Məhkəmə qərarları › İş №3(3-6)-1906/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1906/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1906/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, X6 katibliyi ilə, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X4 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 Idarəsinin ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhər X1 Idarəsinin ## ##### 2026-cı il tarixli, TP ******* saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş və Bakı şəhər X1 Idarəsinin ## ##### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından narazıdır. Məhkəməyə təqdim etdiyi sübutlara məhkəmə zamanı baxılmayıb. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışının yeri və vaxtı barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında iştirak etmir. Məhkəmə tərəfin razılığı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X4 məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-93)-3058/2026 il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər X1 Idarəsinin yol patrul xidmətinin baş inspektoru, R X3 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin gün, saat 02:30-da “Ford Fusion” minik markalı, **CR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 342.5 və 333.1-ci madədlərində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmiş, Qərardan şikayət verən orqan (şəxs) həmin protokolu “çıxarılan qərara etiraz etmirəm” qeydi yazmaqla, imzalamışdır. Iş materiallarında olan ## ##### 2026-cı il tarixli, */*** nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə nəticəsində Qərardan şikayət verən orqan (şəxs) spirtli içkinin promili 0.302 təşkil etmiş, Qərardan şikayət verən orqan (şəxs) alkoqol sərxoşluğu müəyyən edilmişdir. Iş materiallarında olan Bakı şəhər X1 Idarəsinin R X2 tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (IXM) 333.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Iş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 Idarəsinin rəisi, R Rəşid Piriyevin adına yazılmış ##.##.2026-cı il tarixli izahatdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) IXP ******* nömrəli protokoldan etiraz etmədiyini və cəriməni qısa müddətdə ödəyəcəyini bildirmişdir. Iş materiallarında olan ## ##### 2026-cı il tarixli, */***** nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında protokoldan görünür ki, müayinə saat 17:30 radələrində aparılmış və müayinə nəticəsində Qərardan şikayət verən orqan (şəxs) sərxoş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.5ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi əməlini törətməsi iş üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar, sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisindən və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində qeyd etdikləri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə həmçinin qeyd edir ki, iş materialına əlavə edilmiş ## ##### 2026-cı il tarixli, */***** saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, ## ##### 2026-cı il tarixdə, saat 17:30-da müayinə edilmiş Qərardan şikayət verən orqan (şəxs) sərxoş vəziyyətdə olmaması müəyyən olunmuşdur. Lakin Qərardan şikayət verən orqan (şəxs) barəsində alkosterlə aparılmış müayinə (birinci müayinə) ilə ikinci müayinə arasında 15 saat fərq olmuşdur. Başqa, sözlə bu müddət ərzində Qərardan şikayət verən orqan (şəxs) qanında və ya nəfəsində alkoqolun miqdarının “ayıq” göstəricisinə qədər dəyişməsi də istisna olunmur. Digər tərəfdən, ilkin müayinəsi ## ##### 2026-cı il tarixdə saat 02.30-da aparılmış Qərardan şikayət verən orqan (şəxs) nədənsə öz təşəbbüsü ilə müayinədən dərhal yox, həmin gün saat 17:30-da keçmişdir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Bakı şəhər X1 Idarəsinin ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin təmin edilməməsi barədə qanuni, əsaslı və düzgün nəticəyə gəlinmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 Idarəsinin ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətinin təmin edilməməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar