Məhkəmə qərarları › İş №3(3-6)-1953/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1953/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1953/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs övladı – ## ###### 2022-ci il təvəllüdlü X1 ilə ünsiyyət hüququ və qaydası hər həftənin şənbə günləri saat 11:00-dan 17:00-dək müəyyən edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün ## ###### 2022-ci il təvəllüdlü X1 onun yaşayış yeri üzrə icra və probasiya şöbəsində hər həftənin şənbə günü saat 11:00-da cavabdeh Kərimova Şəfiqə Bəybala qızı tərəfindən iddiaçı Zərərçəkmiş şəxs, həmin gün saat 17:00-da isə eyni ünvanda iddiaçı Zərərçəkmiş şəxs tərəfindən cavabdeh Kərimova Şəfiqə Bəybala qızına təhvil verilməsi, müəyyən olunmuş ünsiyyət hüququ uşağın 5 yaşı tamam olanadək, yəni ## ###### 2027-ci il tarixədək uşağın anası – cavabdeh Kərimova Şəfiqə Bəybala qızının iştirakı ilə təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəfələrlə icra sənədini könüllü olaraq icra etməsi tələb olunsa da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini hazırki günədək icra etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzədə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim L.O.Talıbova) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində inzibati cərimə ilə tənbeh edilmişdir. Qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, icra məmurunun qərəzli təqdimatı üzrə tədqiqat aparmamış, konkret olaraq məmur mövqeyini milli və beynəlxalq qanunların tələblərindən üstün tutaraq nəticə etibarı ilə ədalət prinsipinə uyğun olmayan qanunsuz qərar çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də İnzibati Xətalar Məcəlləsinin və ədalət mühakimə araşdırması prinsiplərinin tələblərinə əsasən məhkəmə iş üzrə bütün sübutları tam, obyektiv və qərəzsiz araşdırmalıdır. Lakin iş üzrə məhkəmə yalnız icra məmurunun həqiqətə uyğun olmayan və formal mülahizələr əsasında tərtib etdiyi təqdimata istinad etmiş, onun tərəfindən təqdim edilmiş sübutları, izahatları və etirazları qərəzli olaraq lazımi qaydada araşdırmamış, daha doğrusu araşdırmaq istəməmişdir. Məhkəmə tərəfindən işin faktiki halları müəyyən edilmədən, yalnız birtərəfli formal mülahizələrə istinad edilən məlumata əsasən qanunsuz qərar qəbul edilmişdir. İcra məmurunun təqdimatı həqiqətə uyğun deyil və həqiqəti əks etdirmir. İcra məmuru təlimatında güya onun uşağı digər valideynlə ünsiyyətinə mane olduğunu və icra sənədini icra etməməyim göstərilmişdir. Halbuki, o həmişə uşağın digər valideynlə ünsiyyətinə və adaptasiyasına hər cürə lazımi imkan və şərait yaratmışdır. Digər valideyn (ata) isə məhkəmə icra sənədinin icarsını dəfələrlə kobudcasına pozmuş, uşağı oğurlamış, vaxtında anaya təhvil verməmişdir. Bu barədə o çoxsaylı maddi sübutları məhkəməyə və icra məmuruna təqdim etsə də, hansısa şəxsi maraqlar həmin sübutlara hüquqi qiymət verilməsinə mane olmuşdur. İş üzrə mövcud olan videoçəkilişlərdən, audio materiallardan və digər sübutlardan görünür ki, o, uşağın ünsiyyətinə maneəçilik yaratmamışdır. Məhkəmə isə bu sübutları lazımi qaydada araşdırmadan ədalətsiz qərar qəbul etmişdir. Yəni təqsirin sübuta yetirilməsi təmin edilməmişdir. Halbuki, inzibati məsulyyətə cəlb edilən şəxsin təqsiri mötəbər, qanuni və kifayət qədər əsaslı sübutlarla təsdiq edilməlidir. İş materiallarında mənim qəsdən və bilavəsitə olaraq məhkəmə icra sənədinin icrasına mane olmağını təsdiqləyən heç bir mötəbər sübutlar mövcud deyildir. Yalnız icra məmurunun subyektiv mülahizələri və birtərəfli təqdimatı şəxsin təqsirli hesab edilməsi üçün kifayət edə bilməz. Təqdim etdiyim videoçəkilişlər hadisənin real gedişatını əks etdirir. Lakin məhkəmə həmin sübutlara qiymət vermək istəməmiş, qərarda onların niyə qəbul edilmədiyini əsaslandırmamışdır. Bu isə məhkəmə qərarının motvləndirilməsi tələblərinin kobud şəkildə pozulmasıdır. Uşağın mənafeləri, onun dolanışığı, sağlam böyüməsi nəzərə alınmamışdır. Məhkəmə qərarında 6 yaşlı azyaşlı uşağın psixoloji vəziyyətini, emosional durumunu və maraqlarını ümumiyyətlə araşdırmamışdır. Azərbaycan Respublikasının Ailə qanunvericiliyində, eləcə də BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsasən bütün hallarda uşağın ali mənafeyi üstün tutulmalıdır. Qanunsuz cərimə onun azyaşlı uşağının dolanışığına çox ciddi və pis təsir edəcəkdir. Uşağın mənafeyi nəzərə alınmadan qəbul edilmiş qərar əsaslı və qanuni hesab edilə bilməz. Təyin edilmiş cərimə sosial vəziyyət nəzərə alınmadan tətbiq edilmişdir. O isə 6 yaşlı azyaşlı uşaq himayəsində olan anadır. Rəsmi iş yeri yoxdur. Daim gəlir mənbəyi mövcud deyil. Yaşayışını (uşağın) qismən yalnız aliment hesabına güclə təmin edir. Məhkəmə isə onun ailə və sosial vəziyyətini, maddi durumunu himayəsində azyaşlı uşağın olmasını nəzərə almamışdır. Bu hal isə inzibati tənbehin təqsirləndirilməsi prinsipinin pozulmasıdır. Bu səbəbdən də qərarın qanuni və əsaslı olması mümkün deyildir, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş zərərçəkmiş şəxsin (tələbkarın) iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət qismən təmin edilməli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı tənbehin tətbiq edilməsi hissədə dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırma materialları, izahatlarla, inzibati xəta haqqında protokolla və digər sənədlərlə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına məcmu halında qiymət verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi haqqında əsaslı qərar qəbul etmişdir. Bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Belə ki, yuxarıda göstərildiyi kimi, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi halları, kifayət qədər dəlillərin mövcudluğu ilə tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsaslar yoxdur. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə qərar qəbul edilərkən, inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri və qanunun tələbləri kifayət qədər nəzərə alınmamışdır. Belə ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin növünü düzgün tətbiq etmiş, lakin işin hallarına, şəxsiyyətinə və təqsirlilik dərəcəsinə uyğun olaraq, inzibati tənbehin həddini düzgün müəyyən etməmişdir. Yəni, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qərar qəbul edərkən, onun şəxsiyyətini səciyyələndirən və məsuliyyətini yüngülləşdirən halların müəyyən edilərək nəzərə alınmasını qanunamüvafiq qaydada həll etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əssən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailə vəziyyətini və əvvəllər inzibati msuliyyətə cəlb olunmamasını məsuliyyəti yüngülləşdirən hallar qismində nəzərə alır. İnzibati Xətalar qanunvericiliyinin həm Ümumi, həm də Xüsusi hissəsində təsbit olunmuş müddəalardan göründüyü kimi, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilməli olan tənbehin tətbiqi qaydalarını şəxsin şəxsiyyətini xarakterizə edən amillər və işin müəyyən edilmiş faktiki halları ilə şərtləndirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, inzibati iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təyin edilmiş 600 (altı yüz) manat məbləği inzibati cərimənin miqdarı 500 (beş yüz) manata endirilməklə, törədilmiş xətanın xarakterinə, törədilmə hallarına və onun şəxsiyyətinə uyğun hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq, bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci mddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.5-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində inzibati cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təyin edilmiş 600 (altı yüz) manat məbləği inzibati cərimənin miqdarı 500 (beş yüz) manata endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar