Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1904/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi (bundan sonra – səlahiyyətli orqan) tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ##### 2026-cı il tarixində, saat 12:04 radələrində idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı minik avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekt ilə Izzət Həmidov küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olmuşdur. Həmin ərazidə yerləşən nizamlanmayan piyada keçidindən keçərkən, hərəkəti xüsusi texniki vasitələr tərəfindən qeydə alınmış və barəsində Azərbaycan Respublikasının IXM-in 330.1-ci maddəsinə istinad edilərək EQ******** nömrəli elektron protokol tərtib edilmişdir. Lakin protokolun xüsusi texniki vasitələrlə qeydə alınmış foto-görüntülərini və mövcud qanunvericiliyin tələblərini təhlil etdikdə, inzibati xəta tərkibinin olmadığı aydın şəkildə görünür, lakin, hadisə baş verən anın video görüntüləri ona təqdim edilməmişdir. Buna görə də, barəsində tərtib edilmiş ## ##### 2026-cı il tarixli, EQ******** nömrəli elektron protokol əsassızdır. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş şəkillərlə müqayisə etdikdə aydın formada görünür ki, piyada keçidin daxilində deyil, səkinin kənarı ilə piyada keçidinin başlanğıc hissəsində hərəkətsiz vəziyyətdə dayanmışdır. Piyada hələ hərəkət hissəsinə yola daxil olmadığı üçün sürücünün “yol vermə” öhdəliyi faktiki olaraq yaranmamışdır. Səki “yolun hərəkət hissəsi” hesab edilmir, həmin vəziyyətdə də piyada yolun hərəkət hissəsinə daxil olmamışdır. Təbii ki, bir sürücü, piyadanın hansı müddət ərzində yolun həmin hərəkətsiz hissəsində statik vəziyyətdə hansı səbəbə görə dayandığını təxmin edə bilməz. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini ilkin şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. Qeyd edir ki, iş üzrə səlahiyyətli orqanın inzibati xəta kimi qiymətləndirdiyi hadisə zamanı onun əməlində Azərbaycan Respublikası IXM-in 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin yaranmadığını hesab edir. Bu səbəbdən iş üzrə səlahiyyətli orqanın və birinci instansiya məhkəməsinin qəbul etdikləri qərarları qanunsuz və əsassız hesab edir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in: - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar, həmçinin maddi sübutlarla müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. - 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası IXM-in 330-cu maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, səlahiyyətli orqanın təqdim etdiyi, iş materiallarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 12:04-də idarə etdiyi “HYUNDAI ELANTRA MINIK” markalı, **BD*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospektində nizamlanmayan piyada keçidində piyadaya yol verməməsi nəticəsində Azərbaycan Respublikası IXMin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilir. Buna görə də iş üzrə səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli qərar və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) inzibati cərimə tənbeh tədbirini Azərbaycan Respublikası IXM-in 330.0.1-ci maddəsinin sanksiyası həddində tətbiq etmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1904/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1904/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver