Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1926/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X10 iştirakı ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv olunması barədə şikayətinin təmin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarın ləğv olunması barədə şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixində X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin Direktoru kimi vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində AR İXM-nin 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında MN № ******* saylı Protokol qəbul edilmişdir. İnzibati xəta haqqında protokoldan sonra həmin Protokol əsasında ##.##.2026 cı il tarixində X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “xxxx” MMC-nin direktoru kimi vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində AR İXM-nin 192.6 cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında MN № ******* saylı İnzibati tənbeh vermə haqqında müvafiq qərar qəbul edilmişdir. Hesab edirik ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş MN № ******* saylı, ##.##.2026-cı il tarixli protokol və bunun nəticəsində qəbul edilmiş ##.##.2026-c1 il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və qərəzli şəkildə qəbul edilmişdir. Qəbul edilmiş qərar tamamilə əsassızdır və hesab edirik ki, pozuntusu iddia edilən maddənin norması əmələ münasibətdə düzgün tövsif edilməmişdir. Buna görə də həmin qərar əməldə inzibati xətanın tərkibi olmadığı üçün ləğv edilməlidir. İnzibati tənbeh vermə haqqında qərara nəzər yetirsək məlum olur ki, "xxxx” MMC, şirkətin sabiq işçisi olmuş X1 əmək müqaviləsinə xitam verərkən, AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdarlıq qaydasına riayət etsə də, işçi işə çıxdığı gün deyil, ##.##.2025-ci il tarixdə xitam verdiyi üçün qanunvericiliyin tələblərini pozmuşdur. Bildiririk ki, “xxxx” MMC tərəfindən həm əmək müqaviləsinin müddətinin bitməsinə dair xəbərdarlıq qaydasına riayət edilmiş, həm də, müqaviləyə xitam verilmə qaydasına riayət edilmişdir. Məhkəmədən xahiş edirik ki, hazırki iş üzrə qərar çıxaran zaman aşağıda sadalanan faktları nəzərə aldıqdan sonra öz qərarını qəbul etsin: X1 dair № XV****ND* saylı sığortaolunanın xəstəlik vərəqəsinə əsasən, ##.##.2025ci il tarixdən 01.09,2025-ci il tarixədək əmək funksiyasının icrasından azad edilmiş, işə başlama tarixi isə, ##.##.2025-ci il göstərilmişdir. Bildirik ki, X3 müqaviləsinə ##.##.2025ci il tarixdə xitam verilməsinin səbəbi, ƏMAS həmin altsistemində gün görünməsi xəstəlik vərəqəsinin (bülleten) bağlanması tarixi, elektron portalda yalnız olmuşdur. ##.##.2025ci il tarixədək sözügedən elektron sistemdə xəstəlik vərəqəsinin tarixinin sona çatması (bağlanması) ilə bağlı hər hansı məlumat əmək olmamışdır. müfəttişliyinə Odur ki, bizdən asılı olmayan bu cür texniki hal ilə bağlı rəsmi məlumatı da vermişik. Həmçinin, AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində də imperativlik xarakteri mövcud tapmışdır.) deyildir. (Bu, həmçinin, Əmək Məcəlləsinin kommentariyasında da öz əksini müqaviləsinə İşəgötürən, qanunvericiliyin tələblərinə tam riayət etməklə X3 halda, xitam vermiş, hər hansı pozuntu törətmək niyyəti və məqsədi olmamış, sözügepən inzibati xəta tərkibinin bütün elementləri mövcud olmadığından, heç bir inzibati xəta törədilməmışdır. Hesab edirik ki, X5 Xidmətinin Bakı şəhər İdarəsinin həmin məsələ ilə bağlı mövqeyi bu səbəbdən, əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerinde olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Hesab edirik ki, məhz ədalətlilik prinsipini rəhbər tutaraq məhkəmə bu halı xəta hesab edərsə belə, onun törədilməsi hallarını nəzərə almalıdır. Belə ki, işəgötürən olan vəzifəli şəxsin işçinin hüquqlarını pozmaq niyyəti və məqsədi olmamışdır, ona görə də, AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərini pozaraq, işçinin əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassızdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarı ilə şikayət təmin olunmuş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinib şərti olaraq 1700 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin işçisi X1 ##.##.2025-ci ildən 01,09.2025-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirmiş və ##.##.2025-ci il tarixində işə başlamışdır. Lakin onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilsə də, Bədəlovun əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verilmişdir. Halbuki həmin müqaviləyə ##.##.2025-ci il tarixində xitam verilməli idi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Bildiririk ki, məhkəmə tərəfindən araşdırma və sübutların qiymətləndirilməsi obyektiv aparılmamış, inzibati orqanın əlavə sübutları təqdim etməsinə şərait yaradılmamışdır. Məhkəmə sadəcə bir tərəfin, xüsusilə vəzifəli şəxsə münasibətdə qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qanunazidd qərar çıxarmışdır. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı tam qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məlum olduğu kimi, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində işçi qanunsuz olaraq işdən azad edilmiş və onun əmək hüquqları pozulmuşdur. Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. Məhkəmənin mövqeyinin əksinə olaraq qanunverici işçi xəstə olduğu və ya digər hallarda əmək müqaviləsinin bitdiyi gün ona xitam verilməsi mümkün olmadıqda, işəgötürənə yalnız əlavə olaraq bir gün, yəni işçi işə çıxdığı gün müqaviləyə xitam verilməsi üçün imkan yaratmışdır. Bununla da işəgötürənin iştədiyi vaxt əmək müqaviləsinə xitam verilməklə bağlı imkanı məhdudlaşdırılmışdır. Eyni zamanda, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışına uyğun əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik şəxs olduğundan, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Qərardan şikayət verən orqan (şəxs) təqsiri yuxarıda qeyd olunmuş mötəbər sübutlarla tam sübuta yetirilmişdir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X10 verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, bildirdi ki, işçi ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Düzdür müəssisə xəbərdarlıq məktubu göndərib, lakin məhkəmə qərar verərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə istinad etmişdir. Həmin Məcəllənin 73-cü maddənin 2-ci hissəsində konkret olaraq müddət təyin edilmişdir. Belə ki, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Lakin işəgötürən onun işçinin çıxdığı gün deyil, ondan sonraki günlərdə əmək müqaviləsinə xitam vermişdir. Hakim normanı düzgün tədbiq etməmişdir. İşəgötürən qanunvericiliyə uyğun olmayan qaydada əmək müqaviləsinə xitam vermişdir.Şəxs sentyabr ayın 2-si işə çıxsa da, növbəti gün əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, vətəndaş X1 ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirdiyi və ##.##.2025-ci il tarixdə işə başladığı məlum olmuşdur. Lakin, onunla bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, işçi işə çıxdığı gün deyil, 03.09.202-cı il tarixdə xitam verilərək əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Nəticədə, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli ərizədən görünür ki, X1 işə qəbul edilmək üçün müraciət etmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, vətəndaş X2 ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmiş və işçi xəbərdarlıq məktubunun surətini almışdır. İş materiallarında olan Siğortaolunanın xəstəlik vərəqəsindən görünür ki, X1 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək funksiyasının icrasından azad edilmiş və işə başlamalı olduğu tarix ##.##.2025-ci il olaraq qeyd edilmişdir. Həmin məktub ##.##.2025-ci il tarixdə imzalanmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli əmrdən görünür ki, X1 ilə əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə hesab etmişdir ki, hazırkı işdə xitam verilərkən xəbərdarlıq qaydasına riayət edilməsi mübahisə doğurmur. Belə ki, iş materiallarına əlavə edilmiş ## ###### 2025-ci il tarixli xəbərdarlıq məktubundan və işçinin onu qəbul etməsini təsdiqləyən imzasından müəyyən edilir ki, müqavilənin müddətinin bitəcəyi barədə işçi 11 gün əvvəlcədən, Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "azı bir həftə" tələbinə tam riayət edilməklə məlumatlandırılmışdır. Bu o deməkdir ki, müqavilə həmin maddənin mənasında uzadılmış və ya müddətsiz hesab edilmir, müqavilənin müddətinin qurtarması əsası ilə xitamın hüquqi əsası mövcuddur. Səlahiyyətli orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, işçi işə çıxdığı gün deyil, ondan sonrakı gün olan ## ######## 2025-ci il tarixində əmək müqaviləsinə xitam verilməklə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Lakin məhkəmə bu mövqe ilə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçinin müəyyən üzrlü səbəbdən, o cümlədən xəstələnməsi nəticəsində iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda, xəbərdarlıq qaydasına riayət edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Sözügedən normanın dispozisiyasından göründüyü kimi, onun tətbiqi işçinin işə çıxması faktı ilə şərtləndirilmişdir, çünki qanunverici xitam üçün məhz "işçi işə çıxdığı gün"ü başlanğıc nöqtəsi kimi müəyyən etmişdir. İşçi iş yerinə qayıtmadığı təqdirdə, sözügedən norma üzrə işəgötürənin xitam vermək imkanını reallaşdıracaq an da yaranmamış olur. Bu baxımdan, barəsində icraat aparılan şəxs tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş müəssisənin giriş-çıxış sisteminin (turniket) məlumatları mühüm əhəmiyyət kəsb edir. Həmin məlumatlardan müəyyən edilir ki, işçi xəstəlik vərəqəsi üzrə işə başlama tarixi kimi göstərilən ## ######## 2025-ci il tarixində iş yerinə daxil olmamış, yəni faktiki olaraq işə çıxmamışdır. Səlahiyyətli orqan tərəfindən isə işçinin həmin tarixdə işə çıxdığını və işəgötürənin məhz o gün xitam vermək öhdəliyinin yarandığını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş "işçi işə çıxdığı gün" şərti ## ######## 2025-ci il tarixində yaranmadığından, işəgötürənin həmin gün xitam verməməsi əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, "verilə bilər" formulu öz hüquqi təbiətinə görə dispozitiv xarakter daşıyır və işəgötürənin üzərinə xitamı yalnız konkret bir gündə vermək kimi imperativ vəzifə qoymur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə də, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir və bu azadlıq şəxsin davranışının bu və ya digər üsulunu seçmək imkanını əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli Qərarı). Belə olan halda, dispozitiv normanın işəgötürən tərəfindən sonrakı bir gündə tətbiq edilməsi normanın pozulması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaətlə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün xxxxdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “xxxx”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.[225] Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci məddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Qanunvericiliyə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi və s.) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Lakin iş materiallarınla müəyyən edilir ki, işəgötürən xxxx MMC, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) ilə işçi X1 arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. İşəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə vətəndaş X2 ilə əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən, xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmiş və işçi xəbərdarlıq məktubunun surətini almışdır. Xəstəlik vərəqəsinə əsasən işçi X1 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək funksiyasının icrasından azad edilmiş və işə başlamalı olduğu tarix ##.##.2025-ci il olaraq qeyd edilmişdir. İşəgötürən işçi X1 ilə əmək münasibətlərinə xitam vermə niyyətində olmuş, bununla bağlı xəbərdarlıq etmiş, lakin əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq işə çıxdığı gün deyil, növbəti gün, yani ##.##.2025-ci il tarixində xitam vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinə zidd şəkildə xitam verilməsinə yol verilməlidir. Belə olan halda qeyd edirəm ki, Qərarından şikayət verilən orqan tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmış və düzgün olaraq Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, hesab edirəm ki, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qəbul etdiyi qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarından verdiyi şikayət təmin edilməməli və X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1700 (bir min yeddi yüz) manat məbləğində cərimə edilməsinə dair Qərarından şikayət verilən orqan MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlar biri qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALIRAM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarı ləğv edilsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1700 (bir min yeddi yüz) manat məbləğində cərimə edilməsinə dair Qərarından şikayət verilən orqan MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1926/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1926/2026
02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver