Məhkəmə qərarları › İş №3(3-6)-1965/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1965/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1965/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullzadə Əli Elşən oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X2) *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə, ## ##### 1965-ci ildə Saatlı rayonu, Telman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 11:54-də Ziya Bünyadov pr, Qızlar YDM-nin yaxınlığında “Volkswagen” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət edərək Bakı şəhər DYPI-nin EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan şikayət verən Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, məhkəmə şikayətində qeyd etdiyi əsaslara düzgün hüquqi qiymət verməmiş, “Yol Hərəkəti haqqında” Qanunun 30-cu maddəsinə istinad etməklə məsələlərə formal yanaşmış əsl mahiyyətdən kənarlaşmışdır. Qanunvericiliyə əsasən inzibati aktı tərtib edən orqan aktın doğruluğunu sübut etməlidir. Lakin cavabdeh məhkəmə iclasında belə iştirak etmir. Hakim sanki cavabdehin nümayəndəsi qismində iştirak edir. ##.##.2026-cı ildə iclas təyin edir ki, onda olan sənədlər toplusunu gətirsin işə baxılsın. Onu dinləməmiş müşavirəyə getmişdir. Hakim iclası formal təyin etmiş, onun nə çıxış etməsindən asılı olmayaraq artıq o qərarını yazıb gətirmişdir. Bir daha bildirir ki, o BDYP idarəsi rəisi R.Zeynalova həm şikayətinin araşdırılması, həm də onu şəxsən qəbul etməsi üçün ##.##.2026-cı ildə və ##.##.2026-cı ildə DIN-ə, təkrarən BDYP rəisi R.Zeynalova müraciət etmişdir. Birinci müraciətinə iki ay sonra, ##.##.2026-cı ildə cavab gəlmişdir ki, cəriməni ödəməlidir. Ona qədər sözü gedən mübahisələndirdiyi ##.##.2026-cı il tarixli EQ******** saylı inzibati tənbeh vermə haqqında qərar qeyd olmuşdur. Halbuki, BDYP idarəsi araşdırma başa çatanadək eyni texniki baxışdan keçməni təkrar tənbeh etmə qərarını dayandırmalı idi. Əksinə olaraq bunlar ona heç bir qərar təqdim etmədən beş ədəd eyni məzmunlu tənbeh etmə qərarı çıxarmış ki, onun müraciətindən sonra Binəqədi rayon Məhkəməsi beş eyni məzmunlu şikayəti dörd hakim arasında bölmüş, baxmayaq ki, məhkəməyə yazılı surətdə bildirmiş ki, şikayətlər mahiyyətcə eyni olduğu üçün birləşdirilib bir tərkibdə baxılsın. Lakin, onun müraciətinə məhəl qoymadan hakimlər “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin müddəalarını kağıza köçürməklə işlərini bitmiş hesab etmişlər. Növbəti texniki baxışdan keçmə müddəti istifadəsində olan avtomobil üçün ##.##.2025-ci il olmuşdur. Dəfələrlə bildirmiş ki, başı mühüm iş üçün qarışıq olmuş, son beş gün (##.##.2025-##.##.2026) Nazirlər Kabinetinin qərarına əsasən qeyri-iş günü olmuşdur. Məhz bu məsələni araşdırmaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə də bu məsələni araşdırmaq əvəzinə bundan yayınır. O məsuliyyətsiz sürücü olsaydı texniki baxışa iş başlayan gün- ##.##.2026-cı ildə deyil, heç olmasa ##.##.2026-cı ildə gedərdi. Hakim qərarında texniki baxış müddətinin başa çatacağı tarix guya ona əvvəlcədən məlum olduğunu qeyd etmişdir. O dəfələrlə inzibati orqana, məhkəmə orqanına bildirmiş ki, başı mühüm işə qarışıq olmuşdur. Məhkəmə işin mahiyyətini araşdırmaq əvəzinə cavabdehi müdafiə etməklə prosesi başa vurmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı, sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etməmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətçinin iddiasına görə onun mühüm işləri olduğu üçün və son beş gün (##.##.2025- ##.##.2026) Nazirlər Kabinetinin qərarına əsasən qeyri-iş günü olduğu üçün nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilməmiş, ##.##.2026-cı il tarixində EQ-35757210 və EQ-******** nömrəli inzibati tənbeh vermə haqqında qərarlarla inzibati məsuliyyətə cəlb olunmuş, obyektiv halı olduğu üçün cərimə qərarından ##.##.2026-cı il tarixində X1 Idarəsinə rəsmi şikayət ərizəsi təqdim etmiş, şikayətin araşdırılma nəticəsi hələ yekunlaşmadığı üçün o, sonra da texniki baxışa getməmişdir. Şikayətçinin qeyd edilən dəlillərini iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. Şikayətçinin mühüm işləri olduğu bildirmiş, bu işlərin nələr olmasını bildirməmiş, buna dair üzürlü sayıla biləcək hal göstərməmiş, rəsmi sənəd təqdim etməmişdir. Bundan başqa şikayətçi son beş günün Nazirlər Kabinetinin qərarına əsasən qeyri-iş günü olduğu üçün nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilmədiyi bildirsə də, ##.##.2025- ##.##.2026 tarixlərinin qeyri-iş günü olması əvvəlcədən məlum olduğu üçün bu halı nəzərə almalı və qeyri-iş günləri başlamazdan əvvəl nəqliyyat vasitəsini texniki baxışdan keçirməli olduğu halda buna etməmiş, nəticədə inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna * saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin VI hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. 30-cu maddəsinin II hissəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər:1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlıvaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. 30-cu maddəsinin VI hissəsinə əsasən nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə; 2) 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin VI hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla):istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Maddənin qeydinə əsasən şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Beləliklə, birinci instansiya məhkəməsində şikayətçinin göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə şikayətin rəddi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar