Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1928/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, X2 katibliyi ilə, Inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Bakı şəhəri * saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi Idarəsinin ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti qismən təmin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi Idarəsinin ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ##### 2026-cı il tarixdə, saat 20:40:01 radələrində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində IXP******* nömrəli elektron protokol tərtib edilmişdir. Həmin protokola əsasən, ## ##### 2026-cı ıl tarixli qərarla barəsində 100 manat məbləğində cərimə və 3 cərimə balı tətbiq olunmuşdur. Sözügedən protokol və həmin protokola əsasən çıxarılmış qərar tamamilə əsassız, qanunsuz və qərəzlidir. Inzibatı xətanın törədildiyi iddia edilən vaxtda - 20:40:01-də, idarə etdiyi nəqliyyat vasitəsi qeyd olunan ünvanda hərəkətdə olmamışdır. Rəsmi GPS naviqasiya sisteminin göstəricilərinə əsasən, həmin vaxt avtomobili ünvan 1 ünvanında dayanmış (park halında) vəziyyətdə olmuşdur. Nəqliyyat vasitəsi yalnız saat 20:44-də hərəkətə başlamışdır. Bu fakt inzibati xətanın törədilməsinin fiziki cəhətdən qeyri-mümkün olduğunu sübut edir. Protokolda xətanın törədildiyi yer kimi Həsənoğlu küçəsi göstərilsə də, qeyd olunan zaman kəsiyində avtomobilI tamamilə fərqli bir ünvanda - Təbriz küçəsində dayanıqlı vəziyyətdə olmuşdur. Bu, protokolun faktiki materiallar araşdırılmadan, qeyri-peşəkar və yanlış məlumatlar əsasında tərtib edildiyini göstərir. Iddia olunur ki, Qərardan şikayət verən orqan (şəxs) guya işıqforun qadağanedici işarəsində hərəkət etmişdir. Lakin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərinə görə, inzibati xətanın törədildiyini sübut etmə vəzifəsi həmin qərarı çıxaran inzibati orqanın üzərinə düşür. Hazırkı halda heç bir maddi sübut (foto və ya video çəkiliş) təqdim olunmamışdır. Əksinə, onun əlində avtomobilin hərəkətsiz olduğunu sübut edən təkzibedilməz texniki göstəricilər mövcuddur. Qərarın surətini rəsmi şəkildə əldə etmək üçün inzibatı orqana dəfələrlə müraciət etsə də, qərarın ona verilməsindən qanunsuz olaraq imtina edilmişdir. Bu, onun müdafiə hüququnun və məlumat əldə etmək hüququnun kobud şəkildə pozulmasıdır. Qərarın əsli inzibati orqan tərəfindən gizlədildiyi üçün şikayətə yalnız cərimə bildirişi əlavə edir. Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə ##.##.2026-cı il tarixli qərarı ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi Idarəsinin ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti qismən təmin edilmiş və işə yenidən baxılması Bakı şəhər Dövlət Yol Polisi Idarəsinə tapşırılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, inzibati xətanın törədildiyi iddia edilən vaxtda - 20:40:01-də, idarə etdiyi nəqliyyat vasitəsi qeyd olunan ünvanda hərəkətdə olmamışdır. Rəsmi GPS naviqasiya sisteminin göstəricilərinə əsasən, həmin vaxt avtomobili ünvan 1 ünvanında dayanmış (park halında) vəziyyətdə olmuşdur. Nəqliyyat vasitəsi yalnız saat 20:44-də hərəkətə başlamışdır. Bu fakt inzibati xətanın törədilməsinin fiziki cəhətdən qeyri-mümkün olduğunu sübut edir. Protokolda xətanın törədildiyi yer kimi Həsənoğlu küçəsi göstərilsə də, qeyd olunan zaman kəsiyində avtomobili tamamilə fərqli bir ünvanda - Təbriz küçəsində dayanıqlı vəziyyətdə olmuşdur. Bu protokolun faktiki materiallar araşdırılmadan, qeyri-peşəkar və yanlış məlumatlar əsasında tərtib edildiyini göstərir. Iddia olunur ki, o, guya işıqforun qadağanedici işarəsində hərəkət etmişdir. Lakin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərinə görə, inzibati xətanın törədildiyini sübut etmə vəzifəsi həmin qərarı çıxaran inzibati orqanın üzərinə düşür. Hazırkı halda heç bir maddi sübut (foto və ya video çəkiliş) təqdim olunmamışdır. Əksinə, əlində avtomobilin hərəkətsiz olduğunu sübut edən təkzibedilməz texniki göstəricilər mövcuddur. Qanunvericiliyin tələbinə görə, əgər sürücü tərəfindən hər hansı xəta törədilibsə, protokol yerindəcə tərtib edilməli və sürücüyə izah olunmalıdır. Lakin onun halında heç bir xəta törədilmədiyi halda, nəqliyyat vasitəsi polis əməkdaşı tərəfindən dayandırılmış və heç bir qanuni əsas olmadan birbaşa cərimə meydançasına (müvəqqəti duracağa) aparılmışdır. Xəta yərində sübut edilmədiyi təqdirdə avtomobilin duracağa aparılması aşkar səlahiyyət həddini aşma və qanunsuz məhdudlaşdırmadır. IXM-in 327.2-ci maddəsi ilə cərimə olunmağına dair Bakı şəhər Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş IXP******* saylı protokol əsasında ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati ış üzrə icraata xitam verilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə tərəfindən şikayət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayəti qismən təmin edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər Dövlət Yol Polisi Idarəsinə tapşırılmışdır. Məhkəmənin qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Çünki inzibati xətanın olması sübuta yetirilməmiş və heç bir video görüntü təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə iş üzrə icraata xitam verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının çıxışını dinləyərək hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Bakı şəhər Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 20:40-da Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi istiqamətində “MERCEDES” minik markalı **-SO- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən – Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən Inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3- cü maddəsinə uyğun olaraq “ICMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45- 2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “ICMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “ICMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın mövcudluğu ilə razı olmadığından sonuncunun IXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş IXP******* saylı protokol əsasında ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək işə yenidən baxılması üçün Bakı şəhər Dövlət Yol Polisi Idarəsinə tapşırmışdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi Idarəsinin ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayətin qismən təmin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1928/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1928/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver