Məhkəmə qərarları › İş №3(3-6)-1932/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1932/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1932/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İbrahimova Natəvan Yusif qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şikayətçi İbrahimova Natəvan Yusif qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmişdir. İbrahimova Natəvan Yusif qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müvaini apellyasiya şikayəti verilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və X4 Xidmətinin Bakı Şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. İsmayılov Müşviq Qabil oğlu DƏMX-nə müraciət edərək, "xxxx" MMC-də əmək hüquqlarınızın pozulduğunu bildirmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən onunla “xxxx" MMC arasında bağlanmış ## ###### 2024-cü il tarixli əmək müqaviləsinə ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a" bəndinə əsasən xitam verildiyi məlum olmuşdur. Həmçinin DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən “xxxx” MMC-nin rəhbərliyinə sorğu ünvanlanaraq, İsmayılov Müşviq Qabil oğlunun müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Həmin sorğuya cavab olaraq, “xxxx” MMC tərəfindən müvafiq sənədlər X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmişdir. Həmin sənədlər əsasında araşdırılma aparılarkən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızı həmin hüquqi şəxsin əməkdaşı İsmayılov Müşfiq Qabil oğluna 2025-ci ilin mart ayının 29-da bayramqabağı qısaltma tətbiq etməmiş və əmək haqqına müvafiq əlavələri ödəməmişdir. ## #### 2025-ci il tarixi Əmək Məcəlləsi ilə müəyyən edilmiş Ramazan Bayramından əvvəlki iş günü kimi bayramqabağı iş günü statusunu daşıyır. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündən əvvəl gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Məhkəmə qərar qəbul edərkən istinad etmişdir ki, Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, işçinin razılığı ilə o iş vaxtından artıq işlərə cəlb edilə bilər və görülən işin hər saatı üçün işçiyə əmək haqqı azı iki dəfə artıq miqdarda ödənilir. Məhkəmənin nəzərinə çatdırıram ki, "xxxx" MMC-nin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızı tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış sənədlərdən məhkəmənin qeyd etdiyi hallar müəyyən edilməmişdir. Belə ki, həmin sənədlər əsasında araşdırılma aparılmış və müəyyən edilmişdir ki, "xxxx" MMC-nin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızı tərəfindən İsmayılov Müşfiq Qabil oğluna 2025-ci ilin mart ayının 29-da bayramqabağı qısaltma tətbiq etməmiş və əmək haqqına müvafiq əlavələri ödəməmişdir. İbrahimova Natəvan Yusif qızı tərəfindən İnizbati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin ## #### 2026-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında icraat aparılarkən İbrahimova Natəvan Yusif qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. "xxxx" MMC-nin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızının təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli “İnzibati xəta haqqında qərardan görünür ki, vəzifəli şəxs İbrahimova Natəvan Yusif qızı İsmayılov Müşviq Qabil oğlunun 2025-ci ilin mart ayının 29-da bayramqabağı qısaltmaların edilmədiyi və bu səbəbdən əmək haqqına əlavələrin edilmədiyi müəyyən edilmişdir. Nəticədə İbrahimova Natəvan Yusif qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 1500 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. -“xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli İR6096 nömrəli cavab məktubundan görünür ki, İsmayılov Müşviq Qabil oğlunun əmək müqaviləsinə ## #### 2025-ci il tarixdə xitam verilmiş və 2025-ci ilin mart ayı ilə bağlı əmək haqqına əlavələr tam ödənilmişdir. -## ###### 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, “xxxx” MMC ilə İsmayılov Müşviq Qabil oğlu arasında bağlanmış və İsmayılov Müşviq Qabil oğlu yük avtomobilini sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. -## #### 2025-ci il, ** saylı əmrin surətindən görünür ki, İsmayılov Müşviq Qabil oğlu 2024-2025-ci iş illərinə görə ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək 4 təqvim gününədək əmək məzuniyyəti verilmişdir. - ## ##### 2025-ci il, ** saylı əmrin surətindən görünür ki, İsmayılov Müşviq Qabil oğlu 2024-2025-ci iş illərinə görə ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək 14 təqvim gününədək əmək məzuniyyəti verilmişdir. -## ###### 2025-ci il, ** saylı əmrin surətindən görünür ki, İsmayılov Müşviq Qabil oğlu 2024-2025-ci iş illərinə görə ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək 2 təqvim gününədək əmək məzuniyyəti verilmişdir. -## #### 2025-ci il tarixli ** saylı əmrdən görünür ki, “xxxx” MMC-də sürücü işləyən İsmayılov Müşviq Qabil oğluna öz razılığı ilə bayramqabağı iş günü olmasına görə qısaldılmış iş saatı əvəzinə ikiqat əmək haqqı hesablanaraq ödənilməsi əmr edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin mübahisələndirilən qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 2025-ci ilin mart ayı üzrə iş vaxtının uçot tabelcədvəlindən görünür ki, 29 mart tarixi üzrə iş saatı 6,5 saat olaraq qeyd olunmuşdur. Həmin ay üzrə ödəniş cədvəlindən isə görünür ki, 29 mart tarixi üzrə 12.12 manat əmək haqqı hesablanaraq ödənilmiş və cədvəldə ayrıca əks etdirilmişdir. Əmək müqaviləsinə əsasən işçinin maaşı 670 manat müəyyən edilmişdir ki, hesablandıqda saatlıq norma 6,06 manat olaraq müəyyən olunur. İkiqat hesablama isə saatlıq norma 12,12 manata bərabərdir. Beləliklə, ödənişin icra edilməsi və işçinin əlavə işlərə cəlb edilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun icra olunmuşdur. Göründüyü kimi, “xxxx” MMC tərəfindən qanunvericiliyin tələbləri tam şəkildə yerinə yetirilmiş, işçinin əmək hüquqlarına heç bir zərər vurulmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Əmək Müfəttişliyinin sorğusu əsasında, hüquqi şəxs tərəfindən bütün lazımi sənədlər təqdim edilmişdir. Bununla belə MN ******* saylı qərarda bu sənədlərə hüquqi qiymət verilməmiş, işinin hallarının tam, obyektiv və hərtərəfli araşdırılması tələbi pozulmuşdur. Məhkəmə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, İbrahimova Natəvan Yusif qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, « İbrahimova Natəvan Yusif qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müvaini tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. İbrahimova Natəvan Yusif qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar