Məhkəmə qərarları › İş №3(3-6)-1966/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1966/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1966/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evin birinci mərtəbəsi obyekt kim istifadə edilir və şəxs sahibkar kimi həmin obyeklərin birində işləyir və avtomaşınını da boş sahədə saxlayır. Evin birinci mərtəbəsinin alt hissəsi səki deyildir. Əsas yoldan həmin hissəyə keçid üçün sarı qırıq-qırıq xətlər çəkilmişdir. Evin sahiblərinə aid boş sahədə avtomaşın saxlanılmasına qadağan edilməsi barədə nişan qoyulmamış və bu barədə Dövlət Yol Polisi tərəfindən bu vaxta kimi hər hansı bir xəbərdarlıq edilməmiş və qadağan edici nişanlar qoyulmamışdır. Artıq 10 ildən çoxdur ki, evinin altında olan boş sahədən sərbəst istifadə edir və bu vaxta kimi Dövlət Yol Müfəttişliyi tərəfindən ona heç bir xəbərdarlıq olmamışdır. Bu hal onu təsdiq edir ki, həmin sahə səki kmi göstərilməmişdir. Eyni ərazidə X1 idarə etdiyi “Opel Astra" minik markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomaşının həmin ərazidə saxlanılması barədə AR Daxili İşlər Nazirli Baş Dövlət Yol Polisi Mərkəzi İnformasiya Sistemi vasitəsi ilə qeydə alınmış AR İXM 346.9-cu maddəsi ilə cərimə ediməsi ilə bağlı ##.##.2026-cı il tarixli EQ ********* nömrəli elektron qərardan verilmiş şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış və məhkəmənin 3(5- **)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə İnzibati Tənbeh vermə barədə Qərar ləğv edilmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən niazmalanmaya vasitələrindən başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyində, yol çiyini olmadıqda isə yolun hərəkət hissənin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Həmin maddənin IV bəndinə əsasən aşağıdakı yerlərdə :1) tamvay yolunda, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradırsa, 2) Dəmiryol keçidlərində, tunellərində, habelə estakalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdə az hərəkət zolağı varsa) və onların altında. 3) 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasıda 3 metrdən az olan yerlərdə, 4) Piyada keçidində və onlara 5 metrdən az yaxınlığında. Qanunun mənasından görünür ki, piyada keçidlərindən 5 metr məsafədən az olduqda qanunun tətbiqinə yol verilir. Lakin mənim avtomaşınım piyada yol keçidindən 8 metr məsafədə saxlanılmışdır. Eyni zamanda həmin yol piyada keçidi kimi qiymətləndirilə bilməz. Çünki, həmin yol həm avtomaşınların, həm də piyadaların keçidi kimi nəzərdə tutulmuşdur və həminyol 2-ci dərəcəli yoldan tamamilə ayrılmış yol hesab edilir. Bu faktı işə əlavə edilmiş foto şəkillər də təsdiq edir. Tərəflərin iştirakı və izahatlar: Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat cərimə edilmişdir. "Yol-hərəkəti haqqında" Azərbaycan Respublikası qanununun 1-ci maddəsinin 16-cı bənsinə əsasən səki yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. "Yol-hərəkəti haqqında" Azərbaycan Respublikası qanununun 52-ci maddəsinin İ bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Həmin maddənin IV bəndinə əsasən aşağıdakı yerlərdə: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında - hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1-1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; 11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. İXM-in 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. İXM-in 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto-şəkillərdə baxış keçirilən zaman «Toyota Prius» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin səkidə dayanmasını və ya durmasını müəyyən etmək mümkün olmamışdır. "Yol-hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən səki yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto-şəkillərdə baxış keçirilən zaman «Toyota Prius» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerin yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsində dayanmasını və ya durmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə şikayətçi tərəfindən təqdim olunan vedogörüntülərə baxış zamanı da müəyyən edildi ki, həmin yol həyətlərarası yol olmaqla, səki və yol hissələrinin bir-birindən ayrılmasını görmək mümkün olmur. Məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində səlahiyyətli orqan tərəfindən heç bir inzibati araşdırma aparılmadan, əsassız yerə Qərardan şikayət verən orqan (şəxs) barəsində cərimə tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs - Qərardan şikayət verən orqan (şəxs) oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar