Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1961/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və barəsində inzibati qaydada icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamqulu oğlu və Azərbaycan Respublikası X2nin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi İsmayılzadə Kürdoğlu Vidadi oğlunun iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamqulu oğlunun Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamqulu oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası X2nin Bakı şəhəri Reklam İdarəsinin MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən ## ##### 2026-cı il tarixdə Bakı Şəhər Reklam İdarəsi tərəfindən fərdi sahibkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamqulu oğluna məxsus “Evim İnşaat” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X1) ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamqulu oğlu Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati qaydada icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamqulu oğlu apellyasiya qaydasında şikayət verib Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun bu inzibati iş üzrə icraatdan heç bir xəbəri olmamış, ona heç bir məhkəmə və ya inzibati orqanın məktubu, bildirişi gəlməmiş, yalnız qeydiyyatda olub yaşamadığı Yevlax Rayonunda yerləşən İcra Şöbəsində cərimə olunması barədə zəng gəldikdən sonra xəbəri olmuşdur. Bundan başqa, X2 Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunan protokolu təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Belə ki, tərtib olunan protokolda ##.##.2026-cı il tarixdə, saat 14:10-da “Evim İnşaat” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktının müəyyən olunduğu göstərilmişdir. Lakin bu halı təsdiq edən heç bir sübut yoxdur. Həmçinin şəxsin barəsində mübahisələndirilən qərarda məhkəmə iclasında onun ##.##.2026-cı il tarixdə “Evim İnşaat” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edildiyi göstərilmişdir. Halbuki, protokolda başqa tarix qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamqulu oğlu şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o özünü vəzifəli şəxs hesab etmir. Bu halların nəzərə alınaraq məhəkmə tərəfindən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan olan Azərbaycan Respublikası X2nin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi İsmayılzadə Kürdoğlu Vidadi oğlu birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli **-*-*/*-****/**** nömrəli göstərişin məzmunundan görünür ki, “Evim İnşaat” adlı obyektə aid reklamın “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq, açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə ##.##.2026-cı il tarixli Akt tərtib edilmişdir. Bu səbəbdən 5 gün ərzində müvafiq yayım haqqı məbləğinin ödənilməsi tələb edilməklə, əks halda Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamqulu oğluna məxsus olan “Evim İnşaat” adlı obyektə xəbərdarlıq edilmişdir. Akta əsasən ##.##.2026-cı il tarixdə MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu Sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nı 3-cü bəndini rəhbər tutaraq ##.##.2023-cü il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb edilmişdir. Həmin göstərişdə icrası məcburi olan göstərişin alındığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət edilməsi və ya icazəsiz reklam yayımını dayandırmaq tələb edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməsi (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməsi; 3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməsi göstərilmişdir. İşin hallarından göründüyü kimi, inzibati orqan pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib etmiş, müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmiş, lakin göstəriş 5 gün ərzində icra edilməmiş, reklam yayıcısı reklamın yayımını dərhal dayandırmamışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamqulu oğlu tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi və Azərbaycan Respublikası İXMnin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuş və qeyd olunan hal birinci instansiya məhkəməsinin iclasında toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla öz təsdiqi tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamqulu oğlunun barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə tənbeh etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati qaydada icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamqulu oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamqulu oğlunun Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1961/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1961/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver