Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1944/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakları ilə, ##.##.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 203, öz/tik ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru İbişova Nəzrin Hikmət qızı İsmayıllı Rayon Məhkəməsinin 2(037)-517/2023- *** nömrəli, ##.##.2023-cü il tarixli icra vərəqəsi ilə bağlı borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, İsmayıllı Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2023-cü il tarixli icra vərəqəsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tam icra edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə bərəsində inzibati həbs seçilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə keçirilən məhkəmədə alimentin ödənilməməsi barəsində şikayətlərini bildirsə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və anası X4 hakimdən vaxt (10 gün) müddət istəyərək aliment borcunu tam şəkildə və həmçinin hər ay 190 manat məbləğində aylıq alimenti ödəyəcəyinə yalan vədlər verərək məsuliyyətdən qəsdən yayındılar. ##.##.2026-cı il tarixdə də keçirilən apeliyasiya məhkəməsində də yalan vəd verərək heç bir aliment ödənişi etməmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətə cəlb edərək, yalan vədlər verərək hakimləri aldadaraq, məhkəmə zalından çıxdıqdan sonra əl hərəkətləri ilə (kameralara düşümüş) etik normaları aşan işarələr göstərərək “Sənə aliment verməyəcəyəm”, “Yüz hakim gəlsə belə məndən aliment ala bilməz”, “Adamı belə aldadanlar” deyib Nəsimi rayon məhkəməsini tərk etdi. Bir haldaki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, anası Ağarpqzadə Səidə məsuliyyətdən, alimentdən, borcundan (5130) puldan, (iyun ayıda daxil olmaqla 5320 manat), yayınırsa, saxta xəstəlik kağızları ilə, belə düşünürəm. Bir körpə, azyaşlı balanın haqqı tapdalanır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəfin razılığı ilə şikayətə onların iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayətinin müdafiə edərək bildirdi ki, 2025-ci ildə rəsmi qaydada boşanıblar. Məhkəmə bir uşağa 190 manat aliment təyin etmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödəniş etməmişdir. Daha sonra xəstəliklə bağlı aldığı pensiyadan 105 manat tutulurdu. Məhkəmə onun əməlində inzibati xəta olmadığından işə xitam vermişdir. Həmin qərardan apellyasiya şikayəti vermiş, hakim Mehriban xanımın icraatına verilmişdir. Ondan 10 gün vaxt istəmişdilər ki, ödəniş etsinlər. Hazırki işdə də hakim Anar müəllimdən vaxt istədilər. Özünün ata anası rəhmətə gedib, heç bir yerdə işləmir. Aliment və ya borcdan ödəniş etmir. Pensiyası da dayandırmışdır. Ödəniş etməkdən yayınır. Məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə ## ######## 2023-cü il tarixdən başlayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq ## ###### 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən ##.##.2023cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən ##.##.2024-cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, İsmayıllı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində veridyi izahatında göstərmişdir ki, o, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq əlildir, işləyə bilmir, buna görə də maddi imkanı yaxşı deyil. Hazırda maddi imkanı borcunun ödənilməsi üçün yetərli deyil, ona görə ki, onun əlilliklə bağlı pensiyası kəsilib və pensiyanın bərpa olunması üçün çalışır. Pensiya bərpa olunduğu təqdirdə alimentin onun pensiyasından tutulmasına etiraz etmir. Həmçinin onun başqa bir uşağı da var və o uşağa təkbaşına baxır. Qeyd etdiklərini, həmçinin hazırki maddi vəziyyətinin qənaət bəxş olmamasını və icra sənədinin icrasından qərəzli olaraq yayınmamasını nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarı ilə hesab etmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Bundan başqa, məhkəmə, həmçinin nəzərə alır ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əlilliyinə görə pensiya aldığı müddətdə onun tərəfindən icra sənədi qismən icra olunmuşdur. Bu isə onu göstərir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun icrasından qərəzli yayınmamışdır. Apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticə ilə razılaşaraq qeyd edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində elektron məhkəmə sistemində olan məlumatlara əsasən ##.##.2023-cü il tarixində əlilliyi təyin edilmiş və bununla bağlı pensiya almışdır. İsmayıllı Rayon Məhkəməsinin *(***)-***/****- *** nömrəli, ##.##.2023-cü il tarixli icra vərəqəsi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pensiyasından tələbkarın xeyrinə hər ay müəyyən məbləğdə pul tutulurdu. Borclunun başqa hər hansı başqa gəlir yeri olmamışdır. Hazırda həmin pensiya kəsilsə də, birinci instansiya məhkəməsində iştirak edən borclu pensiya bərpa olunduğu təqdirdə alimentin onun pensiyasından tutulmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin borclu tərəfindən icra sənədi üzrə yaranmış aliment borcun tam şəkildə icra edə bilməməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu hərəkətlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səhhətinin vəziyyəti və maddi imkanının olmaması ilə əlaqədar olmuş, icra sənədini icra etməkdən boyun qaçırması qərəzli hərəkətlərlə nümayiş etdirilməmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanununun 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: -63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; -63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; -63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. İş materiallarından müəyyən edilir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına hər hansı daşınar və daşınmaz əmlakın olub-olmaması ilə bağlı müvafiq qrurumlara sorğular verilmiş, lakin onun adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına əməldə inzibati xəta tərkibi olmadığından xitam vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən yalnız üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcud olmadığından, sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi istisna olunur. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsinin yekun gənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində inzibati xətanın tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1944/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1944/2026
02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver