Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1937/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, X5 Oruc qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İbrahimov Rəşad Arif oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 539.1-1-ci maddəsinin tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: İbrahimov Rəşad Arif oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarına əsasən İbrahimov Rəşad Arif oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 539.1-1-ci maddəsinin tərkibi olmadığına görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarının ləğv edilməsini və İbrahimov Rəşad Arif oğlunun barəsində görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı qanunvericilik normaları düzgün tətbiq edilmədən qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tenbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) MMC-nin idarə heyətinin sədri İbrahimov Rəşad Arif oğlu Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 1000 (bir min) manat məbləğində şərti olaraq inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır Belə ki indiki vəziyyətdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(5-98)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Belə ki, işin faktiki hallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tenbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) MMC-nin idarə heyətinin sədri İbrahimov Rəşad Arif oğlu Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 1000 (bir min) manat məbləğində şərti olaraq inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İbrahimov Rəşad Arif oğlu Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, İbrahimov Rəşad Arif oğlu tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar İbrahimov Rəşad Arif oğlunun təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları ilə İbrahimov Rəşad Arif oğlunun təqsirliliyi təkzib olunur. Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İbrahimov Rəşad Arif oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 539.1-1-ci maddəsinin tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-1937/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1937/2026
28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver