Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1930/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Nümayəndə və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan MN seriyalı ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17- */*-****/**** nömrəli ##.##.2026-cı tarixli məktub göndərilərək məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Məktub çatdırılmasına baxmayaraq tələb olunan sənədlər tam şəkildə təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış məktubundan görünür ki, X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş müraciətinə xidmət tərəfindən baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Tələblərinə müvafiq X2 müraciəti ilə bağlı münasibət bildirilməsini və ona aid aşağıda qeyd olunmuş sənədlərin surətinin 7 (yeddi) iş günü ərzində X1 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 1) göndərməsininin təmin edilməsi xahiş edilmişdir. ƏMAS sistemi çıxarışından görünür ki, sözügedən sorğu ##.##.2026-cı il tarixdə hüquqi şəxsin kabinetinə yerləşdirilmişdir. Əmək Müfəttişliyindən daxil olmuş müşayiət məktubundan görünür ki, sözügedən sorğu ##.##.2026-cı il tarixdə tərtib edilərək, ##.##.2026-cı il tarixdə hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə müəyyən edir ki, Cəmiyyətin tərəfindən vətəndaşın müraciəti ilə bağlı X1 Xidmətinin Bakı şəhər İdarəsinin *-**-*/*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlərin görülməməsi faktı, prima facie (ilk baxışda) İXMnin 539.3-cü maddəsinin dispozisiyasına uyğun gələn əməlin əlamətlərini özündə ehtiva edir. Həqiqətən də, tələb olunan sənədlərin təqdim edilməsi İXMnin 139.1-ci maddəsinin imperativ tələbinə əsasən, bütün hüquq subyektləri üçün mütləq və məcburi xarakter daşıyır. Bu öhdəliyin üzrsüz səbəbdən yerinə yetirilməməsi, idarəçilik qaydaları əleyhinə yönəlmiş müstəqil bir hüquq pozuntusu tərkibi yaradır. Bununla belə, məhkəmə, inzibati məsuliyyətin əsaslarını və hədlərini tənzimləyən prinsipləri rəhbər tutaraq, istənilən şəxsin məsuliyyətə cəlb edilməsinin yalnız maddi hüquq normalarının deyil, həm də prosessual hüquq normalarının, xüsusilə də məsuliyyətə cəlb etmə müddətlərinə dair tələblərin ciddi şəkildə gözlənilməsi şərtilə mümkün olduğunu bəyan edir. ƏMAS məlumatlarından görünür ki, sorğu ##.##.2026-cı il tarixdə isə elektron kabinet vasitəsilə çatdırılmışdır. Belə olan halda həmin məktubda göstərilən sənədlər ən gec ##.##.2026-cı il tarixədək təqdim edilməli idi. Beləliklə, İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta həmin tarixdən etibarən törədilmiş hesab olunur və dörd aylıq məsuliyyətə cəlb etmə müddətinin axımı da bu andan başlayır. Bu hesablama ilə, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi üçün son tarix ##.##.2026-cı il tarixə təsadüf edir. (ən gec olaraq). Məhkəmə qeyd edir ki, İXMnin 539.3-cü maddəsinin obyektiv cəhəti Əmək Müfəttişliyinin tələblərinin icra edilməməsində (natamam icra edilməsində) ifadə olunur. İş materiallarında olan sorğunun surətindən göründüyü kimi, Əmək Müfəttişliyi özü sorğunun icra edilməsi üçün 7 iş günü müddət təyin etmişdir. Deməli, 7 iş gününün bitdiyi günün sonrakı günü xətanın törədilmə vaxtıdır. Sorğunun məhkəmə qərarı qəbul edilən və ya protokol tərtib edilən tarixədək cavablandırılmaması isə həmin inzibati xətaya uzanan inzibati xəta xarakteri vermir və sorğuya cavab verməməkdə ifadə olunan hərəkətsizlik uzanan inzibati xəta yox, başa çatmış inzibati xətanın nəticəsidir. Belə olan halda, məhkəmə inzibati orqanın da müəyyən etdiyi qayda müvafiq olaraq məsuliyyətə cəlb etmə müddətini hesablayır. Məhkəmə qərarla razılaşaraq qeyd edir ki, inzibati məsuliyyətə cəlb etmə müddətləri, dövlət orqanlarının fəaliyyətini intizamlaşdıran, vətəndaşların və hüquqi şəxslərin hüquqlarını qeyri-müəyyən təhdidlərdən qoruyan mühüm hüquqi təminatdır. Bu müddətlərin ötürülməsi ilə inzibati təqib hüququ dövlət tərəfindən itirilir və bu, maddi sübutların mövcudluğundan və ya şəxsin təqsirlilik dərəcəsindən asılı olmayaraq, icraata xitam verilməsi üçün əsas yaradır. Yuxarıda qeyd edilənlərdən görünür ki, Əmək Müfəttişliyi Xidməti tərəfindən inzibati xəta haqqında protokol vaxtında tərtib edilmədiyindən və məhkəməyə gec göndərildiyindən, inzibati xəta haqqında materiallar ## ### 2026-cı il tarixdə məhkəməyə təqdim edilmişdir, məhkəmədə işə baxıb yekun qərara qəbul edilənədək yəni qanunla müəyyən edilmiş dörd aylıq müddət keçmişdir. Məhkəmə, səlahiyyətli orqanın öz məktubunun icrasına nəzarətdə fasiləyə yol verdiyini nəzərə alır ki, bu da hüquqi nizamintizamın təmin edilməsi baxımından arzuolunan hal deyildir. Eyni zamanda, məhkəmə qeyd edir ki, hazırkı protokol birdəfə geri qaytarılsa da, pozuntuların aradan qaldırılması kifayət qədər vaxt almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1930/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1930/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver