Məhkəmə qərarları › İş №3(3-6)-1914/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1914/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1914/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, Məhkəmə iclas katibi X2 katibliyi ilə, «xxxx» MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından »xxxx» MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim olunmuş inzibati xəta haqqında materialdan və Protokolu tərtib edən orqan Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərəfindən »xxxx» MMC-nin barəsində tərtib olunmuş ## ##### 2026-cı il tarixli EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-ci il tarixdə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (**********1) tərəfindən Rusiya Federasiyasından *************** nömrəli mal qeydiyyat kodu ilə 99459554 və ******** nömrəli dəmiryol nəqliyyat vasitəsi ilə idxal etdiyi “ərzaqlıq yumşaq buğda" yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAIS-də məlumat qeydə alınmamışdır. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakiminin (Ünsüyyət Mirzəyeva) ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə »xxxx» MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs »xxxx» MMC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, protokolun tərtib olunmasına səbəb kimi qısa idxal bəyannaməsinin cəmi 10 (on) dəqiqə gec təqdim edilməsi göstərilir. Bununla bağlı qeyd edir ki, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın (Nazirlər Kabinetinin müvafiq Qərarı) 13.4-cü maddəsində qeyd olunur ki, məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və IXM-nin 485.2- ci maddəsinə əsasən, qısa idxal bəyannaməsinin ümumiyyətlə verilməməsi (yəni mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron şəkildə təqdim edilməməsi) inzibati məsuliyyətə səbəb olur. Hazırda qüvvədə olan normativ aktlarda (yuxarıda istinad olunan Qərar və IXM-də) qısa idxal bəyannaməsinin tamamilə verilməməsi halı ayrı-ayrılıqda inzibati xəta kimi nəzərdə tutulur. Bu sənədlərdə, “müəyyən edilmiş müddət ərzində” gecikmənin konkret neçə dəqiqə və ya saat olması ilə bağlı (mallar real olaraq sərhədi keçməmişdirsə) inzibati məsuliyyətin yaranacağına dair ayrıca göstəriş mövcud deyil. Praktik olaraq, qısa idxal bəyannaməsinin tamamilə verilməməsi ilə təqdimat vaxtına dair cüzi gecikmələr eyni hüquqi nəticəni doğurmur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün ‘Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.2-ci maddəsində, yalnız Yaşıl dəhliz buraxılış sistemindən istifadə edən sahibkarların qısa idxal bəyannaməsini malların sərhədi keçməsindən ən azı 1 (bir) saat əvvəl təqdim etməsi tələb olunur. Bu tələb, adi (Yaşıl dəhlizdən istifadə etməyən) idxalat prosesinə şamil edilmir. Əgər şirkət “Yaşıl dəhliz” hüququndan istifadə etmirsə onda 1 saatlıq müddət tələbi onlara aid edilə bilməz. Şirkət qısa idxal bəyannaməsini, malların gömrük sərhədinə faktiki çatması və gömrük ərazisinə daxil olması öncəsi təqdim etmişdir. Təqdimatda qısa müddətli gecikmə formal göstərici kimi qeyd olunsa da, qanunvericilikdə bu cür cüzi gecikməyə görə ayrıca inzibati xəta nəzərdə tutulmur. IXM-nin 485.2-ci maddəsinin tətbiqi üçün əsas, bəyannamənin heç verilməməsi və ya malların gömrük ərazisinə daxil olmasından sonra verilməsi sayılır. Hazırki vəziyyətdə isə bəyannamə vaxtında (mallar əraziyə daxil olmamış) verilmiş və yalnız şərti “müəyyən olunmuş müddət”ə dair 10 dəqiqə artıq zaman sərf edilmişdir. Beləliklə, “qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi” halı baş vermədiyi üçün, hesab edir ki, Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta tərkibi formalaşmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 10 dəqiqəlik gecikməyə görə inzibati icraatın başlanmasının əsassız olması qənaətindədir. Qeyd olunanlara əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *(*- ***)-****/**** nömrəli, ##.##.2026-cı il il tarixli qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Protokolu tərtib edən orqan nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs»xxxx» MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və »xxxx» MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarına əlavə edilmiş ##.##.2026-cI il tarixli raportdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Rusiya Federasiyasından *************** nömrəli mal qeydiyyat kodu ilə 99459554 və ******** nömrəli dəmiryol nəqliyyat vasitəsi ilə idxal etdiyi “ərzaqlıq yumşaq buğda" yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAIS-də məlumat qeydə alınmamışdır. Iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli *-**-****/*-******/**** saylı məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına məktub göndərilmiş və aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təstiqedici sənədlərlə birlikdə ##.##.2026-cı il tarixdə 10:00-da Xaçmaz Gömrük Idarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası IXM-nin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ### 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, üzərinə düşən bu vəzifəni icra etmədiyindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Hesab edirəm ki, birinci instansiya məhkəmənin hakiminin iş üzrə mübahisələndirilən ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni, əsaslı və düzgün nəticəyə gəlinmiş və təqsirli bilindiyi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 1500 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən təhbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cərimə növündə tənbeh tədbiri tətbiq edərkən törədilmiş xəta üçün dəqiq müəyyən olunmuş, yəni cərimənin aşağı və yuxarı həddi olmadan həmin inzibati xətanın törədilməsinə görə qanunla hüquqi şəxslər üçün müəyyənləşdirilmiş məbləğdə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə tətbiq edilmiş cəriməni qanunamüvafiq və ədalətli hesab edir. Odur ki, göstərilənlərə əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakiminin "xxxx" MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun, qanuni və əsaslıdır. Belə ki, sonuncu tərəfindən apellyasiya şikayətində göstərilənlərlə əlaqəli hər hansı bir təstiqedici sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən verilmiş apellyasiya şikayətində göstərilənlər qərarın ləğv edilib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, eləcə də dəyişdirilməsi üçün əsas deyil və hazırda işə baxılarkən də belə bir əsas müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar