Məhkəmə qərarları › İş №3(3-6)-1936/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1936/2026

01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1936/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimənin şərti tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ## ###### 2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli göndərilən məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində X4 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi tələb edilmiş, lakin məktubun ## ###### 2025-ci il tarixində çatdırılmasına baxmayaraq tələb olunan sənədlər cari tarixədək təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş, İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, tətbiq edilmiş cərimə şərti tətbiq edilərək törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 2 (iki) ay müddət təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından X4 Xidməti apellyasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və nəticə hissəsinin 2-ci abzasının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi şəxs barəsində daha əvvəl inzibati cərimə şərti tətbiq edildiyindən və həmin qərar qüvvədə olduğundan məhkəmə tərəfindən inzibati haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində cərimə tətbiq edilməlidir. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, MMC-ə bu cərimə şərti olaraq tətbiq edilmiş və hüquqi şəxs tərəfindən bir ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, “xxxx" MMC tərəfindən apellyasiya baxışı zamanı etiraz təqdim edilmiş və göstərilmişdir ki, inzibati orqan işin hallarını hərtərəfli araşdırmadan, məsələyə sırf formal yanaşaraq hər bir müraciət üzrə dərhal cərimə tənbehi tətbiq etməkdədir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ölkənin ən böyük işəgötürənlərindən biridir və hazırda şirkətdə 15 000-ə yaxın əməkdaş çalışmaqdadır. Mağaza personalı (kassir, satıcı, fəhlə və s.) arasında işçi axını yüksəkdir və bu işçilərin bir çoxu müvəqqəti xarakterli çalışdıqdan sonra işdən ayrılırlar. Bu qədər geniş işçi bazasına malik olan müəssisə üçün hər bir şikayət üzrə sənədlərin cəmi 7 iş günü ərzində arxivlərdən çıxarılması, sistemləşdirilməsi və tam şəkildə təqdim edilməsi texniki baxımdan olduqca mürəkkəbdir. Bəzi sənədlərin uzaq arxivlərdə olması və ya əlavə daxili araşdırma tələb etməsi obyektiv vaxt itkisinə səbəb olur. İnzibati orqanın bu texniki çətinlikləri nəzərə almadan hər gecikməni qərəzli yayınma kimi qiymətləndirməsi sahibkarlıq fəaliyyətinin normal gedişatına ciddi maneə yaradır. " xxxx " MMC dövlət qarşısında öz öhdəliklərini vicdanla yerinə yetirən nümunəvi vergi ödəyicisidir. Belə ki, 2025-ci ilin yekunlarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC pərakəndə sektorunda vergi ödənişləri üzrə liderliyini qorumuşdur. Dövlət Vergi Xidmətinin rəsmi açıqlamasına görə, “ARAZ” supermarketlər şəbəkəsi 46,4 milyon manat vergi ödəyərək sektor üzrə 1-ci yerdə qərarlaşmışdır. Bu fakt şirkətin dövlət büdcəsinin formalaşmasında və qanunvericiliyin tələblərinə riayət olunmasındakı məsuliyyətli mövqeyini bir daha təsdiq edir. Belə bir nüfuzlu müəssisənin sənəd təqdimindən qəsdən yayınması məntiqəziddir. İnzibati orqan tərəfindən tələb olunan sənədlər onlara təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli *(*-**)-****/**** saylı qərarı inzibati tənbehə aid hissədə dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb edilərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin şərti tətbiq edilməsi ilə bağlı müddəalar xaric edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli *-**- */*-******/**** nömrəli məktubdan görünür ki, vətəndaş X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması barədə X4 Xidmətinə daxil olmuş müraciətinə Nazirlik yanında X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Bildirilmişdir ki, Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər idarəsinə (ünvan: AZ1114 ünvan 2) təqdim edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş X1 şikayəti əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə icrası məcburi olan göstəriş göndərilərək məktubda göstərilən sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunsa da, tələb olunan sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə icrası məcburi olan göstərişlər verilsə də, icra etməmiş, bununla da, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə inzibati tənbeh edilməlidir”. Məhkəmə iş materiallarında olan sübutları əlaqəli surətdə araşdıraraq hesab edir ki, tələb olunan sənədlərin qanunla nəzərdə tutulmuş tarixədək təqdim edilməməsi faktı öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tənbeh etmişdir. İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə göstərilən halları, o cümlədən iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli olmasının tam sübuta yetirilməsi və törətdiyi inzibati xətaya görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə, inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmadığını nəzərə alır və MMC-nin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin minimum həddində cərimə edilməsini İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab edərək İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən təyin edilmiş cərimənin şərti tətbiq edilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsindən göründüyü kimi, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halında cərimənin şərti olaraq tətbiq edilməsi istisna edilmişdir. Belə ki, apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində şərti olaraq cərimə tətbiq edilməsi barədə məhkəmə qərarına istinad edilmiş və apellyasiya şikayətinə əlavə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli həmin qərarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat cərimə növündə şərti qaydada inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin apellyasiya şikayətində qeyd edilməsə də, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarlarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat inzibati cərimə tətbiq edilmiş, MMC-ə bu cərimə şərti olaraq tətbiq edilmiş və hüquqi şəxs tərəfindən törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməsi qərara alınmışdır. Sadalanan məhkəmə qərarlarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC dəfələrlə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir və inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halında MMC barəsində cərimənin şərti olaraq tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimənin şərti qaydada tətbiq edilməsi ilə bağlı müddəalar xaric edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 134, 138.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimənin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməsinə dair müddəalar xaric edilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar