Məhkəmə qərarları › İş №3(3-6)-1954/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1954/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1954/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızının (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızı) iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızının verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda sonuncunun borclu olduğu Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli icra sənədini (bundan sonra – hazırki icra sənədi) üzrsüz səbəbdən icra etmədiyini göstərib, həmin protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X3) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızı Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızı həmin qərardan şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs qızıl alverçisidir. Şikayətçi və qızı nisyə qızıl alaraq hər ay ona pul ödəmiş, sonradan Dürdanə satdığı qızılların pulunu birdəfəlik istəyəndə aylıq ödəməyə imkanı olduğunu bildirmişdir. Məhkəmə qətnaməsi qanunu qüvvəsini almış və icraya yönəldilmişdir. Şikayətçi və qızı hər ay cavabdehə 150-200 manat borcdan ödəmiş, nağd pulu birdəfəlik ödəyə bilməmişdir. Cavabdehə cəmi 5730 manat borcu qalmışdır. Qızılı da alanda nisyə almış, yəni aylığa, indi isə zərərçəkmiş tam tələb edir. İcra sənədi üzrə tələb olunan borcu güclə ödədiyini, ev yığışdırmaqla, yorğan döşək yumaqla pul qazandığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızı apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etmiş və əlavə olaraq 500 manat da borcundan zərərçəkmiş şəxsə ödəniş etdiyini bildirərək, ödəniş qəbzini məhkəmə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, zərər çəkmiş şəxs məhkəmə prosesinə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olmasını və tənbeh edilməli olmasını göstərsə də, bu əsaslı olmamışdır. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi). Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli e-*(***)-**/**** saylı icra sənədindən görünür ki, cavabdeh X1 5250 manat pul vəsaiti iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, Cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızından 6780 manat pul vasaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. İş üzrə ödənilmiş 130 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat və etibarnamənin verilməsi üçün ödənilmiş 17.25 manat olmaqla cəmi 247.25 manat pul vəsaiti cavabdehlər X1 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızından müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir; - icraata başlama haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-**/**** saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızına ##.##.2025-ci il tarixdə təqdim edilmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-**/**** saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, inzibati məsuliyyətin yaranmasının müəyyən edilməsi özlüyündə icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İş materialları ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızı icra sənədi üzrə ödənişlər etmiş, protokol tərtib edilən zaman ödənilməmiş borcu olmuş, bunun obyektiv səbəbləri olmuşdur. Borclu bunu işləməməsi və zərərçəkmiş şəxs ilə aralarında olan razılaşma ilə aylıq ödənişlər etmək gücündə olduğunu bildirmiş, təqdim etdiyi sənədlərlə bu müəyyən edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu tərəfindən icra sənədinin onun hərəkət və ya hərəkətsizliyi səbəbindən üzrsüz icra edilməməsi halının mövcudluğu istisna olunduğundan birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızının şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsYaşa qızının Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar