Məhkəmə qərarları › İş №3(3-6)-1955/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1955/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1955/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarından barəsində icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün birinci instanisya məhkəməsinə göndərmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5- ***)-****/**** saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəmdə 500 manat məbləğində inzibati cərimə növündə tənbeh olaraq təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə razı deyil. Belə ki, Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e2(010) - **/**** saylı qətnaməsi ilə anası Abdullayeva Ulduz Yaşa qızından 6780 manat, ondan isə 5250 manat pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs qızıl alverçisidir. O və anası nisyə qızıl alaraq hər ay ona pul ödəyirdilər. Sonradan Dürdanə qızılın pulunu birdəfəlik ödəmələrini tələb etdi. Aylıq ödənişə razılaşdıqlarından nəğd pulu ödəməyə imkanları olmadığından Dürdanə onları məhkəməyə şikayət etdi. Məhkəmə qətnaməsi qanunu qüvvəsini almış və icraya yönəldilmişdir. O və anası hər ay cavabdehə 150-200 manat ödəyirlər. Nağd pulu birdəfəlik ödəyə bilmirlər. Cavabdehə cəmi 4300 manat borcu qalmışdır. Qızılı da alanda nisyə almışdıq, yəni aylığa indi isə bizdən pulu nağd istəyir. lki azyaşlı uşağı var, kirayədə yaşayır və cəriməni ödəmək imkanı yoxdur. Uşaqlarından X2 anadangəlmə ürək qüsurludur. Onu tək qoyub hər işə gedə bilmir. Günəmuzd qab yumağa gedir və aldığı 10 manat pulu yığıb hər ay Dürdanəyə 150-200 manat pul ödəyir. Nağd ödəməyə imkanı yoxdur. Bununla belə pulu ödəyə-ödəyə məhkəmə onu 500 manat cərimə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək hazırda sözügedən icra sənədini hər ay icra etdiyini, bu ay 500 manat ödəniş etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında icra şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasında iştirak etmədiyindən sədlik edən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)- **/**** saylı icra sənədindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 5250 manat pul vəsaiti iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, Cavabdeh Abdullayeva Ulduz Yaşa qızından 6780 manat pul vasaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. İş üzrə ödənilmiş 130 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat və etibarnamənin verilməsi üçün ödənilmiş 17.25 manat olmaqla cəmi 247.25 manat pul vəsaiti cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Abdullayeva Ulduz Yaşa qızından müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir; -icraata başlama haqqında ## ######## 2025-ci il tarixli qərardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*(***)-**/**** saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ####### 2025-ci il tarixdə təqdim edilmişdir; -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)- ***/**** saylı qərardadın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-**/**** saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclular Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Abdullayeva Ulduz Yaşa qızı tərəfindən verilmiş ərizə təmin edilməmişdir Birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Apellyasiya intansiyasında baxış mərhələsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 150-200 manat müəyyən olunur, həmçinin ## #### 2026-cı il tarixdə icra sənədi üzrə borcdan 500 manat ödədiyini təsdiq edən qəbz təqdim etmişdir. Məhkəmə hesab edir ki, icra sənədinin tam həcmdə icra olunmaması özü-özlüyündə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyət üçün kifayət etmir. Bu maddə üzrə məsuliyyətin yaranması üçün şəxsin qəsdən və üzrsüz səbəbdən icradan yayınması, yəni onun davranışında inzibati xəta tərkibinin bütün obyektiv və subyektiv əlamətlərinin mövcudluğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə müəyyən olunur ki, borclu məhkəmə qərarının icrasından imtina etməmiş, əksinə faktiki ödəniş etmiş və borcun qalan hissəsinin də ödənilməsi istiqamətində iradəsini ifadə etmişdir. Belə olan halda, onun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, hazırda baxılan iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Suraxanı rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cü maddəsi ilə tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5- 103)-3639/2026 qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar