Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1970/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında” elektron qərarından verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən 1000 manat miqdarında cərimə edilmişdir. O, sözügedən inzibati xəta ilə bağlı özünü təqsirli bilmir. Ona qanunsuz olaraq cərimə tətbiq edilmişdir. Bu barədə sübut mövcud deyildir. Həmin maddədə qeyd edilmişdir ki, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və tamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə etirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət axtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min nanat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Halbuki, X2 ilə aralarında əmək müqaviləsinə yanvar 2025- ci il tarixdə dəyişiklik edilmiş və əvvəlki müqavilədə göstərilmiş 350 manat dəyişdirilmiş və 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı qəbul etmişdir. Səlahiyyətli orqan Azərbaycan Respublikası IXM-nin 38.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqinda, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması ve uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi, səlahiyyət orqan inzibati tənbeh xətanın törədildiyi müddəti tam müəyyən etmədən və müddəti pozmaqla inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında” elektron qərarından verdiyi şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında” elektron qərarı ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilmisini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərar qəbul edərkən əmək qanunvericiliyinin tələblərinin, işçilərin əmək müqaviləsi ilə əldə etdikləri hüquqlarının pozulması məsələsinə toxunmadan, təkcə təqdim edilmiş hesabatlarla müəyyən etmişdir ki, işçilərə minimum əmək haqqı ödənilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə “Əmək və Məşğulluq” altsistemindəki müqavilələrə baxış keçirilərkən faktiki olaraq işçilərin əməkhaqları minimum əmək haqqından (dörd yüz manat) az olduğu müəyyən edilmişdir. Bununla da işəgötürənin əsas vəzifələrindən biri olan Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək vəzifəsi yerinə yetirilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təcdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas o muş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Habelə məhkəmə qeyd edir ki, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə inzibati məsuliyyətə cəlb olunsa da, məhkəmə iclasında onun tərəfindən İXMin 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini təsdiq edən hər hansı mötəbər sübut müəyyən olunmamışdır. Bunun əksini sübut etmək vəzifəsi isə inzibati qərarı qəbul etmiş orqanın üzərinə düşür ki, o cla, bu hüququndan istifadə edərək məhkəməyə lazımi sənədləri təqdim etməmişdir. Belə ki, İnzibati xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridə 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsidir. Xidmətin ##/#.2025-ci il tarixli MN ******* nömrəli əmək, məşğulluq, əmək pensiyaları, sosia müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarı tam qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərki Dinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) oğl j tərəfindən Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinin tələbinə əməl edilməməsi nəticəsində işçinin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ pozulmuşdur. “xxxx” MMC-nir direktoru Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin 155ci maddəsinin 1-ci hissəsində təsbit olunan tələblərin yerinə yetirilməməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı əmək haqqının verilməsi səbəbindən, nəticədə İXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan əmək qanunvericiliyi pozulmaqla əmək münasibətlərinə ziyan vurulmuşdur.“xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) təqsiri yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sənəd və dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X5 şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, X3 Xidməti tərəfindən keçirilmiş monitorinq zamanı aşkar edilmişdir ki, şikayətçi tərəfindən bağlanmış müqavilədə minumum əmək haqqı hazırki qanunvericiliyin tələblərinə uyğun deyil. Bu səbəbdən icraat başlanılaraq elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum əmək haqqın 400 manat müəyyən edilmişdir. Lakin əmək müqavilələrində əmək haqqın 400 manatdan aşağı olmuşdur. Qeyd olunanları nəzərə alıb məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati tənbeh qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) bildirdi ki, 2025-ci ilin yanvar ayından portalda əmək müqaviləsində əmək haqqı 400 manat göstərilmişdir. Məhkəmə iclasında nümayəndəyə də sual verdilər ki, müdaxilə ola bilər mi, bildirdilər ki, yox ola bilməz. Hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarın qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, “xxxx” MMC ilə X2 arasında minimum əmək haqqından aşağı məbləğə əmək haqqının mövcud olması səbəbindən “xxxx” MMC-də direktor vəzifəsini icra edən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş işəgötürən “xxxx” MMC ilə işçi X2 arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinin 4.1-ci bəndindən görünür ki, əmək haqqınən məbləği 400 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli çıxarışdan görünür ki, “xxxx” MMCdə 2025-ci ilin fevral ayı üçün 1499,75 AZN əmək haqqı ödənilmişdir. Həmin çıxarışa əlavə edilən cədvəldən görünür ki, Ramil Quliyevin həmin ay üçün əmək haqqı 400 manat olmuş, qanunvericiliklə müəyyən edilmiş məcburi tutulmalar çıxıldıqdan sonra ##.##.2025- ci il tarixdə sonuncuya 364 manat əmək haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli çıxarışdan görünür ki, “xxxx” MMCdə 2025-ci ilin mart ayı üçün 1135,75 AZN əmək haqqı ödənilmişdir. Həmin çıxarışa əlavə edilən cədvəldən görünür ki, Ramil Quliyevin həmin ay üçün əmək haqqı 400 manat olmuş, t qanunvericiliklə müəyyən edilmiş məcburi utulmalar çıxıldıqdan sonra ##.##.2026- cı il tarixdə sonuncuya 364 manat əmək haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, “xxxx” MMC-də fəaliyyət və əməliyyatlar ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək dayandırılmışdır İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, “xxxx” MMC-də fəaliyyət və əməliyyatlar ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli əmrdən görünür ki, Ramil Quliyev ##.##.2025-ci il tarixdən öz hesabına məzuniyyətə buraxılmışdır. ##.##.2026-cı il tarixli əmrdən görünür ki, Ramil Quliyevin ərizəsinə əsasən onunla “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarı ilə hesab etmişdir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasına görə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir Belə ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda “xxxx” MMC ilə X2 arasında minimum əmək haqqından aşağı məbləğə əmək haqqının mövcud olması istinad edilməklə cəmiyyətin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfindən X2 ilə bağlanmış əmək müqaviləsi tədqiq edilməklə müəyyən edilmişdir ki, sonuncu ilə ##.##.2024-cü il tarixində əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən işçinin əmək haqqının 400 manat təşkil etməsi təsiqini tapır. Eyni zamanda müqavilənin 8.2-ci maddəsinə əsasən müqaviləyə dəyişiklik edilmiş işçinin aylıq əmək haqqı 350 manatdan 400 manata artırılmış, dəyişikliyin qüvvəyə minmə tarixi ##.##.2025-ci il olaraq qeyd edilmişdir. Həmin əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə işçinin təşəbbüsünə əsasən xitam verilmişdir. Göründüyü kimi Ramil Quliyevin əmək müqaviləsində 2024-cü il üçün onun əmək haqqı 350 manat, 2025-ci il üçün isə 400 manat olaraq təsbit edilmişdir. Qeyd edilməlidir ki, 2024, 2025, 2026-cı il tarixlərdə müvafiq olaraq Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 345 manat, 400 manat və 400 manat olaraq müəyyən edilmişdir. Belə olan halda, səlahiyyətli orqanın gəldiyi qənaət, yəni minimum əmək haqqından aşağı məbləğə əmək haqqının mövcud olması faktı öz təsdiqini tapmır. Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 345 manat olduğu dövrdə X2 əmək haqqı 350 manat, 400 manat olduğu dövrdə isə 400 manat təşkil etmişdir. Belə olan halda, səlahiyyətli orqanın nəyə əsasən aşağı məbləğə əmək haqqının mövcud olması qənaətinə gələrək inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi başa düşülən deyildir. Məhkəmə iclasına dəvət edilmiş nümayəndə də hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin nəyə əsasən tətbiq olunmasını əsaslandıra bilməmiş, sadəcə daha aşağı məbləğə əmək haqqının ödənilməsinin müəyyən edilməsinə istinad etmiş, lakin buna daair hansısa bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Hər bir halda məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin istinad etdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, iş materialları ilə X2 ilə “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsində işçinin aylıq əmək haqqının ##.##.2025-ci il tarixdən etibarən 400 manat məbləğində müəyyən edilməsi öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmədə tədqiq edilmiş bank çıxarışları və onlara əlavə edilmiş cədvəllərdən görünür ki, 2025-ci ilin fevral və mart ayları üzrə işçiyə məhz əmək müqaviləsində nəzərdə tutulmuş 400 manat əmək haqqı hesablanmış, lakin həmin məbləğdən qanunvericiliyə uyğun olaraq dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta və digər məcburi ödənişlər tutulduqdan sonra faktiki olaraq 364 manat məbləğində vəsait işçinin əmək haqqı kartına köçürülmüşdür. Bu baxımdan işçiyə faktiki olaraq köçürülən məbləğin əmək müqaviləsində müəyyən edilmiş əmək haqqından az olması minimum əmək haqqından aşağı əmək haqqı müəyyən edilməsi və ya ödənilməsi kimi qiymətləndirilə bilməz, çünki həmin fərq işəgötürənin iradəsindən asılı olmayan, birbaşa qanunvericiliyin tələbindən irəli gələn məcburi tutulmalar nəticəsində yaranmışdır. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, Ramil Quliyev ##.##.2025-ci il tarixdən öz hesabına məzuniyyətə buraxılmış, ##.##.2026-cı il tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin tədqiq edilmiş arayışlarla “xxxx” MMC-nin yalnız 2025-ci ilin fevral və mart aylarında fəaliyyət göstərməsi təsdiqini tapmışdır ki, həmin dövrlər üzrə də işçiyə əmək müqaviləsinə uyğun olaraq aylıq 400 manat əmək haqqının hesablanması və qanunvericiliklə müəyyən edilmiş tutulmalar çıxıldıqdan sonra ödənilməsi müəyyən edilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən minimum əmək haqqından aşağı əmək haqqı ödənilməsi ilə bağlı gəlinmiş nəticə əmək haqqının hüquqi mahiyyətinin düzgün qiymətləndirilməməsi nəticəsində formalaşmışdır. Belə ki, əmək müqaviləsində müəyyən edilən əmək haqqı işçinin “brüt” (hesablanmış) əmək haqqısını ifadə edir və işçiyə ödənilməli məbləğdən qanunvericiliklə müəyyən edilmiş dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta və digər məcburi tutulmalar çıxıldıqdan sonra işçinin hesabına köçürülən vəsait “xalis” (net) əmək haqqı hesab olunur. Bu səbəbdən işçinin bank hesabına köçürülmüş məbləğin əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az olması öz-özlüyündə minimum əmək haqqından aşağı əmək haqqının müəyyən edilməsi və ya ödənilməsi faktını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Əks yanaşma əmək qanunvericiliyinin mahiyyətinə zidd olmaqla yanaşı, qanunvericiliklə məcburi xarakter daşıyan tutulmaların işəgötürənin hüquqazidd davranışı kimi qiymətləndirilməsinə gətirib çıxarar ki, bu da yolverilməzdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərarından şikayət verilən orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə ##.##.2025-ci il tarixli, MN ******* nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsi faktı öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X2 əmək haqqı ##.##.2025-ci il tarixdən etibarən qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əmək haqqına uyğun olaraq 400 manat müəyyən edilmiş, 2025-ci ilin fevral və mart ayları üzrə də həmin məbləğ hesablanmış, yalnız qanunvericiliklə müəyyən edilmiş məcburi tutulmalar həyata keçirildikdən sonra işçiyə xalis məbləğ köçürülmüşdür. Odur ki, səlahiyyətli orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hesab edirəm ki, apellyasiya qaydasında verilmiş şikayət əsasssız olduğundan təmin edilməməli, sözügedən inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında” elektron qərarından verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1970/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1970/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver