Məhkəmə qərarları › İş №3(3-6)-1923/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1923/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1923/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, X3 oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından X3 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Protokolu tərtib edən orqan Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən orqan Bakı şəhər Idarəsi tərəfindən daxil olmuş MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, AR Inzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə olunmuş şəxsin işlədiyi əmək haqqı aldığı iş yerinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqından tutulması üçün göndərilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli məktuba əsasən tutulma aparılmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə X3 oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 1500 manat məbləğində inzibati qaydada cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan X3 oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ####### 2025-ci il tarixdə inzibati tənbeh haqqında elektron qərar qəbul edilən zaman «xxxx» MMC-nin fəaliyyəti artıq dayandırılmış vəziyyətdə olmuşdur. Eyni zamanda onun həmin MMC-nin direktoru vəzifəsinə səlahiyyətlərinə 2018-ci ildə xitam verilmişdir. Bundan başqa həmin dövrdə MMC-də əmək müqaviləsi əsasında çalışan işçi olmamışdır. Bu səbəbdən icbari sığortalanmalı şəxs və inzibati məsuliyyət daşımalı vəzifəli şəxs mövcud olmadığından, inzibati xəta hadisəsinin baş verməsi təsdiq edilmir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin olunmamasını və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, X3 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı ilə işə baxılmasını mümkün hesab etmişdir. Işin faktiki halları və hüquqi məsələlər: Inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X5 Xidməti Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MMC ilə X3 oğlu arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilyyətinin itirilməsi hallarından icbari sığortalanmaması məlum olmuş və nəticədə X2 oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (bir min beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X5 Xidməti Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC-nin rəhbərliyinə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli məktubdan görünür ki, Protokolu tərtib edən orqan tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılan təhlillər zamanı əldə edilmiş məlumatlar əsasında məlum olmuşdur ki, hər bir işçinizin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanması təmin edilmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 oğlu Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra AR IXM) 469-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Protokolu tərtib edən orqan (bundan sonra Xidmət) tərəfindən ##.##.2025-ci il tarixli MN******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. AR IXMnin 150.5.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində qəbul edilmiş qərar bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, cərimənin ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Həmin Məcəllənin 150.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Qeyd olunanlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın direktoru X3 oğlunun əmək haqqından hər ay 25 % tutulmaqla 1500 manat məbləğində inzibati cərimənin ödənilməsinin təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 (üç) iş gün ərzində Xidmətə yazılı formada məlumat verməyinizi xahiş edirik. Eyni zamanda tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə Xidmətə məlumat verməyinizi, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini 3 (üç) gün müddətində Xidmətə qaytarmağı xahiş edilmişdir. “Azerexpresspost” göndərişlərin izlənməsindən görünür ki, (ştrix-kod SS980187690AZ) məktub «xxxx» MMC-yə ##.##.2026-cı il tarixdə çatmışdır. Hüquqi şəxsin onlayn fəaliyyət dayandırma ərizısindən görünür ki, «xxxx» MMC-nin fəaliyyəti və əməliyyatlarının dayandırıldığı tarix ##.##.2018-ci il, fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix ##.##.2023-cü ildir. Hüquqi şəxsin onlayn fəaliyyət dayandırma ərizısindən görünür ki, «xxxx» MMC-nin fəaliyyəti və əməliyyatlarının dayandırıldığı tarix ##.##.2023-cü il, fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix ##.##.2073-cü ildir. Apellyasiya şikayətinin əsas dəlili hüquqi şəxs «xxxx» MMC-nin fəaliyyətinin dayandırılması və buna görə də X3 oğlunun inzibati məsuliyyətə cəlb olunmasının yolverilməzliyi ilə bağlıdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini qəbul etmir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 43.1-ci maddəsinə əsaən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunan qanunvericilik aktı normalarını əsas götürən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin həmin dəlili qəbul edilə bilməz, xxxx» MMC-nin fəaliyyətinin dayandırılması nə hüquqi şəxsin, nə də X3 oğlunun inzibati məsuliyyətə cəlb olunmasını istisna etmir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, IXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: X3 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar