Məhkəmə qərarları › İş №3(3-6)-1902/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1902/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1902/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Nümayəndə (bundan sonra – müdafiəçi) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Müdafiəçi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayətində X3 Xidmətinin Bakı şəhər idarəsinin MN № ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə (hakim X4) müdafiəçinin verdiyi həmin şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Müdafiəçi həmin məhkəmə qərardadından şikayət verib, onun ləğv edilməsini və ilkin şikayətinin icraata götürülüb mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə haqqında qərar ##.##.2026-cı il tarixində poçt vasitəsilə rəsmi qaydada təqdim olunmuşdur. Məhkəməyə şikayət ərizəsi ilə birgə zərfin də surəti təqdim olunmuşdur. Qərar əldə edildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət daxilində, yəni ##.##.2026-cı il tarixində şikayət poçt vasitəsilə göndərilmişdir. Iş materiallarında olan poçt qəbzi də həmin tarixdə şikayətin göndərildiyini təsdiq edir. Beləliklə, şikayət vermə üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət heç bir halda ötürülməmişdir və şikayətin müddətin buraxılması əsası ilə geri qaytarılması üçün hüquqi əsas mövcud deyildir. Apellyasiya məhkəməsi iclasında müdafiəçi verdiyi şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş üzrə birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən səlahiyyətli orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin Azərbaycan Respublikası IXM-də nəzərdə tutulmuş şikayətvermə müddəti ötürülməklə verildiyini və buraxılmış müddətin üzrlü hesab edilməsinə dair vəsatət təqdim edilmədiyini əsas götürərək həmin şikayətə baxılmasının mümkün olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası IXM-in 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 127-4.1- maddəsinə əsasən barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə elektron qaydada göndərilə bilər. Iş materiallarına əsasən müyyən olunur ki, SS*********AZ saylı poçt zərfi ## ### 2026cı il tarixdə Cəmiyyətin ünvanına çatdırılmış, ilkin şikayət verilərkən qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Göstərilənlərdən aydın olur ki, birinci instansiya məhkəməsinin müdafiəçinin verdiyi şikayətə mahiyyəti üzrə baxılmasını təmin etmədən, qanuni əsas olmadan geri qaytarması yuxarıda göstərilən qanunvericilik normalarının tələblərini və onun məhkəməyə müraciət etmək hüququnu pozması ilə nəticələnmişdir. Buna görə də, şikayətin dəlili əsaslıdır. Azərbaycan Respublikası IXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi şikayət birinci instansiya məhkəməsində ona mahiyyəti üzrə baxılıb, yekun məhkəmə qərarının qəbul edilməsinin təmin edilməsi məqsədilə təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə ləğv edilməli, şikayət və ona dair toplanmış inzibati xəta haqqında iş materialları mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 134.1.4-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Nümayəndə verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Şikayət və ona dair toplanmış inzibati xəta haqqında iş materialları mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar