Məhkəmə qərarları › İş №3(3-6)-1913/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1913/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1913/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC-in) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materiallardan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, **********/** nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (**********) tərəfindən Gürçüstan Respublikasından 501403260303659, 501403260303660, 501403260303661, 501403260303662, 501403260303663,501403260303664, 501403260303665, 50140326030366, 501403260303667 və *************** nömrəli mal qeydiyyat kodu ilə 95064937, 95069878, 95402749, 95013074, 95007712, 95011771, 95551750, 95403036, 95012787 və 95709531 nömrə nişanlı dəmiryol nəqliyyat vasitələri ilə idxal etdiyi “soya şrotu" yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin halhazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemindən əldə olunmuş məlumata əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ##.##.2018-ci il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 1 olduğu, fəaliyyətinin aktiv olduğu və rəhbərinin X2 olduğu məlum olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək üçün ünvan 2 ünvanına ##.##.2026-cı il tarixli, *-**-****/*-******/**** saylı məktub göndərilmiş və aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə ##.##.2026-cı il tarixində Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. Lakin şirkətin heç bir nümayəndəsi Xaçmaz Gömrük İdarəsinə gəlməmişdir. Nəticədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ünsiyyət Mirzəyeva) ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə xxxx” MMC İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli sözügedən qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdirlər. Məhkəmə, İXM-in 133.2.4-ci maddəsinə əsasən barəsində qərar qəbul edilmiş hüquqi şəxsin və Gömrük Komitəsinin nümayəndələrinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin «xxxx” MMC-in İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək tənbeh edilməsinə dair ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; ##.##.2026-cI il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Gürcüstan Respublikasından 501403260303659, 501403260303660, 501403260303661, 501403260303662, 501403260303663, 501403260303664, 501403260303665, 50140326030366, 501403260303667 və *************** nömrəli mal qeydiyyat kodu ilə 95064937, 95069878, 95402749, 95013074, 95007712, 95011771, 95551750, 95403036, 95012787 və 95709531 nömrə nişanlı dəmiryol nəqliyyat vasitələri ilə idxal etdiyi “soya şrotu" yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli *-**-****/*-******/**** saylı məktubdan görünür ki, xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına məktub göndərilmiş və aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təstiqedici sənədlərlə birlikdə ##.##.2026-cı il tarixdə 12:00-da Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Toplanmış materiallardan müəyyən edilir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmadığından bu hal «xxxx” MMC tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyinə dəlalət edir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx” MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi İXM-in 485.2-ci maddəsi ilə tənbeh etmişdir. Tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi «xxxx” MMC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, cəmiyyətin təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: «xxxx” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin «xxxx” MMC-in İXM-in 485.2-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar