hesab edilərək, həmin hüquqi şəxsə münasibətdə prosessual müddət bərpa edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi nümayəndə3 apellyasiya şikayəti müdafiə edərək bildirdi ki, mallar vaxtında ölkəyə idxal edilmişdir və bununla bağlı sənədləri banka təqdim etmişlər. Buna dair xxxx ASC-dən almış olduğu məktubu da məhkəməyə təqdi edir. Odur ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi nümayəndə1 məhkəməyə ərizə təqdim edərək müvafiq malların idxalının təsdiq olunduğunu və bu səbəbdən məhkəmədən şikayətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakıçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə verilmiş apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, məhkəmənin sorğusu əsasında təqdim olunan xxxx ASC-nin ZB **** saylı, ## #### 2026-cı il tarixli məktubundan müəyyən olunur ki, xxxx" MMC tərəfindən xxxx ASC-də mövcud olan bank hesabları vasitəsilə ##.##.2024-cü il tarixində 15,000 ABŞ dolları məbləğində ölkəxarici köçürmə əməliyyatı həyata keçirilmişdir. Qanunvericiliyin tələbinə əsasən köçürmə əməliyyatının 2 il müddəti tamamlandıqdan sonra müvafiq YGB təqdim edilmədiyindən köçürmə sənədləri Mərkəzi Banka göndərilmişdir. Lakin ##.##.2026 tarixində təqdim ************** nömrəli YGB da qeyd olunan məlumatlar ##.##.2024-cü il tarixində icra edilən 15,000 ABŞ dolları məbləğlili avans ilə eynilik təşkil etdiyindən Bank tərəfindən Gömrük portalında müvafiq qeydiyyat aparılmışdır və qeyd edilmiş avans ödənişi tam bağlanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi tərəfindən təqdim olunmuş ## #### 2026-cı il tarixli ərizədən görünür ki, AR Mərkəzi Bankı tərəfindən EP ******* saylı inzibati xəta haqqında protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin ##.##.2024-cü il tarixdə xaricə köçürülmüş və müvəkkil banka malların idxal edilməsinə dair hər hansı məlumat verilməyən 15,000 Abş dolları ödənişlə bağlı tərtib edilmişdir. Hazırda həmin hüquqi şəxs tərəfindən təqdim edilmiş ************** saylı bəyannamə ilə müvafiq malların idxalı təsdiq edildiyindən şikayətin təmin olunmasına etiraz etmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Göründüyü kimi, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na Azərbaycan Respublikası Mərkəzi Bankının HYPERLINK "http://e-qanun.az/framework/44612" \o "Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin ## ###### 2020-ci il tarixli **/* nömrəli Qərarı"## ###### 2020-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş dəyişikliklərdən sonra müvafiq sənədlərin təqdim edilməsi müddəti iki il, idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində müəyyən edilmişdir. Inzibati iş materiallara əsasən də göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC “xxxx” ASC-də olan hesabından ## #### 2024-cü il tarixində 15000.00 ABŞ dolları məbləğində olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin məbləğ müqabilində alınmış mallar ölkəyə idxal olunmuşdur. Bunu xxxx ASC-nin ZB **** saylı, ## #### 2026-cı il tarixli məktubu da əyani olaraq sübut edir. Belə olan halda iş üzrə inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53, 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar