Məhkəmə qərarları › İş №3(3-6)-1940/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1940/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1940/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ## ###### 2026-ci il tarixli, 00100-00562/26 EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İşin halları: İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ##.##.2026-ci il tarixli 3-33- ****/***/****** nömrəli raporta əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliynin ünvanına, ******** nömrəli nəqliyyat vasitəsi ilə gələn yüklər 01251000385704 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respblikası Gömrük Məcəlləsinin 113-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal əyannaməsinin verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar Berkut adlı gəmi nəqliyyat vasitəsi ilə daşınaraq ##.##.2025-ci il tarixdə saat 06:46 da Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin 01251000385704 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. 11255000231790 və 11255000231783 sorğu nömrəli qısa idxal bəyannaməsi təqdim edilmiş, lakin həmin bəyannamələr mallar ölkə ərazisinə daxil olduğu tarixdən 2 gün sonra gömrük orqanına təqdim edilmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi apellyasiya qaydada şikayət verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi ancaq idxal bəyənnaməsinin vaxtında tərtib edilməməsini bildirmiş, lakin gecikmənin səbəbləri, hadisənin baş vermə şəraiti, nümayəndəliyin təqsirinin olub-olmaması hissəsinə qiymət verməmişdir. Belə ki, nümayəndəliklə X6 Technology Co. LTD arasında ##.##.2025-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 7.3-cü maddəsinə əsasən müqavilənin predmeti olan malların rəsmiləşdirilməsi və gömrük orqanlarına sənəndlərin təqdim edilməsi vəzifəsi satıcının üzərinə qoyulmuşdur. Tərəflər arasında yazışmalardan da göründüyü kimi malların gömrük nəzarət zonasına daxil olması barədə Nümayəndəliyə məlumat ## ###### 2025-ci il tarixdə verilmişdir. Nümayəndəlik tərəfindən də dərhal rəsmiləşdirmə ilə bağlı addımlar atılmışdır. Başqa sözlə, idxal bəyənnaməsinin vaxtında təqdim edilməməsi Nümayəndəliyin təqsirli olduğu hallarla bağlı olmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqan Bakı şəhəri Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Belə ki, ##.##.2025 il tarixli raportdan görünür ki, ##.##.2025-ci il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına ******** nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş ************** saylı gömrük bəyənnaməsi ilə bəyan olunan yüklər üçün qısa idxal bəyənnaməsi tərtib olunmamışdır; Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və şöbəsinin təhqiqatçısı, R X1 tərəfindən tərtib edilmiş İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2026ci il tarixli, 00100-00562/26 EP ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ölkə ərazisinə gətirilən və 01251000385704 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallara dair Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsinin verilibverilməməsini müəyyən etməkdən ötrü Gömrük xidmətinin "Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi" informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar Berkut adlı gəmi nəqliyyat vasitəsi ilə daşınaraq ##.##.2025-ci il tarixdə saat 06:46 da Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin 01251000385704 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. 11255000231790 və 11255000231783 sorğu nömrəli qısa idxal bəyannaməsi təqdim edilmiş, lakin həmin bəyənnamələr mallar ölkə ərazisinə daxil olduqdan 2 gün sonra gömrük orqanına təqdim edilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin məcəllənin 113.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Eyni Məcəllənin 113.3-cü maddəsinə əsasən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ### 2016-cı il tarixli *** nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə qeyd edir ki, İXM-in 485.2-ci maddəsi blanket norma xarakterinə malik olmaqla Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin elektron formada verilməməsinə görə məsuliyyət nəzərdə tutmuş, Gömrük Məcəlləsində qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarına istinad edilmiş, həmin qaydada qısa idxal bəyannaməsinin malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və hüquqi şəxsin qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim etməməsini nəzərə alaraq, həmin hüquqi şəxsi əsaslı olaraq İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri qismində göstərilən hallara münasibətdə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə müqavilə tərəfi olan satıcı şirkət tərəfindən malların gömrük sərhədinə gətirilməsi ilə bağlı vaxtında məlumatın verilməməsi onun inzibati xəta üzrə məsuliyyətə cəlb edilməməsinə hər hansı əsas verə bilməz. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə satıcı şirkət arasında müqavilədən yaranan münasibətlər mülki xarakterlidir, hazırki icraat çərçivəsində isə hüquqi şəxsin inzibati xəta ilə bağlı məsuliyyəti yaranmışdır. Başqa sözlə, şikayəçinin istinad etdiyi hallar müqavilə tərəfi olan satıcı şirkətə qarşı həmin hallar üzrə ancaq mülki icraat çərçivəsində iddia qaldırılması hüququ yarada bilər. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, MMC barəsində törətdiyi inzibati xətaya görə İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il, *(*-***)-***/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 485.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ## ##### 2026-cı il, *(*-***)-***/**** saylı qərarı verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar