Məhkəmə qərarları › İş №3(3-6)-1924/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1924/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1924/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X4 Agentliyinin nümayəndələri İsazadə Təbriz Vahid oğlu və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” şirkətinin AR-dakı filialının nümayəndəsi X5 iştirakları ilə, “xxxx” şirkətinin AR-dakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” şirkətinin AR-dakı filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: “xxxx” şirkətinin AR-dakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X4 Agentliyi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” şirkətinin AR-dakı filialı ## ##### 2026-cı il 14:10-a təhlükəli yük daşıyan gəmilər yoxlama aktında siyahısı göstərilmiş təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə “xxxx” şirkətinin AR-dakı filialı Azərbaycan Respublikasının İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5.000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” şirkətinin AR-dakı filialı şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilk növbədə, məhkəmə iclasının təxirə salınması barədə elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmiş ərizə iş materialları ilə birlikdə araşdırılmamış, həmin vəsatətin mövcudluğu və məzmunu barədə qərarda hər hansı qiymətləndirmə aparılmamışdır. Nəticədə tərəflərindən iş üzrə əhəmiyyətli izahatlar təqdim etmək imkanından məhrum olmuşdur. Məhkəmə işçisi ilə telefon əlaqəsi vasitəsilə aparılan danışıq zamanı müəyyən olmuşdur ki, bu əslində sistemin xətası olmuşdur və bu səbəbdən onlar bu ərizəni görə bilməmişlər. Lakin hər bir halda, bu nəticəni dəyişmir. Bundan əlavə, məhkəmə tərəfindən təhlükə potensiallı obyektlərin əvvəllər qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət reyestrində qeydiyyata alındığı, həmin obyektlərin uzun illər ərzində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun nəzarət sistemində olduğu və mütəmadi planlı yoxlamalara cəlb edildiyi faktları lazımi qaydada araşdırılmamışdır. Məhkəmə həmçinin təkrar qeydiyyat müddətinin başa çatmasının obyektlərin dövlət reyestrindən çıxarılmasına səbəb olub-olmaması, həmin halın dövlət nəzarətinin həyata keçirilməsinə hansı təsir göstərməsi və obyektlərin faktiki olaraq qeydiyyatdan keçirilməmiş obyekt hesab edilə bilməsinin mümkün olub-olmaması kimi iş üçün mühüm əhəmiyyət daşıyan halları müəyyən etməmişdir. Eyni zamanda, iş materiallarında obyektlərin əvvəllər dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən məlumatların mövcud olmasına baxmayaraq, məhkəmə tərəfindən qeydiyyat və təkrar qeydiyyat arasındakı faktiki və hüquqi fərqlərin qiymətləndirilməsi aparılmamışdır. Hesab edirik ki, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli hal kimi qəbul edilən “obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi” faktı iş materialları ilə təsdiq olunmur. Əksinə, iş materiallarından görünür ki, sözügedən təhlükə potensiallı obyektlər əvvəllər qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınmış və FHN tərəfindən nəzarətdə saxlanılmışdır. Mübahisə predmeti isə ilkin qeydiyyatın olmaması deyil, təkrar qeydiyyatın aparılmamasıdır. Buna baxmayaraq, məhkəmə bu fərqi nəzərə almadan qeydiyyatsızlıq faktını sübut olunmuş hal kimi qiymətləndirmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara əsasən belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı İXM-in 276- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin bu nəticə iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun gəlmir. Belə ki, iş materiallarından görünür ki, sözügedən təhlükə potensiallı obyektlər əvvəllər qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınmışdır. İnzibati orqan tərəfindən də obyektlərin əvvəllər qeydiyyata alınmadığı deyil, onların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə təkrar qeydiyyatdan keçirilmədiyi iddia edilmişdir. Bununla belə, məhkəmə təkrar qeydiyyatın həyata keçirilməməsi halını dövlət reyestrində qeydiyyatdan keçirilməmə halı ilə eyniləşdirərək İXM-in 276-1-ci maddəsini tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” şirkətinin AR-dakı filialının nümayəndəsi X5 şikayətin və yazılı əlavə izahatın dəlillərinə uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X4 Agentliyinin nümayəndələri İsazadə Təbriz Vahid oğlu və X3 məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, tərəflərin çıxışını dinləyib hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X4 Agentliyi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli yoxlamanın aparılması haqqında qərardan görünür ki, ünvan 1 ünvanında təhlükəli yüklərin hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmasında işlərin təhlükəsiz görülməsinin yoxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X4 Agentliyinin 2026-cı il üzrə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ##.##.2026-cı il tarixi KY********* nömrəli çıxarışa əsasən, “xxxx” şirkətinin AR-dakı filialı təhlükə potensiallı obyektləri üzrə ##.##.2026-##.##.2026-cı il tarixlərində aparılmış yoxlama zamanı “xxxx” şirkətinin AR-dakı filialının balansında olan gəmilərin texniki təhlükəsizlik bəyannaməsi mövcud olmadığı, təhlükəli yüklərlə bağlı əməliyyatlarda iştirak edən işçilərin texniki təhlükəsizlik və ixtisaslaşma üzrə tələblərinin yerinə yetirilmədiyi həmçinin attestasiyadan keçirilmədiyi, şirkətin istismar etdiyi təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan **/*** nömrəli, ##.##.2026-cı il tarixli Yoxlama Aktından müəyyən olunur ki, 6 ədəd qazma qurğusu təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X4 Agentliyi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” şirkətinin AR-dakı filialı ## ##### 2026-cı il 14:10-a təhlükəli yük daşıyan gəmilər yoxlama aktında siyahısı göstərilmiş təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsinə görə təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vahid dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Texniki təhlükəsizlik haqqında”qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən hali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. “Texniki təhlükəsizlik haqqında”qanunun 2-ci maddəsinin 2-ci bəndinə əsasən təhlükə potensiallı obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin qanunun 2-ci maddəsinin 3-cü bəndinə əsasən təhlükə potensiallı obyektlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir. “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, 94 № Qərarından görünür ki, təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə* aşağıdakılar aiddir:7.5-ci bəndinə əsasən dəniz donanması vasitəsilə təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulan gəmi növləri. “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktaybr 2001-ci il tarixli, *** saylı Qərarın:

3. Obyektlərin təhlükə potensiallı obyektlər kateqoriyasına aid edilməsi “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq həyata keçirilir.

4. Obyektlərin, dövlət reyestrində qeydiyyatdan keçirilməsini və dövlət reyestrinin aparılmasını Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

8. Obyektin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə həmin obyekti istismar edən şəxsə dövlət reyestrindən çıxarış verilir

9. Dövlət reyestrində qeydiyyatdan keçmiş təhlükə potensiallı obyektlər və bu obyektləri istismar edən şəxslər haqqında məlumatlar vahid metodikadan istifadə edilməklə toplanılır və sistemləşdirilmiş şəkildə saxlanılır. Birinci instansiya məhkəməsi yuxarda göstərilən nəticəyə gələrkən hesab etmişdir ki, “xxxx” şirkətinin AR-dakı filialı Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” şirkətinin AR-dakı filialı həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X4 Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” ## ###### 2007- ci il tarixli *** nömrəli Fərmanının 8.11-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2001-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası”nın 6-cı bəndinə uyğun olaraq istismara qəbul edilən təhlükə potensiallı obyektlər onların istismarına başlanıldığı gündən ən geci 30 gün müddətində Agentlikdə dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakiminin gəldi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X4 Agentliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ## ######## 2023-cü il tarixli, KY********* saylı çıxarışa əsasən ünvan 1 ünvanında ##.##.2026-##.##.2026-cı il tarixlərində yoxlama aparılmışdır. Aparılmış yoxlama zamanı obyektə istismar olunan təhlükəli yük daşıyan gəmiləri təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Buna uyğun olaraq da hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, apellyator tərəfindən təqdim edilmiş Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə A-***** nömrəli çıxarış ## ###### 2021-ci il tarixlndə “xxxx” şirkətinin AR-dakı filialına ondan ötrü verilmişdir ki, göstərilən hüquqi şəxs tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər, “Tehniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin çıxarış ## ######## 2020-ci il tarixli A-11859 nömərli və ## ####### 2020-ci il tarixli A-***** nömrəli çıxarışların əvəzinə verilmişdir. Qeyd olunan çıxarış 5 il müddətinə verilir. Etibarlıq müddəti var və müddət keçdikdən sonra qüvvəsindən düşür. Sözügedən çıxırışda da obyektlər ## ####### 2025-ci ilədək təkrar qeydiyyata alınması qeyd edilmişdir. Lakin hüquqi şəxs tərəfindən bu tələblər yerinə yetirilməmişdir. Odur ki, şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsinin “xxxx” şirkətinin AR-dakı filialı barəsində gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, düzgün, qanuni və əsaslıdır. Şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq

QƏRARA ALDIM:

“xxxx” şirkətinin AR-dakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “xxxx” şirkətinin AR-dakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar