Məhkəmə qərarları › İş №3(3-6)-1909/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1909/2026

30.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1909/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X2 Xidməti tərəfindən “1500 manat məbləğində tətbiq olunmuş cərimədən” Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməməsinə dair Bakı şəhəri Piralllahı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X2 Xidməti tərəfindən “1500 manat məbləğində tətbiq olunmuş cərimədən” şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Piralllahı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Piralllahı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona tətbiq olunmuş cərimə ilə bağlı dəfələrlə Qərarından şikayət verilən orqan rəsmi bildiriş vaxtında təqdim olunmamışdır. Bu səbəbdən qanunvericiliklə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilməmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidenti X3 Mərkəzinə məsələ ilə bağlı müraciətlərindən sonra ona rəsmi bildiriş təqdim edilmiş və bundan dərhal sonra Pirallahı Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə müddətin ötürüldüyünü əsas gətirərək sənədləri geri qaytarmışdır. Müddətin buraxılması onun iradəsindən asılı olmayan səbəblərlə bağlı olmuşdur. Apellyasiya baxışı zamanı iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X2 Xidməti tərəfindən “1500 manat məbləğində tətbiq olunmuş cərimədən” Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməməsinə dair Bakı şəhəri Piralllahı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X2 Xidmətinin ##.##.2025-ci il tarixli *-**-*/*-Ə-*****/**** saylı inzibati xəta haqqında iş üzrə Qərardan verilən şikayətə baxılma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X2 Xidmətinin ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Elektron qərarı qüvvədə saxlanılmışdır. ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və 1500 manat cərimə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci tarixli qərardadından görünür ki, iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, iddiaçı Qərardan şikayət verən orqan (şəxs) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalının Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “cərimənin ləgv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-ci tarixli *(*-***)-*/**** saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X2 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-ci tarixli 3(3-6)-988/2026 sylı qərarından görünür ki, Apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2026-ci tarixli 3(5- ***)-*/**** saylı qərarından verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi tərəfindən müddətin buraxılması ilə bağlı hər hansı obyektiv və üzrlü səbəb göstərilmədiyindən onun müddətin bərpası barədə ərizəsi əsassızdır və təmin edilə bilməz. Apellyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X2 Xidməti tərəfindən “1500 manat məbləğində tətbiq olunmuş cərimədən” şikayətin verilməsi üçün nəzərədə tutulmuş prosessual müddəti buraxmış və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X2 Xidməti tərəfindən “1500 manat məbləğində tətbiq olunmuş cərimədən” Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməməsinə dair Bakı şəhəri Piralllahı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X2 Xidməti tərəfindən “1500 manat məbləğində tətbiq olunmuş cərimədən” Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməməsinə dair Bakı şəhəri Piralllahı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar