Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1907/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və «xxxx» MMC-nin nümayəndəsi - Bakı şəhəri «xxxx» Vəkil Bürosunun vəkili nümayəndə1 iştirakı ilə, «xxxx» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından «xxxx» MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan tərəfindən “xxxx” MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “xxxx” MMC-i 43890.65 Avro məbləğində vəsaiti bank hesabından ##.##.2024-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 43890.65 Avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, həmin məbləğdə valyuta vəsaitini geri qaytarmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə (sədrlik edən, hakim X4) “xxxx” MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 43890.65 Avro valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 8778.13 (səkkiz min yeddi yüz yetmiş səkkiz avro on üç sent) Avro, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 Avro – 1,96 manat) 17205 (on yeddi min iki yüz beş) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan «xxxx» MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2024-cü ildə Türkiyədə fəaliyyət göstərən şirkətlə mal alqı-satqısına dair müqavilə bağlamışlar və həmin müqavilə əsasında sözügedən şirkətə avans ödənişi olaraq 43890.65 Avro valyuta vəsaiti pul məbləği köçürülmüşdür. Lakin, həmin müqavilə üzrə cavabdehin öhdəliklərini icra etməkdə çətinlikləri yaranmış, həmin mallar Azərbaycan Respublikasına göndərilməmiş və yaxud köçürülmüş pul vəsaiti geri qaytarılmamışdır. Pul məbləğinin göndəridiyi şirkət əsas işlərinin Rusiya ilə əlaqədar olduğunu, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiyada olan bank hesablarının dondurulması səbəbindən maliyyə çətinlikləri ilə üzləşdiklərini, öhdəliklərini yerinə yetirmək imkanın itirdiklərini bildirmişlər. Həmin problemin həlli üçün Türkiyəyə getmiş, görüş zamanı qarşı tərəf pul vəsaitinin qaytarılması əvəzinə logistika xidmətinin göstərilməsini təklif etmişdir. O ödəniş təyinatının dəyişdirilməsi üçün “xxxx” ASC-yə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Sonuncu dəfə 2026-cı ilin mart ayında Türkiyədə olmuş, lakin həmin məsələnin həlli ilə əlaqədar hər hansı nəticə əldə etməmişdir. Həmçinin 2026-cı ilin yanvar ayında qarşı tərəf ona məktub təqdim edərək Rusiyada olan müharibə ilə əlaqədar yaranmış iqtisadi çətinliklər nəticəsində iflasa uğradıqlarını bildirmişlər. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən «xxxx» MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. ## #### 2024-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, “xxxx” MMC-i tərəfindən “xxxx” ASC-də olan bank hesabından 43890.65 Avro məbləğində vəsaiti “Rar Trade İc X1 Ltd Sti” şirkətinin hesabına köçürülmüşdür. ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, alıcı “xxxx” MMC-i ilə satıcı “Rar Trade İç Ve Dış Ticaret Limited” şirkəti arasında müqavilə bağlanmışdır. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli Protokolu tərtib edən orqan ünvanlanmış məktubundan görünür ki, qabaqcadan ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri “xxxx” ASC-yə təqdim etməyən müştərilər arasında “xxxx” MMC-i də olmuşdur. ##.##.2024-cü il tarixli məktubdan görünür ki, “Rar Trade İç Ve Dış Ticaret Limited” şirkəti “xxxx” MMC-yə iqtisadi problemləri olduğuna görə sifariş edilən malları və ödənilən pulu geri qaytara bilməyəcəklərini, əvəzində logistika xidməti göstərməyi təklif etmişdir. ##.##.2026-cı il məktub və çıxarışdan görünür ki, “Rar Trade İç Ve Dış Ticaret Limited” şirkətinin bütün bank hesabları bağlanmışdır. ##.##.2026-cı il tarixli məktubdan görünür ki, “Rar Trade İç Ve Dış Ticaret Limited” şirkəti Rusiya Federasiyası ilə ticarət etdiklərini, 2024-cü ildə bank hesabları bağlandığını, texniki iflas vəziyyətində olduqlarını və bu səbəbdən də mal idxalı edə bilmədiklərini “xxxx” MMC-yə bildirmişlər. Beləliklə, müəyyən edilmişdir ki, “xxxx” MMC-i 43890.65 Avro məbləğində vəsaiti bank hesabından ##.##.2024-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 43890.65 Avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2016-cı il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, hüquqi şəxs «xxxx» MMC-i tərəfindən 43890.65 Avro məbləğində vəsaiti bank hesabından ##.##.2024-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 43890.65 Avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, həmin məbləğdə valyuta vəsaitini geri qaytarmamışdır. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növünün təyin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşimaqla özünümüdafiə üsuli kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx" MMC-i inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqər nə apellyasiya şikayətində, nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sadalanan xüsusatlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “xxxx” MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 43890.65 Avro valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 8778.13 (səkkiz min yeddi yüz yetmiş səkkiz avro on üç sent) Avro, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 Avro - 1,96 manat) 17205 (on yeddi min iki yüz beş) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: “xxxx” MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1907/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1907/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver