Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1922/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli TP ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 16:48də Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti (Nargilə dairəsi) ərazisində “Toyota Prius V hibrid minik” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ##.##.2026-cı il tarixli TP ******** nömrəli inzibati haqqında iş üzrə qərardan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Z.A.Ramazanov) ## ### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin edilməmiş və Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli TP******* saylı (##.##.2026-cı il tarixli IXP ******* saylı protokol əsasında qəbul edilmiş) inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli və Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli TP ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayəti onunla əsaslandırmışdır ki, hadisənin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ("Nargilə” dairəsi) ərazisində üfüqi yol nişanlanmaları silinmiş və görünməz vəziyyətdə olmuşdur. Təqdim etdiyi video və foto materiallardan açıq şəkildə görünür ki, sürücülər üçün hərəkət istiqamətlərini müəyyən edən yol xətləri seçilmir. Görünməyən və ya silinmiş nişanlanma xəttinin pozulmasına görə şəxsin məsuliyyətə cəlb olunması qanunsuzdur. Qəzada iştirak edən VAZ-21074 markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə yerindən qaçmışdır. Bu hal Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ona göndərdiyi rəsmi məktubda da təsdiq olunmuşdur. Hadisə yerindən qaçma faktı qarşı tərəfin öz təqsirini gizlətmək niyyətini göstərsə də, birinci instansiya məhkəməsi bu hala hüquqi qiymət verməmişdir. Yol-nəqliyyat hadisəsi onun manevri nəticəsində deyil, arxadan gələn nəqliyyat vasitəsinin sürətini düzgün tənzimləməməsi və avtomobil ilə hərəkət zamanı zəruri olan təhlükəsiz yan məsafəni (intervalı) qorumaması nəticəsində baş vermişdir. O, hərəkət etdiyi zolaqdan nizamlı qaydada sağa dönmə manevri icra edərkən, digər nəqliyyat vasitəsi yan tərəfdən avtomobilinə sürtünərək toxunmuş və qəza şəraiti yaratmışdır. Birinci instansiya məhkəməsi təqdim etdiyi video və foto sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Videolardan aydın şəkildə görünür ki, yol nişanlanmaları seçilmir, digər avtomobillər də eyni trayektoriya ilə hərəkət edir və yol hərəkəti təşkilində qeyri-müəyyənlik mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi Nümayəndə, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış məhkəmə icraatının xüsusiyyətlərini, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli TP ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, onun təqsiri inzibati iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırıb təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı dinlənilmiş, videogörüntüyə baxış keçirilmiş, müzakirələr aparılmış, hadisəni təsdir edən sənədlər tədqiq olunmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınaraq, məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas yoxdur. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, şikayət təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli TP ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli TP ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1922/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1922/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver