Məhkəmə qərarları › İş №3(3-6)-1908/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1908/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1908/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 nümayəndəsi Nümayəndə, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Qərarından şikayət verilən orqan ** saylı Regional və Ekoloji Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayətçi X2 Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı RETSİ tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın əsassız olmasını nəzərə alaraq qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə (hakim E.M.Fətəliyev) şikayətin qismən təmin edilməsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə olan ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı RETSİ-yə göndərilməsi qərara alınmışdır. Qərardan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən şikayət verilərək Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5- **)-***/**** saylı qərarının ləğv edilməsi və ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı və ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi, inzibati xətaya dair materialın birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsinə qaytarılması qərara alınmışdır. X2 Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı RETSİ tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasını və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə müddətinin bərpa edilməsi barədə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan şikayətçi X2 şikayət verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, Azərbyacan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı RETSİ tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, onun 80 yaşı var və hazırda Bakı şəhərində Qaradağ rayonu ərazisində yaşayır. O, inzibati cərimə edilməsinə dair qərarı almamışdır. Belə ki, onun adından hər 3 xəbərnaməyə atılmış imzalar fərqlidir. İnzibati cərimə edilməsi ilə bağlı qərar vaxtında verilmədiyi üçün o, məhkəməyə müraciət edə bilməmişdir. Qərar barədə yalnız icra məmuru onunla əlaqə saxlayandan sonra məlumatlı olmuşdur. Onun ünvan 1 ünvanında yaşamaması kommunal ödənişlərlə bağlı qəbzlərdən də aydındır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Qərarından şikayət verilən orqan ** saylı Regional və Ekoloji Sərvətlər İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işin materiallarını hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilik şəxsə hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat vermiş, barəsində çıxarılmış hər hansı məhkəmə aktından narazı qaldığı təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətlər ərzində onu mübahisələndirmək, işinə yuxarı istansiya məhkəməsi tərəfindən yenidən baxılmasını imkanını tanımış, üzürlü səbəblər olduqda isə hətta qanunvericiliklə nəzərdə tutulmuş müddətlər ötürülmüş olsa belə onların bərpasını nəzərdə tutmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbyacan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı RETSİ tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ## #### 2025-ci il tarixində X2 passport qeydiyyatında olduğu ünvan 2 ünvanına çatdırılmış və xəbərnaməyə imza edilərək təhvil alınmışdır. Şikayətçinin nümayəndəsinin şikayətçinin həmin ünvanda yaşamaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, hər bir halda inzibati tənbehvermə haqqında qərar onun qeydiyyatda olduğu ünvanda xəbərnaməyə imza atılaraq təhvil alındığından artıq ona çatdırılmış hesab edilməlidir. Digər tərəfdən,Tovuz RPŞ-nin TB-nin ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən Azərbyacan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı RETSİ tərəfindən göndərilən sənədlərin X2 həmin ünvanda yaşayan qohumları tərəfindən təhvil alınaraq xəbərnamələrin imzalandığı müəyyən edilmişdir. Şikayətçi inzibati tənbehvermə haqqında qərardan şikayəti ## ###### 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim etmiş, bununla da şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti ötürmüşdür. İş materiallarından da göründüyü kimi, qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən üzrsüz səbəbdən doqquz aydan çox müddət keçmiş və şikayətçini bu müddət ərzində şikayət vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Belə olduğu halda, birinci instansiya məhkəməsi buraxılmış müddətin bərpa edilməməsinə dair vəsatəti təmin etməməklə haqlı olmuşdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qərardan müddət keçdikdən sonra şikayət vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Belə ki, Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, vəsatətdə göstərdiyi hallar buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə inzibati tənbehvermə haqqında qərardan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar