Məhkəmə qərarları › İş №3(3-6)-1903/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1903/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1903/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1, Protokolu tərtib edən orqan nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi İsgəndərov Zahid Eldar oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Protokolu tərtib edən orqan nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Protokolu tərtib edən orqan Gəncə Regional Miqrasiya İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə ##.##.2025-ci il tarixindən Gədəbəy rayonu, Düzyurd kəndində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan Pakistan İslam Respublikası vətəndaşı Ali Zülfiqar kommersiya sahəsi üzrə satış nümayəndəsi vəzifəsinə işə cəlb edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qərarından Protokolu tərtib edən orqan nümayəndəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarını ləğv edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı ## ##### 1978-ci il təvəllüdlü Ali Zulfiqarın ölkədə olma, yaşama qaydalarına əməl etməsi ##.##.2026-cı il tarixdə Dövlət Miqrasiya Xidmətinin Gəncə regional miqrasiya idarəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətin vəsatəti əsasında əcnəbinin “idarə qulluqçusu, xərclərin hesablanması” vəzifəsində iş icazəsi müddətinin ## ###### 2025-ci il tarixdən ## ###### 2026-cı il tarixədək uzadıldığı lakin adıçəkilən əcnəbinin həmin hüquqi şəxs tərəfindən iş icazəsi alınmadan digər bir vəzifədə - “nümayəndə satış/kommersiya” vəzifəsində haqqı ödənilən əmək fəaliyyətinə cəlb edildiyi müəyyən edilmişdir. Dövlət Miqrasiya Xidmətinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarı ilə Pakistan İslam Respublikasının vətəndaşı Ali Zulfiqar ölkə ərazisindən inzibati qaydada çıxarılmamaqla 300 manat məbləğində cərimə edilmişdir. Göstərilən halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb olunması qaydalarının pozulması faktı aşkar olunduğundan Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Hesab edirik ki, Məhkəmə sözügedən qərarda inzibati xəta hadisəsi və inzibati xəta tərkibinin mövcud olmadığı qənaətinə gəlməkdə və bu əsasla inzibati xəta haqqında işə xitam verməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, Məhkəmə qərarında qeyd edir ki, iş materiallarında olan iş icazələrinə, əmək müqaviləsinə və X4 Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş şəxsin əmək fəaliyyəti barədə məlumata əsasən müəyyən olunmuşdur ki, Ali Zulfiqar 2020-ci ildən etibarən hər il bir il müddətinə iş icazəsi alınmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də xərclərə nəzarət üzrə mütəxəssis vəzifəsində işləmiş, sonuncu iş icazəsi ##.##.2025-ci il tarixində alınmış və həmin icazəsinin etibarlılıq müddəti ##.##.2026-cı il müəyyən edilmişdir. Əvvəla qeyd etməyi zəruri hesab edirik ki, Məhkəmənin qərarında istinad etdiyi bu halı hansı qaydada müəyyən etdiyi qeyri-müəyyəndir. Belə ki, Ali Zulfiqar ##.##.2026-cı il tarixli yazılı izahatında Azərbaycan dilini bildiyini, tərcüməçiyə ehtiyac olmadığını göstərərək ##.##.2025-cı il tarixdən adıçəkilən şirkətdə kommersiya mütəxəssisi vəzifəsində işlədiyini, icra ediən layihələri təmin edilməsi məqsədi ilə digər şirkətlərdən işçi qüvvəsi, texnika, mal-material alınması ilə bağlı məsələləri həll etdiyini, kommersiya meneceri qismində X2 MMC üçün araşdırma apardığını və lazimi avadanlıqlarla bağlı tövsiyələr təqdim etdiyini bildirmiş, həmçinin tətbiq edilmiş cəriməni dərhal ödəyərək ilkin izahatındakı faktları rəsmi təsdiqləməklə prosesi tam anladığını nümayiş etdirmişdir. Lakin məhkəmə tərəfindən həmin sübutetmə vasitəsinə hər hansı bir formada münasibət bildirilməmişdir. Əksinə əcnəbinin iş yerində hansı funksiyaları yerinə yetirdiyinə dair verdiyi ilkin izahata qiymət verməyərək MMC tərəfindən kağız üzərində təqdim olunmuş sənədlərə əsaslanmışdır. Bununla yanaşı X3 Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, ##.##.2020-ci il tarixdə adıçəkilən hüquqi şəxslə əcnəbi arasında bağlanmış əmək müqaviləsi üzrə işçinin vəzifəsi “Nümayəndə, satış/kommersiya” olaraq qeyd olunmuş, o cümlədən sonuncu dəfə həmin müaviləyə ##.##.2026, ##.##.2026-cı il tarixlərdə dəyişiklik edilmişdir. Maraqlı məqam ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş şəxsin əmək fəaliyyəti barədə məlumatdan görünür ki, işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə Zulfiqar Ali XXX arasında ##.##.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, iş yeri - əsas, müqavilənin bağlanma növü - müddətsiz, vəzifənin adı - xərclərə nəzarət üzrə mütəxəssis, müqaviləyə dəyişiklik edilmə tarixi - ##.##.2026 göstərilmişdir. Göründüyü kimi əmək müqaviləsinə son dəyişikliklər ##.##.2026, ##.##.2026-cı il tarixlərə təsadüf etməklə əcnəbi barəsində aşkar edilmiş hüquqpozma halına görə tərtib edilmiş protokoldan sonrakı dövrü əhatə etmişdir. Qeyd olunan bu hal məhkəmənin diqqətindən kənarda qalmaqla hər hansı bir sual doğurmamış, ##.##.2026-cı il tarixədək olan faktiki vəziyyət deyil, sonradan redaktə edilmiş məlumatlar əsas götürülmüşdür. Xüsusilə vurğulanmalı məqam ondan ibarətdir ki, sözügedən məlumat məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilməmiş, məhkəmə tərəfindən sənədin məzmununa münasibət bildirilməsi üçün şərait yaradılmamışdır. Beləliklə sübutun bilavasitə tədqiq, çəkişmə və prosessual bərabərlik prinsipi pozulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən (Niderest- Hurber İsveçə qarşı işində) məhkəməyə təqdim olunan və qərara təsir edə bilən sənəd digər tərəfə açıqlanmadan istifadə edilərsə, bu ədalətli məhkəmə araşdırılması hüququnu pozuntusudur. Diqqətə alınmalıdır ki, Məhkəmə qərar qəbul edərkən Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına istinad etməklə yanlışlığa yol vermişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə 578.1ci maddəsinin predmetləri eyni hadisədən yaransada fərqli ictimai münasibətləri tənzimləyir. Əcnəbinin məsuliyyətdən azad edilməsi hüquqi şəxsin məsuliyətini avtomatik istisna etmir. Bu səbəbdən Gədəbəy Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minməmiş qərar hazırkı iş üzrə preyudisial qüvvəyə malik ola bilməzdi. Məhkəmə iclasında Protokolu tərtib edən orqan etibarnamə üzrə nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi İsgəndərov Zahid Eldar oğlu bildirdi ki, Pakistan İslam Respublikasının vətəndaşı Ali Zülfiqar 2020-ci ildən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də xərclərə nəzarət üzrə mütəxəssis vəzifəsində işləmişdir. Hər il Protokolu tərtib edən orqan tərəfindən iş icazəsi alınmış və hər iş icazəsi alındıqdan sonra əmək müqaviləsi yenilənmişdir. Vəzifə təlimatında da şəxsin vəzifəsi xərclərə nəzarət üzrə mütəxəssis kimi qeyd olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC satışla məşğul olmur, tikinti işləri həyata keçirir. Bu səbəbdən həmin şirkətdə kommersiya sahəsi üzrə satış nümayəndəsi vəzifəsi yoxdur. Vəzifə ilə bağlı hər hansı dəyişiklik olmamışdır. Birinci instansiya məhkəməsi də Əmək Müfəttişliyinə sorğu göndərmiş və xarici vətəndaşın vəzifəsi göstərilmişdir. Məhkəmədən apellyasiya şikayətin təmin edilməməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş İİ №*******, İİ №*******, İİ №*******, İİ №*******, İİ №******* və İİ №******** seriya və nömrəli iş icazələrindən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Alı Zulfiqar adlı şəxsə 2020-ci ildən etibarən hər dəfə 01 il müddətinə olmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də idarə qulluqçusu, xərclərin hesablanması vəzifəsində işləməsi üçün iş icazəsi verilmişdir. Sonuncu icazənin müddəti ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək müəyyən edilmiş, iş yerinin ünvanı ünvan 1 layihəsi) göstərilmişdir.. İş materiallarında olan ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində ##.##.2025-ci il tarixdən Ali Zulfiqar iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də kommersiya sahəsi üzrə satış nümayəndəsi vəzifəsində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikası İXM-nin 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 300 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Protokolu tərtib edən orqan Gəncə Regional Miqrasiya İdarəsinin MN ******* saylı ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, Ali Zulfiqar barəsində Azərbaycan Respublikası İXM-nin 575.1.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə işçi Zulfiqar Ali arasında ##.##.2020ci il tarixində bağlanmış əmək müqaviləsi bağlanmış, işçi xərclərə nəzarət üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, ##.##.2026-cı il tarixində əmək müqaviləsinə aşağıdakı dəyişikliklər edilmişdir: İş yeri: əsas və ya əlavə - əsas; Müqavilənin bağlanma növü – müddətsiz; dəyişikliyin qüvvəyə minmə tarixi: ##.##.2026; dəyişiklik edilmiş müqavilələrin sayı: 6. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş şəxsin əmək fəaliyyəti barədə məlumatdan görünür ki, işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə Zulfiqar Ali XXX arasında ##.##.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, iş yeri - əsas, müqavilənin bağlanma növü – müddətsiz, vəzifənin adı – xərclərə nəzarət üzrə mütəxəssis, müqaviləyə dəyişiklik edilmə tarixi - ##.##.2026 göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müəyyən edilmiş olma, yaşama qaydalarına riayət etmələri üzərində nəzarətin həyata keçirilməsi məqsədilə ##.##.2026cı il tarixdə Gəncə regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən Pakistan İslam Respublikasının vətəndaşı Ali Zulfiqar barəsində aparılmış araşdırma nəticəsində əcnəbinin ##.##.2026-cı il tarixədək etibarlılığı olan müvəqqəti yaşama icazəsinin olduğu və iş icazəsi olmadan, 2025 ci ilin noyabr ayından etibarən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində nümayəndə, satış/kommersiya vəzifəsində işlədiyi məlum olmuş, bununla bağlı X3 Sistemindən əldə edilmiş məlumatlar və qeyd olunan əcnəbinin izahatı alınan zaman “X2" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması faktı aşkar olunmuş və bu barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin iş materiallarında olan iş icazələrinə, əmək müqaviləsinə və X4 Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş şəxsin əmək fəaliyyəti barədə məlumata əsasən müəyyən olunmuşdur ki, Ali Zulfiqar 2020-ci ildən etibarən hər il bir il müddətinə iş icazəsi alınmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də xərclərə nəzarət üzrə mütəxəssis vəzifəsində işləmiş, sonuncu iş icazəsi ##.##.2025-ci il tarixində alınmış və həmin icazəsinin etibarlılıq müddəti ##.##.2026-cı il müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında Pakistan İslam Respublikasının vətəndaşı Ali Zulfiqarın iş icazəsi alınmadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də kommersiya sahəsi üzrə satış nümayəndəsi vəzifəsində işləməsi sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə və əsaslandırması ilə razılaşır və qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Pakistan İslam Respublikasının vətəndaşı Ali Zülfiqarın Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilməmişdir. İnzibati xəta haqqında protokol Ali Zülfiqarın izahatı və sistemdən əldə edilmiş məlumat əsasında tərtib edilmiş, lakin məhkəmə baxışı zamanı qeyd olunan məlumatlar digər sübutlarla təsdiq edilməmiş, əksinə təkzib edilmişdir. Belə ki, iş materiallarınla müəyyən edilir ki, Ali Zulfiqar işəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən xərclərə nəzarət mütəxəssisi kimi işə götürülmüş və faktiki olaraq həmin vəzifəni yerinə yetirmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müxtəlif vaxtlarda iş icazələrindən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Alı Zulfiqar adlı şəxsə 2020-ci ildən etibarən hər dəfə 01 il müddətinə olmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də idarə qulluqçusu, xərclərin hesablanması vəzifəsində işləməsi üçün iş icazəsi verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim olunmuş şəxsin əmək fəaliyyəti barədə məlumatdan da görünür ki, işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə Zulfiqar Ali XXX arasında ##.##.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, iş yeri - əsas, müqavilənin bağlanma növü – müddətsiz, vəzifənin adı – xərclərə nəzarət üzrə mütəxəssis göstərilmişdir. Bundan başqa, Protokolu tərtib edən orqan tərəfindən aparılan inzibati xəta haqqında icraat zamanı izahatı alınan Ali Zülfiqar adlı şəxs Pakistan İslam Respublikasının vətəndaşı olmasına baxmayaraq, o, tərcüməçi ilə təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir, qərarın ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə inzibati xəta haqqında məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Protokolu tərtib edən orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar