Məhkəmə qərarları › İş №3(3-6)-1962/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1962/2026

06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1962/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhər Dövlət Yol Polis İdarəsi ərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək yenidən baxılması üçün Bakı şəhər Dövlət Yol Polis İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarına əsasən şikayət qismən təmin edilmişdir. Bakı şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün Bakı şəhər Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cü il tarixdə Nəsimi rayon ərazisində istifadəsində olan ** LT *** dövlət nömrə nişanlı avtomaşınla dayandığı yerdə polis işçisi avtomaşını ondan alıb dayanacaqa apardı və ona sonradan məlum oludu ki, sürücülük hüququndan məhrum edilmişdir. Həmin qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət etmiş, şikayəti əsasında sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar ləğv edildi. Hazırda yenidən İnizbati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə cərimə edilmişdir. Hazırda nəqliyyat vasitəsini idarə etmək hüququ ilə bağlı ona təyin edilmiş balların çoxu Nəsimi Rayon Məhkəməsi tərəfindən qərarlar qəbul edilərkən hüquqi qüvvəsini itirmişdir. Lakin sonradan Binəqədi Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilmiş və şikayəti qismən təmin edilərək yenidən araşdırma aparmaq üçün materialları Bakı şəhəri Baş Dövlət Yol Polis idarəsinə göndərilmişdir. Halbuki hakim sözü gedən qərarı qəbul edərkən iş üzrə icraata xitam vermək əvəzinə əsassız olaraq və işi yenidən araşdırmaq üçün Bakı şəhər Dövlət Yol Polis İdarəsinə göndərir. Buna baxmayaraq məhkəmə qərar qəbul edərkən onun sürücülüq vəsiqəsi aktiv olmuş və sürücülük hüququnun məhdulaşdırması barədə qərar öz hüquqi qüvvəsini itirmişdir. Lakin işə baxan hakim iş üzrə tam və hərtərəfli araşdırma aparmır iş üzrə sübuütları müqayisəli formada təhlil etmir nəticədə əsassız bir qərarın çıxarılmasına nail olur. Barəsində ## ##### 2026cü il tarixdə qərar qəbul etdiyi vaxt onun sürücülük hüququndan məhrum olunmağıla bağlı qəbul edilmiş qərar qanuni qüvvəsində olmamışdır. İşə baxan hakim Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbini pozaraq ziyanıma qərar qəbul etmişdir. Odur ki xahiş olunur Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cü il tarixli qərarını ləğv edəsiniz və barəmdə inzibati iş üzrə materaillaın icraatına əməlimdə inzibati xəta tərkibi olmadığına görə xitam verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək təmin edilməməsini xhaiş etdi. Məhkəmə icalsının yeri və vaxtı barəsində qanunvericiliyə uyğun olaraq məlumatlandırılmış şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümükün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışlarını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhər Dövlət Yol Polis İdarəsi ərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək yenidən baxılması üçün Bakı şəhər Dövlət Yol Polis İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər Dövlət Yol Polis İdarəsi YPX inspektoru, R Qasımov Ramil İltifat oğlu tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Nəsurulla oğlu İnizbati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin DYPŞ tərəfindən 23 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Nəsurulla oğlunun Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nin ## ###### 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İnizbati Xətalar Məcəlləsilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması Bakı şəhər Dövlət Yol Polis İdarəsinə göndərilməlidir Belə ki, inzibati tənbehvermə haqqında qərar və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, şəxs barəsində ## #### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qanuni qüvvəyə minmiş qərarlarını təqdim etməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən sözgedən qərarın qüvvədə olub-olmaması məsələsi, icra vəziyyəti araşdırılmadan, şəxsin həqiqətən İnizbati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri sübuta yetirilmədən ## #### 2026-cı il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən şikayətçi barəsində qəbul edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə ləğv edilərək, yenidən araşdırılması üçün Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilmiş ## ###### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın, bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilərək, yenidən araşdırılması üçün Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmiş ## ###### 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvədə olub-olmaması məsələsi də araşdırılmalı, bundan sonra şəxsin əməlində İnizbati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsinə qiymət verilməlidir Apellyasiya şikayətinin dəlillərində, həmçinin məhkəmə baxış iclasında inzibati xətanın mövcudluğunu istina edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmiş olaraq qalır. Odur ki, qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Dövlət Yol Polis İdarəsi ərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək yenidən baxılması üçün Bakı şəhər Dövlət Yol Polis İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar