Məhkəmə qərarları › İş №3(3-6)-1925/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1925/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1925/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “İnter Service Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, “İnter Service Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC-nin) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından “İnter Service Group” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X2) **(*-**)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarı ilə, hüquqi ünvanı ünvan 1 olan “İnter Service Group” MMC-nin İXM-in 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İşin halları: Materialdan görünür ki, MMC-nin İXM-in 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən MN seriyalı ******* nömrəli ##.##.2026cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, MMC icarəyə götürdüyü istehsalat sahəsi (beton boru zavodu və s.)üzrə müəssisənin təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatını aparmamaqla İXM-nin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Həmin qərardan “İnter Service Group” MMC apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi bildiriş göndərilməmiş və MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən MMC-nin hüquqları pozulmuşdur Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının isə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ***** saylı aktından görünür ki, ünvan 2 ünvanında “xxxx” MMC-dən ## ###### 2025-ci il tarixli müqavilə əsasında “İnterService Group” MMC tərəfindən icarəyə götürülmüş istehsalat sahəsi üzrə ətraf mühitin müəssisə monitorinqinin, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması faktı ilə əlaqədar idarə tərəfindən aparılan inzibati araşdırma ilə bağlı “İnterService Group” MMC-yə ## ##### 2026-cı il tarixl G-BM/****-*** saylı bildiriş məktubu göndərilərək müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi ## ##### 2026-cı il tarixdə idarəyə dəvət edilmişdir. Bildiriş məktubu MMC-yə təqdim edilsə də, MMC-nin direktoru qeyd olunan müddətdə idarəyə gəlməmişdir. İdarə əməkdaşları tərəfindən xidməti ərazidə aparılan monitorinqlər zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində "İnter Servıce Group" MMC tərəfindən "xxxx" MMC-dən müqavilə əsasında icarəyə götürülmüş istehsalat sahəsinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmadığı, monitorinq göstəriciləri barədə hesabatın İdarəyə təqdim edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ##.##.2026-cı il tarixdə göndərilmiş məktubdan görünür ki, İdarə əməkdaşları tərəfindən xidməti ərazidə aparılan monitorinqlər zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində "İnter Servıce Group" MMC tərəfindən "xxxx" MMC-dən müqavilə əsasında icarəyə götürülmüş istehsalat sahəsinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmadığı, monitorinq göstəriciləri barədə hesabatın İdarəyə təqdim edilmədiyi üçün araşdırma aparılması barədə məlumat verilmiş və nümayəndənin idarəyə gəlməsi xahiş edilmişdir. Məktubun MMC-in nümayəndəsi tərəfindən qəbul edilməsi əks olunmuşdur. Bu baxımdan məhkəmə qeyd edir ki, iş materialları ilə MMC tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatlarının aparılmadığı, 2 TG statistik hesabatlarının təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə onu da xüsusilə qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirak etmədiklərindən hüquqlarının pozulması mövqeyindən çıxış etsə də, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işə apellyasiya icraatı qaydasında baxılarkən də inzibati xəta tərkibi yaradan halı təkzib edən hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 239-cu maddəsinə əsasən, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və hüquqi şəxsin ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatlarını aparmamasını nəzərə alaraq, həmin hüquqi şəxsi əsaslı olaraq İXM-in 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi MMC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, cəmiyyətin təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq Qərara aldım: “İnter Service Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin “İnter Service Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinərək barəsində 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar