Məhkəmə qərarları › İş №3(3-6)-1942/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1942/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1942/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1 və 342.9-cu maddələri ilə təqsirli bilinərək tənbeh olunması haqqında inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası DIN Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli IXP seriyalı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 05:10 radələrində idarə etdiyi «TOYOTA CAMRY» minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən müəyyən olunmuşdur ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edir və dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xüsusi (çoxavazlı) səs siqnalları ilə təchiz etmişdir. Bununla əlaqədar barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1 və 342.9-cu maddələri ilə nəzərdə tutulan inzinbati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.Q.Ibadzadə) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1 və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi nəzərə alınmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 800 (səkkiz yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırmışdır ki, həmin qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə onun izahatında qeyd etdiyi məqamları nəzərə almamış və görməzdən gəlmişdir. Məhkəmə qərarının əsasını təşkil edən inzibati xəta haqqında protokol faktiki olaraq qanunsuz protokoldur, çünki qayda pozuntusuna yol verdiyimi iddia etdikləri yerdə və ##.##.2026-cı il tarixdə tərtib edilməmişdir. Bu hadisədən bir neçə gün sonra protokol tərtib edilmişdir. Bu isə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən insan hüquqlarının inzibati orqan tərəfindən kobud şəkildə pozulmasıdır. Onların qeyd etdiyi kimi, o, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi nümayəndə1 şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası DIN Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli IXP seriyalı inzibati tənbeh vermə haqqında protokoldan onun təqsiri inzibati iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi, mübahisəli hal üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı dinlənilmiş, toplanmış sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya baxışı zamanı, şikayətin dəlilləri ilə müqayisədə, inzibati iş üzrə toplanmış icraat materialları bir daha tədqiq və təhlil olunarkən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası DIN Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli IXP seriyalı inzibati tənbeh vermə haqqında protokola münasibətdə «TOYOTA CAMRY» minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfindən sərxoş vəziyyətdə idarə edilməsi və dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xüsusi (çoxavazlı) səs siqnalları ilə təchiz edilməsi, bununla əlaqədar barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1 və 342.9-cu maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsi faktı təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları təkrarən sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələbinə uyğun olduğu üçün əsaslı hesab edir və şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, inzibati iş üzrə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1 və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 800 (səkkiz yüz) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar