Məhkəmə qərarları › İş №3(3-6)-1934/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1934/2026

30.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1934/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərarından şikayət verilən orqan vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-cı il tarixli, MN seriyalı 1005172 “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana göndərilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Qərarından şikayət verilən orqan Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “11.03,2026-cı il tarixdə Qərarından şikayət verilən orqan barəmdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar tərtib etmişdir. Həmin qərarla o, inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, o, 2016-cı ildə vergi orqanında uçotunu rəsmi qaydada dondurmuşdur və həmin vaxtdan etibarən heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Fəaliyyəti dayandırıldığı halda onun tərəfindən işçi saxlanılması və ya əmək münasibətlərinin davam etdirilməsi faktiki olaraq mümkün olmamışdır. Eyni zamanda, ötən 12 il ərzində hər hansı bir xəbərdarlıq və ya bildiriş təqdim edilməmişdir. Cavabdeh orqan tərəfindən əsas kimi göstərilən hal-əmək müqaviləsinin informasiya sistemində 2026-cı ilə qədər aktiv görünməsi faktiki əmək münasibətlərinin mövcudluğunu təsdiq etmir. Əmək müqaviləsinin informasiya sistemində aktiv qalması texniki və ya rəsmiləşdirmə xarakterli haldır və bu davam edən inzibati xəta kimi qiymətləndirilə bilməz. Hesab edir ki, onun təqsiri sübuta yetirilməmiş və inzibati tənbeh qanunsuz tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə şikayətin qismən təmin edilməsi və Qərarından şikayət verilən orqan vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-cı il tarixli, MN seriyalı 1005172 “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana göndərilməsi qərara alınmışdır. Həmin qərardan Qərarından şikayət verilən orqan Bakı şəhər İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- **)-****/**** nömrəli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən vətəndaşlar X1 və X2 məxsus qüvvədə olan əmək müqavilələrində işəgötürən qismində Qərardan şikayət verən orqan (şəxs) qeyd edilmişdir. Həmçinin, elektron sistem tərəfindən həmin işçilərin əmək müqavilələrində aylıq əmək haqqının 150 manat məbləğində olduğu müəyyən edilərək inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilib. Göründüyü kimi işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinin tələbinə əməl edilməməsi nəticəsində işçilərin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ pozulmuşdur. Məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınarkən qeyd edilən əmək müqavilələri üzrə əmək haqlarının qanunvericilikdə müəyyən edilmiş həddən aşağı olmasına hüquqi qiymət verilməmişdir. Müəssisənin müvəqqəti sahibkarlıq fəaliyyətinin dayandırılması ilə bağlı vergi orqanına arayış təqdim etməsi işəgötürən kimi vəzifələrini həyata keçirməyə əsas vermir və onu məsuliyyətdən azad etmir. Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Qərarından şikayət verilən orqan Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərarından şikayət verilən orqan vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-cı il tarixli, MN seriyalı 1005172 “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana göndərilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati xəta haqqında” elektron qərardan görünür ki, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 1000 (bir min ) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati xəta haqqında” elektron qərarı dəyişdirilmədən saxlanılmışdır. Vergilər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) (VÖEN: **********) vergi orqanına təqdim etdiyi ərizəyə əsasən onun fəaliyyəti ##.##.2013-cü il tarixdən ##.##.2018-ci il tarixədək müvəqqəti dayandırılmışdır. Vergilər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) (VÖEN: **********) vergi orqanına təqdim etdiyi ərizəyə əsasən onun fəaliyyəti ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixədək müvəqqəti dayandırılmışdır. Vergilər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) (VÖEN: **********) vergi orqanına təqdim etdiyi ərizəyə əsasən onun fəaliyyəti ##.##.2022-ci il tarixdən ##.##.2042-ci il tarixədək müvəqqəti dayandırılmışdır. İş materiallarının araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, şikayətçinin sahibkarlıq fəaliyyəti vergi orqanı tərəfindən verilmiş arayışlara əsasən 2013-cü ildən başlayaraq mütəmadi olaraq dayandırılmış, sonuncu dayandırma ##.##.2022-ci il tarixdən ##.##.2042-ci il tarixinə qədər olan dövrü əhatə etməkdədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi tarixdə şikayətçinin sahibkarlıq fəaliyyəti rəsmi qaydada dayandırılmış vəziyyətdə olmuşdur. Doğrudur, fəaliyyət dayandırma halı özlüyündə əmək münasibətlərinin tam istisna edilməsi nəticəsinə gətirib çıxarmır, lakin bu hal səlahiyyətli orqanı şəxsin barəsində inzibati məsuliyyət tətbiq edərkən faktiki əmək münasibətlərinin mövcudluğunu yoxlamağa məcbur edirdi. Belə ki, Əmək Müfəttişliyi tərəfindən mübahisələndirilən qərarda adları işçi kimi qeyd edilən X1 və X2 izahatları alınaraq onların həqiqətən işləyib-işləməməsi, əmək haqqının verilib-verilməməsini müəyyən edilməmiş, şikayətçinin bank hesablarından çıxarışlar və Dövlət Vergi Xidmətindən məlumatları əldə edilərək yoxlanılmamış, vergilərin və sosial sığorta haqlarının ödənilməsinə dair Dövlət Sosial Müdafiə Fondunun məlumatları təhlil edilməmiş, heç bir yazılı sübut toplanılmamışdır. Həmin xüsusat səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə də təsdiqini tapmışdır. Halbuki, Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan yuxarı orqana şikayət vermişdi ki, bu xüsusatlar yuxarı orqan tərəfindən də araşdırılmadan formal olaraq ilkin qərar qüvvədə saxlanılmaqla kifayətlənilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmiş xüsusatların araşdırılmasını zəruri hesab edərək həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşır və mübahisələndirilən qərarın ləğv edilməsi üçün hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə qanunvericiliyin tələblərinə və işin faktiki hallarına əsasə belə qənaətə gəlir ki, Qərarından şikayət verilən orqan Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərarından şikayət verilən orqan vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-cı il tarixli, MN seriyalı 1005172 “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana göndərilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərarından şikayət verilən orqan Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərarından şikayət verilən orqan vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-cı il tarixli, MN seriyalı 1005172 “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana göndərilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi vaxtdan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar