Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1945/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə Bəhmən oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi ## #### 2026-cı iltarixli, MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhərdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməsi qət edilmişdir. Hesab etmişdir ki, Nəsimi Rayon Məhkəməsi əsassız qərar qəbul etmişdir və ləğv edilməlidir. Belə ki, İnzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, MN 1933459saylı qərarda qeyd olunmuşdur ki, ## #### 2026-cı il tarixli MN ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, vətəndaş X2 müraciəti əsasında aparılan araşdırılma zamanı iş günü hesab edilməyən bayram günü qabağı (##.##.2025-cı il) iş günü müddətinin 1 (bir) saat qısaldılmadığı və buna görə həmin ay üzrə əlavə haqq hesablanmayaraq ödənilmədiyi və eyni zamanda əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab zamanı əlavə haqq nəzərə alınmayaraq tam ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 192.4-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə ona (“xxxx” MMC-nindirektoru, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs)) 1500 məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 ilə ## ###### 2025-ci il tarixində “xxxx” MMC arasında əmək müqaviləsii mzalanmışdır. Eyni tarixdə “xxxx” MMCnin "Mağazalar şəbəkəsi"bölməsində "Satış üzrə məsləhətçi" vəzifəsinə təyin edilmişdir. Daha sonra X2 ilə “xxxx” MMC arasında olan əməkmünasibətlərinə ## ###### 2025-ci il tarixli № MT- EO-083/25 Əmr ilə Əmək Məcəlləsinin 68.2-i maddəsi əsas götürülərək xitam verilmişdir. İşçinin ## ###### 2025 tarixindən ## ###### 2025 tarixinə qədər istifadə edilməmiş 12 məzuniyyət gününün son haqq-hesabı qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilmişdir. Həmçinin, X2 X3 Xidmətinə etdiyi şikayət əsassızdır və onun şikayəti Müfəttişlik tərəfindən tam araşdırılmadan barəsində cərimə inzibati tənbeh tədbiri qərara alınmışdır. Belə ki, Həmzəyeva Zəhra şikayətində bildirmişdir ki, guya “xxxx” MMC tərəfindən onun iş günü hesab edilməyənbayram günü qabağı iş günü müddəti 1 (bir) saat qısaldılmamış, buna görə həmin ay üzrə əlavə haqq hesablanmayaraq ödənilməmişdir. Qeyd olunan iddiaların heç bir hüquqi və faktiki əsası yoxdur. Vəzifəli şəxs olaraq fəaliyyəti dövründə hər zaman Azərbaycan Respublikasının əmək qanunvericiliyinə riayət etmiş, işçilərin hüquq və mənafelərinin qorunmasına xüsusi diqqət yetirmişdir. Müvafiq uçot sənədləri, iş qrafikləri və digər daxili sənədlər bunu açıq şəkildə təsdiq edir. Bu səbəbdən irəli sürülən iddialar subyektiv xarakter daşıyır və reallığı əks etdirmir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliyə uyğun məlumatlandırılmış Qərardan şikayət verən orqan (şəxs) iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdiirlməsi mükün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı qərardan görünür ki, X2 müraciəti əsasında aparılan araşdırma zamanı iş günü hesab edilməyən bayram günü qabağı (##.##.2025-ci il) iş günü müddətinin 1 (bir) saat qısaldılmadığı və buna görə həmin ay üzrə əlavə haqq hesablanmayaraq ödənilmədiyi və eyni zamanda əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab zamanı əlavə haqq nəzərə alınmayaraq tam ödənilmədiyi məlum olmuş, nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 1500 (bir min beş yüz) manat inzibati cərimə olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, X2 müraciəti əsasında aparılan araşdırma zamanı iş günü hesab edilməyən bayram günü qabağı (##.##.2025-ci il) iş günü müddətinin 1 (bir) saat qısaldılmamış və buna görə həmin ay üzrə əlavə haqq hesablanmayaraq ödənilməmiş və eyni zamanda əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab zamanı əlavə haqq nəzərə alınmayaraq tam ödənilməmişdir Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilərində inzibati xətanı istisna edən hər hansı bir sübut əlavə edilməmişdir. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. 108.1-ci maddəsinə əsasən Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündən bilavasitə əvvəl gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1945/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1945/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver