Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1960/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məmmədov İlqar Abdulla oğlunun iştirakı ilə, Məmmədov İlqar Abdulla oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məmmədov İlqar Abdulla oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş ##.##.2026-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “FORD FUSİON TİTANİUM PLUG-İN HİBRİD” minik markalı, ** EV *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edən Məmmədov İlqar Abdulla oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə ##.##.2025-ci il tarixdə çıxarılmış inzibati tənbeh tətbiq etmə haqqında qərarla ona təyin edilmiş cəriməni müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da, Məmmədov İlqar Abdulla oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Məmmədov İlqar Abdulla oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məmmədov İlqar Abdulla oğlu apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim olunmuş materialları nəzərdən keçirib, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məmmədov İlqar Abdulla oğlu tərəfindən şikayət vermə müddəti buraxıldığından, inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı və şikayət verən şəxsə mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati işin materiallarından görünür ki, hazırkı iş üzrə mübahisələndirilən qərar ## #### 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məmmədov İlqar Abdulla oğlu tərəfindən məhkəmə qəbzini şəxsən imzalamaqla rəsmi qaydada qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məmmədov İlqar Abdulla oğlu tərəfindən apellyasiya qaydasında şikayət ## #### 2026-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş və həmin tarixdə qeydiyyata alınmışdır. Bununla belə şikayətə buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından şikayət 10 günlük müddət ötürülməklə, yəni ## #### 2026cı il tarixdə verildiyindən və müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edilmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarı üzrə toplanmış material birinci instansiya məhkəməsinə qaytarılmalı və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məmmədov İlqar Abdulla oğluna mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, və 133-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarındanbarəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məmmədov İlqar Abdulla oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən, inzibati xəta haqqında material həmin məhkəməyə göndərilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məmmədov İlqar Abdulla oğluna buraxılmış prosessual müddətin bərpası barədə ərizə (vəsatət) ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1960/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1960/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver