Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1901/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X4, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək barəsində Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ## ##### 2026-cı il tarixində Nəsimi rayonu ərazisində hərəkətdə olarkən YPX əməkdaşı X5 tərəfindən idarə etdiyi “Skoda Fabia” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı maşını saxladaraq İnizbati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli protokol (TP ******* nömrəli qərar) tərtib etmişdir. O, görüntü istədikdə görüntü göstərilməmişdir. ## ### 2026 və ## ### 2026cı il tarixlərində Bakı şəhər DYPİ-də 108-ci otaqda monitorda görüntüyə baxmaq istədikdə görüntünün olmadığı məlum olmuşdur. Ona yazılan 100 manat, 3 bal qanunsuz cərimənin silinməsini və Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ##### 2026cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hakimi işə baxarkən, məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər BPİ-nin X1 İdarəsinin nümayəndəsinin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Lakin hakim bu tələbləri lazımi şəkildə qiymətləndirmədən və iş üzrə iştirak etməli olan orqanın nümayəndəsinin iştirakı təmin edilmədən işə baxmış, nəticədə formal mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir. Bu hal ədalətli məhkəmə araşdırması prinsipinin pozulmasına və tərəflərin prosessual hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli iş *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hakim iş üzrə gəldiyi nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsini tənzimləyən normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsinin hakimi foto və video materialların təqdim olunmamasını əsas götürərək inzibati xətanın sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Halbuki qanunvericilik heç bir halda foto və ya video görüntüləri inzibati xətanın mövcudluğunu təsdiq edən yeganə və müstəsna sübut kimi nəzərdə tutmur. İnzibati məsuliyyətə cəlbetmə haqqında qərar səlahiyyətli vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin icrası zamanı bilavasitə müşahidə etdiyi hallar əsasında qəbul edilmişdir. Vəzifəli şəxsin xidməti fəaliyyət zamanı əldə etdiyi məlumatlar qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirildikdə sübut əhəmiyyəti daşıyır və yalnız həmin məlumatların həqiqətə uyğun olmamasını təsdiq edən mötəbər sübutlar olduqda etibarsız hesab edilə bilər. Hakim qərarda inzibati xəta hadisəsini təsdiq edən sübutların təqdim olunmadığı qeyd edilmişdir. Lakin iş materiallarında mövcud olan, inzibati protokol, YPX əməkdaşının xidməti qeydləri, xüsusi texniki vasitələr vasitəsilə qeydə alınmış məlumatlar inzibati xəta hadisəsinin baş verdiyini təsdiq edən mötəbər sübutlardır. Hakim həmin sübutları ümumi şəkildə qiymətləndirmiş, onların hüquqi əhəmiyyətinə fərdi və obyektiv yanaşma sərgiləməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam araşdırmamış, onların qarşılıqlı əlaqəsini qiymətləndirməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Bu isə qərarın ləğvi üçün əsasdır. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla bağlı, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli iş *(*-**)- ****/**** nömrəli qərarı ləğv edilməli Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə iclasında Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Eyni zamanda xətanın tördilməsindən 1 aydan çox müddət keçdiyindən inzibati xətanın törədilməsi barədə video görüntülərində mövcud olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək xətanın video görüntüsünü əldə etmək üçün dəfələrlə polis idarəsinə müracət etsə də görüntü olmadığından ona təqdim edilmədiyini bildirmişdir. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək barəsində Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) İnizbati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla qiymətləndirilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə iş materiallarının tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) İnizbati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi sübut edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək barəsində Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qənaəti əsaslıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək barəsində Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1901/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1901/2026
29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver