Məhkəmə qərarları › İş №3(3-6)-1948/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1948/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1948/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs İsgəndərov Nizami Elyas oğlunun iştirakları ilə, ## ### 1979-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Füzuli rayonu, Zərgər kəndində qeydiyyatda olan və İmişli rayonu, Bəhramtəpə kəndində yaşamış İsgəndərov Nizami Elyas oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından İsgəndərov Nizami Elyas oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İş materiallarında olan sənədlərə əsasən, İsgəndərov Nizami Elyas oğlunun qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə istehlak etmiş və keçirilmiş tibbi müayinə zamanı onun sidiyindən aşkar edilmişdir. İsgəndərov Nizami Elyas oğlunun barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru, R İsgəndərov Nizami Elyas oğlu tərəfindən MN seriyalı, ******* saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə İsgəndərov Nizami Elyas oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həbsetmənin əvvəli ## #### 2026-cı il tarixdən hesablanmış, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati Həbs Olunanların X5 həvalə edilmişdir. İsgəndərov Nizami Elyas oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilərək o, ərazi narkoloji dispanserdə qeydiyyata alınması, İsgəndərov Nizami Elyas oğluna təyin edilmiş narkomaniyadan məcburi müalicə tədbiri inzibati həbs çəkilib qurtardıqdan sonra icra olunması və məcburi müalicənin icrasına nəzarət İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan inzibati məsuliyyətə cəlb olunmuş İsgəndərov Nizami Elyas oğlu apellyasiya qaydasında şikayət verərək dəlilləri qismində göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə razı olmadığını və ona köməklik göstərməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsgəndərov Nizami Elyas oğlu vermiş olduğu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun narkotik istifadəçisi olmadığını, siqaret belə çəkmədiyini nəzərə alaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsgəndərov Nizami Elyas oğlunun müdafiəçi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cı polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakiminin İsgəndərov Nizami Elyas oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, ibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ## #### 2026-cı il tarixli, **** saylı rəyinə əsasən İsgəndərov Nizami Elyas oğlundan götürülmüş sidik nümunəsində MET (+), TML (+) və MOP (+) aşkar olunmuş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu və ərazi narkoloji tibb müassisəsində qeydiyyata alınması qeyd edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, İsgəndərov Nizami Elyas oğlu ## #### 2026-cı il tarixdə, saat 13:48-də inzibati qaydada tutulmuşdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, İsgəndərov Nizami Elyas oğluna istinad edilən inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı, ******* saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi İsgəndərov Nizami Elyas oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi İsgəndərov Nizami Elyas oğlu barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati aşağı həddə həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Beləliklə məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən İsgəndərov Nizami Elyas oğluna tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün hər hansı bir əsas görmür. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs İsgəndərov Nizami Elyas oğlu apellyasiya şikayətinə istinad etmiş və apellyasiya baxışı zamanı göstərdiyi olduğu dəlillər onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya qaydasında şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə, həmçinin, hesab edir ki, inzibati qaydada həbs olunmuş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: İsgəndərov Nizami Elyas oğlu tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İsgəndərov Nizami Elyas oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən inzibati qaydada həbs olunmuş şəxs İsgəndərov Nizami Elyas oğlunun məhkəmədə hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) saat üçün cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar