Məhkəmə qərarları › İş №3(3-6)-1927/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1927/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1927/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi – nümayəndə1 iştirakı ilə “xxxx” MMC-nin barəsində olan Azərbaycan Respublikası IXM-nin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.A.Əsədova) ## #### 2026-cı il tarixli qərarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib edilmiş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti verərək, inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv olunmasını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı hesab edilərək "xxxx" MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları natamam və birtərəfli qiymətləndirmişdir. Inzibati iş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi PHŞ tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli T-*** nömrəli plandankənar yoxlama aktı mövcuddur. Həmin aktda "xxxx" MMC-yə məxsus tibb müəssisəsində sertifıkasiyadan keçməyən və praktik tibbi fəaliyyət göstərmək səlahiyyəti olmayan X4 kosmetoloji fəaliyyət göstərdiyi aşkar edilmişdir. Yoxlama zamanı, kosmetoloji kabinetdə X4 fəaliyyətinə dair məlumatlar aşkarlanmış, kosmetoloji tibbi vasitələrin sifariş və ödənişlərini təsdiq edən sənədlər müəyyən edilmiş və onun istifadəsində olan əşyalar üzərində "Dr. Rana" və "Dr. Rəna Mahmudova" yazıları aşkar edilmişdir. Bu hallar inzibati orqanın rəsmi yoxlama aktında öz əksini tapmışdır və Inzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən sübut qismində qiymətləndirilməlidir. Lakin məhkəmə həmin sübutların hüquqi əhəmiyyətini nəzərə almamış, yalnız hüquqi şəxsin əməkdaşlarının ifadələrinə əsaslanaraq inzibati xəta tərkibinin olmadığını nəticə kimi qəbul etmişdir. Bu isə sübutların obyektiv və hərtərəfli qiymətləndirilməsi prinsipinə ziddir. Şahid ifadələri maraqlı şəxslərin ifadələri olduğundan onların üstün sübut qüvvəsi yoxdur. Məhkəmə qərarında əsaslandırma kimi istifadə olunan şahidlər müəssisənin baş mühasibi X1, müəssisə ilə əməkdaşlıq edən şirkətin əməkdaşı X3r. Hər iki şəxs birbaşa və ya dolayısı ilə "xxxx" MMC ilə əmək münasibətlərində və ya maraq əlaqəsində olmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsi ilə bağlı normalarına görə maraqlı şəxslərin ifadələri digər obyektiv sübutlarla müqayisədə üstün hüquqi qüvvəyə malik hesab edilə bilməz. Məhkəmə isə rəsmi yoxlama aktında qeyd edilən faktları təkzib edən müstəqil sübutlar olmadan yalnız həmin şəxslərin ifadələrinə əsaslanmışdır. Məhkəmə inzibati xəta tərkibinin müəyyən edilməsi üçün tələb olunan hüquqi meyarları düzgün tətbiq etməmişdir. IXM-nin 215.4-cü maddəsinə əsasən məsuliyyətin yaranması üçün sertifıkasiyadan keçməyən və ya praktik tibbi fəaliyyət göstərmək hüququ olmayan şəxsin praktik tibbi fəaliyyətə buraxılması kifayətdir. Maddənin dispozisiyası faktiki tibbi fəaliyyətin həyata keçirilməsini və ya belə fəaliyyətə şərait yaradılmasını inzibati məsuliyyət yaradan hal kimi müəyyən edir. Yoxlama zamanı X4 kosmetoloji kabinetlə əlaqəsinin olması, kosmetoloji fəaliyyətə dair sənədlərin mövcudluğu, "Dr." adından istifadə etməsi, tibbi kosmetoloji fəaliyyətlə əlaqəli materialların aşkarlanması və onun yalnız "bioloqməsləhətçi" kimi fəaliyyət göstərməsi barədə müdafiə tərəfinin mövqeyini şübhə altına alır. Bu hallar məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Məhkəmə sübutların təqdim edilməməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Qərarda göstərilmişdir ki, inzibati orqan həmin faktları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə həmin sənədlərin əlavə tələb olunması, inzibati orqanın nümayəndəsinin iştirakı təmin edilməklə araşdırmanın tamamlanması və ya sübutların yenidən təqdim edilməsinin təmin olunması istiqamətində heç bir prosessual tədbir görməmişdir. IXM-nin məqsədi işin formal əsaslarla deyil, maddi həqiqətin müəyyən olunması yolu ilə həll edilməsini tələb edir. Məhkəmə iş üzrə bütün halları tam araşdırmadan icraata xitam verməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Qərarın nəticə hissəsi iş materialları ilə ziddiyyət təşkil edir. Məhkəmə bir tərəfdən yoxlama aktında X4 kosmetoloji fəaliyyət göstərdiyinə dair məlumatların olduğunu qəbul etmiş, digər tərəfdən həmin halları təkzib edən yalnız müəssisə əməkdaşlarının ifadələrinə əsaslanaraq inzibati xəta tərkibinin olmadığını qeyd etmişdir. Belə yanaşma sübutların daxili ziddiyyətli qiymətləndirilməsi olmaqla qərarın əsaslandırılmışlıq meyarına cavab vermir. Məhkəmə iclasında Səhiyyə Nazirliyinin nümayəndəsi nümayəndə1 şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş və məhkəmə iclasına gəlməmiş barəsində izibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını nəzərə alaraq qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməli, inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, “xxxx” MMC-nin barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış məhkəmə icraatının xüsusiyyətlərini, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları və şikayətin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işin faktiki hallarına uyğun olmayan qərar qəbul olunmuşdur. Belə ki, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının mübahisəsi ilə bağlı şikayətin dəlilləri, iş materialları və məhkəmədə tədqiq olunaraq araşdırılmış mümkün sübutların məcmusu ilə müqayisədə əsaslıdır və apellyasiya qaydasında araşdırılmış iş materialları ilə, “xxxx” MMC-nin əməlində inzibati xəta tərkibinin olmaması haqqında iddialar təsdiqini tapmamış və barəsində inzibati məsuliyyəti və inzibati tənbehin tətbiqini qanunla istisna edən hallar iş üzrə müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sənədlərin dairəsindən belə məlum olur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X2 şəxsi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında ## ### 2026-cı il tarixli, *-**- */*-*-****/**** nömrəli qərarla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində ##.##.2026- ##.##.2026-cı il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X2 şəxsin əməkdaşlarının iştirakları ilə tərtib olunmuş “özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama” ##.##.2026-cı il tarixli T-*** saylı planda kənar yoxlama aktından görünür ki, ünvan 1 ünvanda yerləşən “xxxx” MMC-yə məxsus tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı səlahiyyəti olmayan şəxsin X4 “kosmetoloji” iş üzrə praktik tibbi fəaliyyəti aşkar edilmişdir. X8 iştirakı ilə təqdim etdiyi sənədlər əsasında keçirilmişdir. X6 tərəfindən təqdim edilmiş “kosmetolji” iş otağında “bioloq” Rəna Mahmudovanın kosmetoloji tibbi fəaliyyətinə dair təsdiqedici faktlara (kosmetoloji tibbi vasitələrin sifariş və ödənişin təsdiq edən qəbzlər) rast gəlindi. Rəna Mahmudovaya aid əşyalar, əşyalar üzərində “DR.Rəna” və DR. Rəna Mahmudova” yazıları”. Əmək müqaviləsinə xitam verilməsi barədə №**/**** saylı, ##.##.2026-cı il tarixli əmrdən görünür ki, "Bioloq-məsləhətçi" vəzifəsində işləyən X4 ilə bağlanılmış **K*W*Y****** nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi - tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən ##.##.2026-cı il tarixindən xitam verilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, “xxxx” MMC-yə özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə görülməsinə icazə verilən işlərin siyahısı həmin lisenziyada göstərilmişdir. Beləliklə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə müqayisədə, birinci instansiya məhkəməsində mümkünlüyü və mötəbərliyi üzrə tədqiq olunaraq qiymətləndirilmiş müvafiq tibbi və digər sənədlərin əlaqəli təhlili ilə, ## ### 2026-cı il tarixdə ünvan 1 ünvanda yerləşən “xxxx” MMCyə məxsus tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı səlahiyyəti olmayan şəxsin X4 “kosmetoloji” iş üzrə praktik tibbi fəaliyyətlə məşğul olması müəyyən edilmişdir. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticələrinə əsasən, birinci instansiya məhkəməsi, inzibati xəta haqqında iş üzrə toplanmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət verməmiş, mübahisəli faktla bağlı işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, tənbeh edilməsinin əsaslarını düzgün müəyyənləşdirməmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi mövqeyindən fərqli olaraq, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələbinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh olunması mərhələsində onun xeyrinə həll edilməli olan şübhəli və ya ziddiyyətli məqamların müəyyən olunmadığını qeyd edir və verilmiş şikayətin dəlillərinə münasibətdə, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı tam təsdiq olunmuşdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarının tələbləri baxımından qanuni və əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə və sənədlərə münasibətdə, inzibati xəta faktını qanunla istisna edən halların iş materialları ilə müqayisədə müəyyən olunmadığını nəzərə alır və “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh olunması haqqında inzibati xəta haqqında işin icraatına xitam verilməsinə əsaslar müəyyən etmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinin tələbinə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməli hallardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara əsasən, “xxxx” MMC-nin inzibati iş üzrə təqsirinin işdə olan sənədlərlə tam təsdiq olunduğunu nəzərə alır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmuş və tədqiq edilmiş sənədlərlə müqayisədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi, “xxxx” MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, “xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1- ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2006-cı il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, “xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar