Məhkəmə qərarları › İş №3(3-6)-1964/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1964/2026

06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1964/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimi Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə, şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana – DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Həmin qərardan barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilməsi, qərarın inzibati xəta haqqında işin yenidən baxılmaq üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndəriliməsi hissəsində ləğv edilməsi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətini iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, Mir Cəlal küçəsi, 389B-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində inzibati cərimə edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsi bilavasitə obyektin - “Su Sonası” restoranının qarşısında yerləşən geniş meydança tipli sahədə saxlanılmışdır. Belə ki, həmin sahə yerləşmə xüsusiyyətləri, ölçüləri və xarici görünüşü baxımından ənənəvi səki hissəsindən fərqlənərək obyektin qarşısında formalaşdırılmış xüsusi təyinatlı giriş-meydança sahəsi təəssüratı yaradır. Fotoşəkildən həmçinin görünür ki, nəqliyyat vasitəsinin həmin hissədə saxlanılması piyadaların hərəkətini məhdudlaşdırmır, piyadaların sərbəst hərəkəti üçün kifayət qədər geniş keçid sahəsi mövcuddur. Şikayət verən də həmin hissənin obyektin qarşısında yerləşən xüsusi təyinatlı girişmeydança sahəsi olduğunu bildirmişdir. İnzibati orqan tərəfindən bu dəlil yoxlanılmamış, həmin ərazinin hüquqi statusu tam araşdırılmamışdır. Belə olan halda, nəqliyyat vasitəsinin saxlanıldığı hissənin hüquqi statusu, yəni həmin hissənin həqiqətən səki olub-olmaması iş üzrə toplanmış sübutlarla birmənalı qaydada müəyyən edilmir. Halbuki şəxsin əməlinin İXM-in 346.9-cu maddəsi ilə tövsif edilməsi üçün həmin halın mötəbər sübutlarla təsdiq edilməsi zəruridir. Buna görə də qərar ləğv edilməli, iş üzrə qeyd olunan halların tam araşdırılması üçün inzibati xəta haqqında iş yenidən baxılmağa göndərilməlidir. Beləliklə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apelyasiya qaydasında verilmiş şikayətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilməsi, qərarın inzibati xəta haqqında işin yenidən baxılmaq üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndəriliməsi hissəsində ləğv edilməsi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etsə də, işin hallarından göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsinin tərkibi mövcudluğunun müəyyən edilib-edilməməsi səbəbindən birinci instansiya məhkəməsi şikayəti qismən təmin edərək işin yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir, apelyasiya qaydasında verilmiş şikayətdən qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Hesab edirəm Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının ləğv edilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir,ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar