Məhkəmə qərarları › İş №3(3-6)-1920/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1920/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1920/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayılov Elnur Əli oğlunun iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin İsmayılov Elnur Əli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair ## ###### 2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Elnur Əli oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən İsmayılov Elnur Əli oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı iş üzrə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da İsmayılov Elnur Əli oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən MN ******* nömrəli, ## ###### 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılıması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əliyev Şəhriyar İbrahim oğlu) ## ###### 2025-ci il tarixli qərarı ilə İsmayılov Elnur Əli oğlu Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs İsmayılov Elnur Əli oğlu apellyasiya qaydasında şikayət verib şikayətinin təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarının ləğv edilməsini və icra şöbəsinin depozit hesabında saxlanılan qəbzlərin iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında şikayət onunla əsaslandırılmışdır ki, əsas pul borcu 35.000 min manat ödənilməli olduğu halda iş üzrə təyin olunan məhkəmə zalında deyil daha iki ay sonra ##.##.2024-cu il tarixdə Xətai Rayon İcra Şöbəsinin mühasibatlığının depozitindən onun bank hesabına köçürülməsi baş tutmuşdur. Lakin Xətai Rayon İcra Şöbəsinin məmuru Xatir Məmmədov məhkəmə gedişatı zamani israrla bildirmişdir ki, ödənilməli 35.000 min manat konpensasiya onlarin depozitindədir. Lakin bu kompensasiya məbləğini hər il gecikdirilməsinə görə hesablanmamış və itirilmiş faizlərlə birlikdə ümumilikdə 9 il gecikdirilmişdir. Ümumi gecikdirmə dövrü ##.##.2015-ci il tarixdən ödənişin ##.##.2024cü il tarixədək dövrü əhatə edib. Ümumi olaraq icra məmuru özü qəbul etdiyi qərarla ##.##.2024-ci il tarixdə işə xitam verilib. Lakin məhkəmə işin faktiki hallarını nəzərə almamış, təqdim olunmuş sübutlara isə adekvat qiymət verməmişdir. Apellyasiya məhkəmə iclasında iştirak edən İsmayılov Elnur Əli oğlu şikayətin məzmununa uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə məhkəmə iclasına gəlməyən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin ##.##.2024-cü il tarixli bildirişindən görünür ki, borclu İsmayılov Elnur Əli oğluna ##.##.2024-cü il tarixli, *(***)-****/****-*** saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması üçün vaxt verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 3(011)-2832/2024- *** saylı icra sənədindən görünür ki, həmin icra sənədi borclu İsmayılov Elnur Əli oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində təyin edilmiş cərimə cəzası üzrə tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə, İsmayılov Elnur Əli oğlu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi İsmayılov Elnur Əli oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə tənbeh etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi İsmayılov Elnur Əli oğlu barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növünü minimal həddə tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Elnur Əli oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar