Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1950/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, ## ###### 1987-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595, ev 6, mənzil 190-da (ünvan 1) ünvanında yaşayan Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh tədbiri haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına məlumat verilməsinə baxmayaraq, heç bir tərəf məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Aşağıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə qərar qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş foto-şəkildən görünür ki, ##.##.2026-cı il tarixdə, Təbriz küçəsində Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Changan Uni-Z X1” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və maşına şəxsin minməsi müəyyən edilmişdir. İnzibati təbheh vermə haqqında ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXMnin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayət ərizəsinə əlavə edilmiş foto şəkildən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Changan Uni-Z X1” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrində dayanmışdır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Lakin, Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayətində qeyd etdiyi halları əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinə əsasən: 1. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. İXM-də nzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi (maddə 122) və inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə (maddə 124) icraatın aparılması qaydaları nəzərdə tutulmuşdur. Məhkəmə şikayətçinin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, təqdim edilmiş foto şəkillərdən görünür ki, onun idarə etdiyi avtomobilini saxladığı yolun sağ istiqamətində avtomobillər park edilmiş vəziyyətdədir və onun avtomobili park edilmiş avtomobilllərin arxasında, yəni sonrakı cərgədə dayanmış vəziyyətdədir və avtomobilənə müştərinin minməsi aşkar olunur. Yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmaq və ya durmaq dedikdə, avtomobilin yol kənarında(sağ zolaqda) park edilmiş başqa bir nəqliyyat vasitəsinin yanında, ikinci(yolun ortasına yaxın) cərgədə saxlanılması deməkdir. Belə olan halda məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtamobili saxladığı yer park edilmiş avtomobillərin arxası olduğundan, yəni onun avtomobili sağ zolaqda olan park edilmiş nəqliyyat vasitəsindən sonra dayandığından ikinci cərgə hesab edilir. Həmçinin şikayətçi özü belə etiraf etmişdir ki, nəqliyyat vasitəsini saxlayıb sərnişin mindirmişdir. Bundan əlavə foto şəkildən görünür ki, ##.##.2026-cı il tarixdə, Təbriz küçəsində Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Changan Uni-Z X1” minik markalı, **-TV- *** dövlət qeydiyyat nişanlı avtomobili yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və maşına şəxsin minməsi müəyyən edilmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Changan Uni-Z X1” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə olması işin mübahisəsiz halıdır. Şikayətçi tərəfindən mübahisələndirilən hal isə məhkəmə iclasında tam, hərtərəfli araşdırılmış və həmin dəlilə müvafiq hüquqi qiymət verilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı tam qanuni və əsaslıdır. Bu səbəbdən də şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1950/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1950/2026
06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver