Məhkəmə qərarları › İş №3(3-6)-1911/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1911/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1911/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarından barəsində icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 Rayon Məhkməsinin e- *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil və o icra sənədinin icrasından qərəzli şəkildə yayınmamışdır. Belə ki, maddi vəziyyətim ağır olduğundan yaranmış borcu birdəfəlik şəkildə ödəmək imkanım olmamışdır. Belə ki, himayəmdə azyaşlı övladım var və onun saxlanılması üçün də xərclər çəkirəm. Buna baxmayaraq, aliment öhdəliyimi imkan daxilində yerinə yetirməyə çalışmışam. Belə ki, hər ay alimentin ödənilməsi məqsədilə 500 manat məbləğində vəsait ödəyir. Həmin məbləğin 400 manatı onun əmək fəaliyyətindən əldə etdiyi gəlir hesabına, 100 manatı isə atasının pensiyasından ona göstərdiyi maddi dəstək hesabına ödənilir. Aliment borcunun yaranmasına baxmayaraq, öhdəliklərini yerinə yetirmək üçün mütəmadi ödənişlər edir və borcun tədricən bağlanması istiqamətində səylər göstərir. Göründüyü kimi hazırkı vəziyyətdə əlindən gələn bütün səyləri göstərir və hərəkətsizlik nümayiş etdirmir. Alimenti ödəməkdən boyun qaçırmır, lakin üzrlü səbəblərə görə müəyyən məbləğdə ödənişlər etməyə gücü çatır. Bu səbəbdən də qeyd elədiyi səbəblərin üzrlü hesab edilməsini ədalətli hesab edir. Lakin iş materiallarından görünür ki, mən aliment öhdəliyimi inkar etməmiş, əksinə imkanlarım daxilində mütəmadi olaraq ödənişlər etmişəm. Mövcud borcun yaranması aliment öhdəliyinin icrasından qərəzli şəkildə yayınma kimi qiymətləndirilə bilməz. Çünki aliment ödənişləri davam etdirilmiş, borcun azaldılması istiqamətində real addımlar atılmış və öhdəliyin yerinə yetirilməsi niyyəti açıq şəkildə nümayiş etdirilmişdir. Bundan əlavə, iş materiallarında onun icra sənədini icra etmək imkanına malik olduğu halda qəsdən ödənişdən yayındığını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Hesab etmişdir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adma qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quıliyev Rüfət Mirzə oğlu apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək hazırda sözügedən icra sənədini icra etdiyindən və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında icra şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasında iştirak etmədiyindən sədlik edən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Füzuli Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, Abşeron Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2025-ci il tarixli qərardadına əsasən indeksasiyası olunmuş alimentin miqdarının dəyişdirilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən ## ######## 2010-cu il təvəllüdlü X1 və ## ######## 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxnılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli (400*0,50=200 manat həddində sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. -İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən ## ###### 2026-cı il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Füzuli Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, 25 sentyabr 2025-ci il tarixli qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. -MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Füzuli Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, bu günə qədər icra vərəqəsi üzrə aliment borcundan 2410 manatın hələ də ödənilməməsini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Apellyaisya intansiyasında baxış mərhələsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quıliyev Rüfət Mirzə oğlu ## #### 2026-cı il tarixdə icra sənədi üzrə 2470 manat məbləğini ödədiyini təqsdiq edən qəbz təqdim etmişdir. Belə olan halda, Quıliyev Rüfət Mirzə oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi istisna olunur və onun həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbirinin tətbiq edilməsi yolverilməzdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, hazırda baxılan iş üzrə Quıliyev Rüfət Mirzə oğlunun əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı ləğv edilməli, Quıliyev Rüfət Mirzə oğlu barəsində Sabunçu rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cü maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Quıliyev Rüfət Mirzə oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və Quıliyev Rüfət Mirzə oğlu barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar