Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1943/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Məhkəmə iclas katibi Musayev Elmir Məhəmməd oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin rəisi, R Vüqar Ağayev tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Nəsimi rayon X1 Şöbəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş və inzibati xəta haqqında iş üzrə icraata AR IXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin rəisi, R Vüqar Ağayev şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Nəsimi rayon X1 Şöbəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birincisi, ilk öncə qeyd etmək lazımdır ki, məhkəmənin qərarı bizə rəsmi qaydada ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Ikincisi, məhkəmə icraata xitam verərək ##.##.2026-ci il tarixli, */***** saylı "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" aktı əsas götürmüşdür. Bununla əlaqədar qeyd etmək lazımdır ki, ##.##.2026-ci il tarixli, */***** saylı qanunverciliyinin tələblərinin pozulması ilə alınmış və ümumiyyətlə sübut qismində çıxış edə bilməz. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli *** saylı "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları'nın təsdiq edilməsi barədə qərarının 3.6-cı maddəsinə əsasən müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Göründüyü kimi, müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim etməli və bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edilməlidir. Qeyd olunan tədbirlərin heç biri həyata keçirilmədən akt başqa qurumdan alındığından qeyd olunan aktın hüquqi qüvvəsi yoxdur. Bundan başqa DYPŞ-nin əməkdaşları Dadaşov Murad Arif oğlunu ilkin tibbi müayinədən ##.##.2026-ci il tarixdə saat 09:50-da keçirdmişlər. Dadaşov Murad Arif oğlu isə saat 20:00 radələrində müayinəyə özü təkrar gedib. Göründüyü kimi, Dadaşov Murad Arif oğlu 10 saatdan sonra özü müayinəyə getmiş və onun orqanizmində həmin 10 saat ərzində alkoqolun ixrac olunması normaldır. Bu əsasla məhkəmə inzibati icraata xitam verməsi hesab edirik ki, əsassızdır. Üçüncüsü məhkəmə qeyd edir ki, Bakı şəhər Nəsimi rayon Polis Idarəsinin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Bununla əlaqədar qeyd etmək lazımdır ki, ümumiyyətlə Bakı şəhər Nəsimi rayon Polis Idarəsinin DYPŞ-nə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməmiş və bu səbəbdən də, öz tərəfimizdən heç bir sübut təqdim edə bilməmişik. Dördüncüsü, iş materiallarına əlavə edilmiş xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Dadaşov Murad Arif oğlu qeyd edir ki, test nəticələrində 0,300 promildən az artıq promil çıxdı, həkimə getməyə ehtiyac yoxdur. Göründüyü kimi, Dadaşov Murad Arif oğlu alkotester vasitəsi ilə müayinə olunub və sərxoş olduğu müəyyən edilib və Dadaşov Murad Arif oğlu sərxoş olmağı ilə razılaşıb. Yuxarıda qeyd olunan hallara birinci instasiya məhkəməsi qiymət verməməklə düzgün nəticəyə gəlməyərək əsassız qərar qəbul etmişdir və bu səbəbdən də hesab edirik ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin iş № *(5-98)-2884/2026 saylı ## ### 2025-ci il tarixli qərarı ləğv edilərək Dadaşov Murad Arif oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə ##.##.2026-cı il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməlidir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) şikayətin əsassız olduğunu, bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Işin halları və hüquqi məslələr: Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati xəta haqqında işə xitam verilməsinə dair ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Nəsimi rayon X1 Şöbəsinin R X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində, saat 09:50-də Nəsimi rayonu ərazisində “BMW 320D Minik” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası IXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə edilmişdir. ##.##.2026-cı il tarixli, */***** saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) həmin tarixdə, saat 20 radələrində tibbi müayinədən keçirilən zaman onda alkoqol qəbulu əlamətləri yoxdur və ayıqdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, */***** saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) həmin tarixdə, saat 20 radələrində tibbi müayinədən keçirilən zaman onda alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir və ayıq olmuşdur. Məhkəmə hesab edir ki, şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, istər birinci instansiya məhkəməsi tərəfindən istərsə də Apellyasiya Məhkəməsi tərəfindən Nəsimi Rayon X1 Şöbəsinə nümayəndəsinin iştirakını təmin etmək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, tərəf inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün əvvəl protokol tərtib edilərək, tərəfin iştirakı ilə onun inzibati xəta törədib törətməməsi araşdırılmadan, barəsində birbaşa qərar qəbul edildiyindən, həmin qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının nəticəsi olaraq qəbul edilmiş qərar hesab edilə bilməz. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Səlahiyyətli orqan apellyasiya şikayətinin dəlili qismində məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verilmədən işə baxıldığını bildirsə də, məhkəmə şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan bildiriş və bildirişin göndərilməsini təsdiq edən reyestrdən görünür ki, səlahiyyətli orqan məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmiş tərəfin iştirakı olmadan məhkəmə prosesini keçirməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin rəisi, R Vüqar Ağayev tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1943/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1943/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver