Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1958/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Musayev Elmir Məhəmməd oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ######## 1985-ci il tarixdə Ermənistanın Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Binəqədi Rayon Icra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokola və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-ci il tarixli *(***)- ****/**** saylı icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 8000 (səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 62,23 (altmış iki manat iyirmi üç qəpik) manat hissəsi tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Bakı şəhəri Binəqədi Rayon Icra şöbəsinin böyük icra məmuru X2 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə bərəsində inzibati həbs seçilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, borclunun əməlləri onu maddi və psixoloji böhrana sürükləmiş, intihar həddinə çatdırmışdır. (Sübulu fakt) Birinci instansiya məhkəməsi borclunu "borcu ödəməyə maraqlı olan zərərçəkmiş qohum" kimi qələmə verməyə çalışsa da, reallıq tamamilə fərqlidir. Borclunun ona vurduğu maddi ziyan və mütəmadi olaraq yalan vədlərlə onu aldatması psixi və mənəvi durumunma ağır zərbə vurmuşdur. Borclunun qanunsuz, məsuliyyətsiz və qərəzli hərəkətləri nəticəsində düşdüyü çıxılmaz maddi və mənəvi vəziyyətlə əlaqədar ##.##.2023-cü il tarixdə Yasamal RPI-nin 27-ci Polis Bölməsində cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu özümü öldürmə həddinə çatdırması barədə rəsmi izahatı mövcuddur. Bu fakt sübut edir ki, borclunun icraatdan yayınması sadə bir "maddi imkansızlıq" məsələsi deyil, bir insanın həyatına qəsd edilməsi dərəcəsinə çatmış ağır və davamlı bir hüquq pozuntusudur. Xüsusilə və qətiyyətlə vurğulamaq zərurətdir ki, icra sənədinin predmetini təşkil edən bu vəsait tərəflər arasında könüllü şəkildə formalaşmış adi bir mülkihüquqi müqavilə öhdəliyi və ya adi bir borc münasibəti deyildir. Bu borc — borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun etibarından sui-istifadə edərək mülkiyyətində olan 2 (iki) ədəd avtomobili və adına kreditlə götürdüyü 4000 (dörd min) manat dəyərindəki mobil telefonu qanunsuz olaraq ələ keçirib satması (özgəninkiləşdirməsi) və mənimsəməsi nəticəsində ona vurduğu birbaşa və ağır maddi ziyandır. Borclunun bu cinayət xarakterli, qanunsuz əməlləri ucbatından hazırda onun bank qarşısında 17.000 (on yeddi min) manat məbləğində ağır kredit öhdəliyi yaranmışdır. Hazırda onun rəsmi aylıq əmək haqqı cəmi 555 manat təşkil etdiyi halda, o, hər ay banka 576 manat (yəni rəsmi əmək haqqından da çox) kredit ödəmək məcburiyyətində qalmışdır. Aylıq rəsmi gəliri hətta bank öhdəliyini belə bağlamağa yetmədiyi üçün o, faktiki olaraq dolanışıq və yaşamaq üçün minimum vəsaitdən tamamilə məhrum edilmişdir. Məhkəmə iclasında bu faktları açıq şəkildə bildirməyinə baxmayaraq, birinci instansiya məhkəməsi borclunun bu dağıdıcı və davamlı fəsadlar doğuran davranışını görməzdən gəlmiş, onu hər ay daha da borclanmağa məhkum edən bu vəziyyətə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə bu dərəcədə təhlükəli xarakterə malik olan işə səthi yanaşaraq icraata xitam verə bilməzdi. Borclu təkrarən qanun pozuntusu törətmişdir və qərəzliliyi tam sübut olunub. IXM-nin 528.1-ci maddəsinin tətbiqi üçün əsas şərt olan "üzrsüz səbəb" və "qərəzlilik" faktı işdəki sənədlərlə tam təsdiq olunur. Belə ki, borclu bundan əvvəl də icra sənədini icra etmədiyi üçün Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə olunmuşdur. Qanunauyğun olaraq, bir dəfə tənbeh alan şəxs qanunsuz əməlinə son qoymalı idi. Lakin borclu nəinki onun qalıq borcunu ödəmiş, hətta dövlətin tətbiq etdiyi 500 manatlıq cəriməni də bu günə qədər ödəməyərək dövlət orqanlarına və məhkəmə qərarlarına açıq şəkildə hörmətsizlik və qərəzlilik nümayiş etdirmişdir. "Rəsmi işinin və əmlakmınn olmaması" qəsdən yaradılmış bir bəhanədir. Məhkəmənin "borclunun adına əmlak və rəsmi iş yerinin olmamasını" əsas gətirərək onun xeyrinə qərar verməsi hüququn rəsmiləşdirilmiş anarxiyasına yol açır. Borclu ali təhsilli, tam sağlam və əmək qabiliyyətli şəxsdir. Onun rəsmi işə düzəlməməsi, gəlirlərini gizlətməsi (mebel sexində qeyri-rəsmi işlədiyini özü etiraf edir) onun icra sənədini qəsdən icra etmək istəmədiyini göstərir. Borclu son 60 gündən artıq müddətdə (may-iyun 2026-cı il) ümumiyyətlə ödəniş etməmişdir. Həmçinin ##.##.2026-cı il tarixli rəsmi iltizamında ##.##.2026-cı il saat 11:00-da borcu tam ödəyəcəyinə söz versə də, məhkəməni və icra məmurunu növbəti dəfə aldatmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Bakı şəhəri Binəqədi Rayon Icra Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 8000 (səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 62 (altmış iki) manat, 23 (iyirmi üç) qəpik hissəsi, cavabdeh X1 isə 10900 (on min doqquz yüz) manat mıbləğində pul və ödənilmiş dövlət rüsumunun 84 (səksən dörd) manat, 77 (yetmiş yeddi) qəpik hissəsi tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli “Icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. Iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs icra məmurunun xidməti otağından ##.##.2024-cü il tarixli icra vərəqəsini icrası üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 500 (beş yüz) manat pul vəsaiti qəbul etmiş, 7500 (yeddi min beş yüz) manat bocu qalmışdır. Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli ərizədən görünür ki, borclu tələbkar Zərərçəkmiş şəxs ilə icra sənədi üzrə borcun hissə-hissə ödənilməsinə dair əldə olunmuş razılığa əldə eməmiş, ##.##.2025-ci il tarixə qədər 6750 (altı min yeddi yüz əlli) manat borcu qalmışdır. Iş materiallarına əlavə edilmiş Bakı şəhər Binqədi Rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Iş materiallarına əlavə edilmiş Binəqədi Rayon Icra Şöbəsi tərəfindən təqdim olunmuş çıxarışdan görünür ki, ##.##.2024-cü il tarixdə 500 (beş yüz) manat, ##.##.2024-cü il tarixdə 300 (üç yüz) manat, ##.##.2024-cü il tarixdə 200 (iki yüz) manat, ##.##.2024-cü il tarixdə 100 (yüz) manat, ##.##.2025-ci il tarixdə 150 (yüz əlli) manat, ##.##.2025-ci il tarixdə 150 (yüz əlli) manat ödəməklə 8000 (səkkiz min) manat borcdan 1400 (min dörd yüz) manat ödəmiş 6600 (altı min altı yüz) manat borcu qalmışdır. Iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfinfən verilmiş ##.##.2026-cı il tarixli ərizədən görünmüşdür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı icra vərəqəsinə əsasən 8000 (səkkiz min) manat borcun 5500 (beş min beş yüz) manat məbləğini ödəmiş, 2500 (iki min beş yüz) manat borcu qalmış, borclu 40 gündən artıq müddətə mövcud borcdan heç bir ödəniş həyata keçirməmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli iltizamdan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2500 (iki min beş yüz) manat qalıq borcu ##.##.2026-cı il tarixdə saat 11:00-da tələbkar Zərərçəkmiş şəxs ödəyəcəyinə dair söz vermişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli iltizamdan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2500 (iki min beş yüz) manat qalıq borcdan 1500 (bir min beş yüz) manat məbləğini 31 iyul tarixinə qədər ödəyəcəyini, ödəməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunmağına etirazının olmamasını bildirmişdir. Icra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanununun 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: -63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; -63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; -63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən iIcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarı ilə hesab etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra vərəqəsi üzrə icraata başlanıldığı ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək borclu tərəfindən icra sənədi üzrə ümumilikdə 1400 manat ödəniş edilmişdir. Həmin tarixdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarına əsasən təsdiqini tapmışdır ki, borclu tərəfindən icra sənədi üzrə ümumilikdə 5500 manat ödəniş edilmiş və həmin məbləğin 4100 manat təşkil edən hissəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edildiyi ##.##.2025-ci il tarixdən hazırki tarixədək olan dövrdə edilmişdir. Nəzərə alınmalıdır ki, həmin tarixdən cəmi 13 ay müddət keçmiş və 13 aylıq müddət kəsimi ərzində borclu 4100 manat ödəniş etmiş və icra sənədi üzrə hazırda ödənilməyən məbləğ 2500 manat təşkil edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər inzibati məsuliyyətə cəlb edilə bilər. Bu normanın tətbiqi üçün əsas şərt – məcburi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra olunmamasıdır. Burada "üzrsüz səbəb" anlayışı icra sənədinin yerinə yetirilməməsinin obyektiv əsaslara söykənmədiyini, borclunun icra öhdəliyini bilərəkdən, mümkün olduğu halda yerinə yetirmədiyini nəzərdə tutur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə ümumilikdə 5500 manat ödəniş etməsi və həmin borcun 4100 manatının son barəsində tənbeh tətbiq edildiyi vaxtdan sonra olunması onun icra sənədindəki tələbi qərəzli olaraq icra etməməsini istisna edir. Eyni zamanda məhkəmə iclasında hazırki öhdəliyindən başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əlavə 1 icra işi üzrə də borclu olması müəyyən edilmişdir. Heç bir yerdə rəsmi işləmədiyi və mülkiyyətində hər hansı bir əmlak olmadığı halda, həmçinin əlavə icra işi üzrə borclu olmasına baxmayaraq, qazancının böyük hissəsini Zərərçəkmiş şəxs olan borcun ödənilməsinə yönəltməsi kimi hallar nəzərə alındıqda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədindəki tələbi üzürsüz səbəbdən icra etməməsi faktı nəinki təsdiq olunmur, hətta həmin hallar borclunun icra sənədindəki tələbin icrasına maraqlı olmasını təsdiq edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədindəki tələbi tam şəkildə ödəyə bilməməsini maddi imkanı ilə əlaqələndirmişdir. Faktiki olaraq, borclunun adına əmlak və bank hesablarında vəsait aşkar edilməmiş, həmçinin sonuncu hər hansı bir müəssisədə rəsmi olaraq işləmir. Rəsmi olaraq heç bir qazancı olmayan, buna rəğmən 13 ay ərzində icra sənədi üzrə 4100 manat ödəniş edən şəxsin borcu tam şəkildə ödəyə bilməməsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Inzibati məsuliyyətə cəlb etmə əsaslarından biri olan inzibati xətanın sübuta yetirilməsi yükü inzibati icraat orqanının üzərinə düşür və şəxsin təqsiri şübhə doğurmadan müəyyən edilməlidir. Inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Mövcud iş üzrə isə, inzibati xəta tərkibinin mövcudluğu barəsində əsaslı və şübhəsiz sübutlar təqdim edilmədiyindən, yaranmış hüquqi və faktiki qeyri-müəyyənliklər barəsində icraat aparılan şəxsin xeyrinə qiymətləndirilməlidir. Şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, tələbkarın və onun nümayəndəsinin, habelə barəsində inzibati icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna edildiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına əməldə inzibati xəta tərkibi olmadığından xitam vermişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxsnın şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1958/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1958/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver