Məhkəmə qərarları › İş №3(3-6)-1951/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1951/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1951/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Mən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim : Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim X1) *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Işin halları: Materialdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs MMC-nin barəsində IXMnin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən, vətəndaş X2 müraciəti əsında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixli 3-17-5/2-9410/2026-cı il tarixli sorğu məktubu poçt vasitəsi ilə göndərilmişdir. ##.##.2026-cı i tarixdə çatdırılmışdır, lakin ##.##.2026-cı il tarixdə sənədlər natamam (əmək müqaviləsinə xitam verilməsinə əsas olan sənədlər və s.) təqdim edilmişdir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Birinci instansiya məhkəməsi iş materiallarına daxil edilmiş və inzibati xətanın tərkibinin olmamasını birmənalı təsdiq edən mühüm yazılı sübutlara heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə qərarında DƏMX-in sorğusunun ##.##.2026-cı il tarixdə çatdırıldığını qeyd etsə də, real faktiki çatdırılma tarixi ##.##.2026-cı il olmuşdur. Daha vacibi, məktub təqdim edildikdən dərhal sonra – ##.##.2026-cı il tarixdə tələb olunan sənədlər cəmiyyət tərəfindən rəsmi qaydada, cavab məktubu ilə birlikdə poçt vasitəsilə DƏMX-ə göndərilmişdir. Lakin məhkəmə ##.##.2026-cı il tarixli poçt qəbzini və cavab məktubunu ümumiyyətlə tədqiq və təhlil etməmişdir. Məhkəmə sənədlərin ##.##.2026-cı il tarixdə natamam təqdim olunduğu qənaətinə gəlmişdir. Halbuki ##.##.2026-cı il tarixdə sənədlər DƏMX-ə göndərilmişdir. Inzibati orqan tərəfindən həmin sənədlərin məhz hansı hissəsinin natamam olması, hansı sənədin əskik olması barədə məhkəməyə təkzibolunmaz, mötəbər sübut təqdim edilməmişdir. IXM-in 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına görə, şəxsin təqsirliliyi barədə aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə inzibati orqanın quru iddialarını ehkam kimi qəbul edərək cəmiyyəti məsuliyyətə cəlb edə bilməz. Əvvəlki məhkəmə iclasında da cəmiyyətin rəhbəri tərəfindən tələb olunan sənədlərin hamısının DƏMX-in Bakı şəhər Idarəsinə təqdim edildiyi aydın şəkildə bəyan edilmişdir. Məhkəmə qərarında "Inzibati icraat haqqında" Qanunun 62.2-ci maddəsinə istinad edərək poçta təqdim edildiyi gündən 5 gün sonra məktubun təqdim olunmuş sayılması prezumpsiyasını mütləqləşdirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, bu maddə ümumi prezumpsiyadır və tərəfin əlində poçtun faktiki olaraq daha gec (##.##.2026-cı il tarixdə) alındığını təsdiq edən sənəd olduqda, hüquqi hesablama faktiki çatdırılma günündən etibarən aparılmalıdır. Poçta təqdim edilmə tarixi ilə faktiki çatdırılma tarixi eyniləşdirilə bilməz. IXM-in 539.3-cü maddəsinin məqsədi dövlət nəzarətini həyata keçirən orqanın qanuni tələbinin bilərəkdən, qəsdən yerinə yetirilməməsinin qarşısını almaqdır. Işin halları isə sübut edir ki, cəmiyyət sorğunu alan kimi 5 gün ərzində (##.##.2026-cı il tarixdə) dərhal reaksiyasını vermiş və tələb olunan məlumatları göndərmişdir. Hər hansı yayınma və ya qəsdən sənəd təqdim etməmə niyyəti olmamışdır. Məhkəmə bir tərəfdən məktubun göndərildiyini qəbul edir, digər tərəfdən ##.##.2026-cı il tarixli rəsmi cavabı görməzdən gələrək qərarın motivasiya və nəticə hissələri arasında dərin ziddiyyət yaratmışdır. Qeyd olunanlara əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, IXM-in 133.2.4-cü maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: IXM-in 135.1.4-cü və 135.1.5-1-ci maddələrinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi və bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək MMC-ni təqsirli hesab etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2- ci hissəsinə əsasən ##.##.2026-cı il tarixli, *-**-*/*- ****/**** nömrəli məktub göndərilərək müvafiq sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər hüquqi şəxs tərəfindən natamam təqdim edilmiş, bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, sənədlərin təqdim edilməsi ilə bağlı sorğunun göndərilməsi mərhələsi “Inzibati icraat haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Hazır ki, iş materialları ilə də müyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanladığı ##.##.2026-cı il tarixli, 3- *-**-*/*-****/**** nömrəli məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə poçt vasitəsilə göndərilmişdir ki, bununla da sənədlər hüquqi şəxsə çatdırılmış sayılır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərə nəzər saldıqda inzibati xəta hadisəsi və inzibati xəta tərkibinin əlamətləri faktiki olaraq mövcud olsa da hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək mümkün deyil. Çünki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. IXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik infxxxxasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən MMC-yə ünvanlanmış 3-17-5/2-9410/2026 nömrəli ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, MMC-dən 7 (yeddi) iş günü müddətində müəyyən sənədlərin göndərilməsi tələb edilmişdir. Lakin tələb olunan sənədlər hüquqi şəxs tərəfindən natamam təqdim edilmişdir. Inzibati orqan tərəfindən inzibati xəta haqqında protokol isə ## #### 2026-cı il tarixdə tərtib edilmişdir. IXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Eyni Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ləğv edilsin və MMC-nin barəsində IXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar