Məhkəmə qərarları › İş №3(3-6)-1963/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1963/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1963/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh olunması haqqında inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ## ###### 2026-cı il tarixdə, saat 10:41:35-də Qərardan şikayət verən orqan (şəxs) barəsində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsinə görə IXM-in 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.N.Nəsibov) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırmışdır ki, istifadəsində olan “Wolksvagen” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxış müddəti ##.##.2025-ci il tarixə qədər olmuşdur. ##.##.2025-ci il tarixdən sonra 20 gün müddətində o, avtomobili texniki baxışdan keçirməli idi. 2025-ci ilin son günlərində başı qarışıq olduğundan avtomobili texniki baxışdan keçirə bilməmişdir. Nazirlər Kabinetinin qərarına əsasən ##.##.2025-##.##.2026 tarixləri qeyriiş günləri hesab olunduğundan həmin tarixlərdə avtomobili texniki baxışdan keçirə bilməmişdir. ##.##.2026-cı il tarixdə EQ ******** nömrəli inzibati tənbehvermə haqqında qərar ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə IXM-in 339.1-1 maddəsi ilə 50 manat məbləğində inzbati cərimə növündə cərimə tətbiq edilmişdir. O, cərimə olunduğunu görüb ##.##.2026-cı il tarixində Baş Dövlət Yol Polis Idarəsinə ərizə yazıb barəsində qəbul olunmuş qərarın ləğv edilməsini, cərimənin silinməsini, texniki baxışdan keçəcəyini bildirmişdir. Lakin ərizəsi BDYP tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi o, məsuliyyətli vətəndaş olaraq avtomobili texnki baxış keçirmə niyyətində olmuş, bunun üçün qanuni şərait yaradılmasını istəmişdir. Inzibati orqan olaraq BDYP inzibati tənbehvermə haqqında qərar tərtib etsə də, hətta məhkəmə mübahisəsinə başlamamışdan əvvəl o bu məsələni cavabdeh orqan qarşısında mübahisələndirməyimə baxmayaraq qəbul olunmuş qərarın qanuniliyini və əsaslılığını müdafiə etmək üçün cavabdeh orqanın nümayəndəsi heç bir məhkəmə prosessində iştirak etməmişdir. Məhkəmənin qərarı birtərəfli, yəni dövlət orqanının xeyrinə olmaqla “Yol hərəkəti haqqında “qanunun ümumi müddəalarına istinad edilməklə qəbul edilmişdir. Bu mübahisənin getdiyi müddətdə, yəni ##.##.2026-cı ilə tarixindən IXM-nin 339.1- 1 maddəsi ilə inzibati tənbeh etmə haqqında barəsində qərar çıxarıldıqdan sonra o eyni maddə ilə, yəni IXM-in 339.1-1-ci maddəsi ilə yenidən inzibati qaydada tənbeh olunmuşdur. Ayrı-ayrı tarixlərdə inzibati qaydada cərimə olunmağı ilə bağlı məhkəmə qaydasında BDYP-dən şikayət etmiş və şikayətləri Binəqədi Rayon Məhkəməsinin ayrı-ayrı dörd hakiminin icraatına qəbul edilərək baxılmışdır. Şikayətlərinin heç biri təmin edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı məhkəmə qaydasında mübahisələndirsə də onun təqsiri inzibati iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli hal üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati orqanın nümayəndəsinin izahatı dinlənilmiş, toplanmış sənədlər və videogörüntü tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya baxışı zamanı, şikayətin dəlilləri ilə müqayisədə, inzibati iş üzrə toplanmış icraat materialları bir daha tədqiq və təhlil olunarkən, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərara münasibətdə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları təkrarən sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələbinə uyğun olduğu üçün əsaslı hesab edir və şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, inzibati iş üzrə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə ilə tənbeh edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar