Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1974/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ## ##### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsində göstərmişdir ki, o, ## ###### 2025-ci il saat 12:05 radələrində idarə etdiyi “Tesla Y” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şah İsmayıl Xətai prospektində yerləşən “Günaydın” restoranının həyətindən çıxan zaman qarşısında nə svetofor, nə də 1.12 “STOP” xətti mövcud olmadığı üçün yolayrıcınının boşalmasını gözləyib yoluna davam etmişdir. Həmin ərazidə olan bütün istiqamətlərdən gələn digər yollarda həm svetofor, həm də 1.12 “STOP” xətti mövcuddur. YPX-nin əməkdaşı onun arxasınca gələrək svetoforun qadağanedici işığında keçdiyini bildirmişdir. “Günaydın” restoranının həyətindən çıxan yerdə nə svetofor, nə də 1.12 “STOP” xətti mövcud olmadığı üçün qayda pozuntusuna yol vermədiyini YPX əməkdaşlarına izah etməyə çalışsa da, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri DYPİ-nə şikayət ərizəsi göndərsə də, həmin protokol qüvvədə saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarları ilə inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq iş yenidən araşdırma üçün göndərilsə də, ## ##### 2026-cı il tarixində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Müvafiq orqan qərarı ləğv edə bilməyəcəyini, bunun üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Həm “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunda, həm də “Vyana Konvensiyasında” qeyd edilmişdir ki, sürücülər üçün nəzərdə tutulmuş nişanlar və işıq siqnalları elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla görə və qavraya bilsin, onlar qüvvəyə mindiyi yerin bilavasitə yaxınlığında yerləşdirilsin. Yolda olan xətləmələr də onu göstərir ki, qərar yanlışdır, yol polisinin istinad etdiyi svetofor onun olduğu yerdən görünmür, onunla həmin svetoforun arasında “Günaydın” restoranının həyətində bir sıra parklanma zolağı, çiçək yataqları, nəqliyyat vasitələri, dəmir barmaqlıqlar və 6 zolaqlı yol mövcuddur. Göstərilənlərə əsasən, barəsində inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu bildirərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə şikayət təmin edilərək, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilib və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya şikayəti verərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq məlumat şikayət verilən orqana qanunla müəyyən edilmiş qaydada göndərilsə də, həmin orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, onun gəlməməsinin səbəbləri araşdırılmamış və üzrlü səbəblərin olub-olmaması məhkəmə tərəfindən dəqiqləşdirilməmişdir. Məhkəmə işə həmin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi, hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxsin və ya səlahiyyətli nümayəndənin məhkəmə iclasına gəlməməsinin səbəblərini araşdırmadan, habelə həmin şəxsin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü kifayət qədər əsaslandırmadan məhkəmə baxışını davam etdirmişdir. Beləliklə, hakim prosessual qanunvericiliyin qeyd olunan tələblərinə riayət etməmiş, işin hallarını tam və obyektiv araşdırmadan qərar qəbul etmiş, nəticədə tərəflərin çəkişmə və bərabərlik prinsiplərinə, habelə ədalətli məhkəmə araşdırması hüququna xələl gətirmişdir. Hakim işin hallarını tam və obyektiv araşdırmamış, sübutlara birtərəfli qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsi ilə svetoforla tənzimlənən yolayrıcına daxil olmuşdur. Məhkəmə isə yalnız nəqliyyat vasitəsinin hərəkətə başladığı nöqtəyə istinad edərək həmin hərəkətin sonradan svetoforla tənzimlənən yol sahəsinə daxil olması halına lazımi hüquqi qiymət verməmişdir. Hakim tərəfindən tədqiq edilmiş fotoşəkillər və videogörüntülər əsasında svetoforun şikayətçinin hərəkət istiqamətinə aid olmaması barədə nəticəyə gəlinmişdir. Lakin həmin nəticə xüsusi bilik tələb edən texniki məsələlər üzrə ekspert rəyi ilə deyil, yalnız məhkəmənin subyektiv qiymətləndirməsinə əsaslanmışdır. Bundan başqa, hakim inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin olmaması nəticəsinə gəlmiş, lakin bu nəticəyə gəlmək üçün inzibati orqanın əməkdaşlarının tərtib etdiyi rəsmi sənədlərin sübut əhəmiyyətini kifayət qədər qiymətləndirməmişdir. Hakim tərəfindən iş üzrə ziddiyyətli hesab edilən halların aradan qaldırılması üçün əlavə sübutların toplanması, hadisə yerinə baxış keçirilməsi, mütəxəssis və ya ekspert rəyinin alınması imkanları araşdırılmadan ən sərt nəticə olan icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla bağlı, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Apellyasiya baxışında məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib məzmununa uyğun izahat verərək müvafiq videogörüntüləri təqdim edərək həmin ərazidə - istinad edilən restoranın bilavasitə çıxışında, həmin restorandan çıxan avtomobillər üçün də nəzərdə tutulmuş müasir standartlara uyğun işləyən svetofor olduğunu və həmin ərazidə aydın göründüyünü, svetoforun görünməsinə heç bir mane olmadığını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən həmin svetofora əməl edilməli olduğunu, həmçinin sola hərəkətin qadağan olduğunu qeyd edib birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ## ##### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) qarşısında stop xətt olmadığını, svetoforun qırmızı işıqda olduğunu, amma həmin svetoforun göstərişinin ona aid olmadığını, onun etdiyi formada hərəkətə davam edən digər sürücülər barəsində isə inzibati xəta haqqında protokol tərtib edilmədiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli tam və obyektiv araşdıraraq, çıxışları dinləyərək belə hesab edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli TP ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən, qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ## ##### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu ## ###### 2025-ci il saat 12:06-da “Bakı şəhəri, Babək pr. 8” ünvanında idarə etdiyi “Tesla Model Y” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarından görünür ki, şikayət qismən təmin edilərək Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlunun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin TP ******* nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması səlahiyyəti orqana tapşırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarından görünür ki, şikayət qismən təmin edilərək Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlunun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin TP ******* nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması səlahiyyəti orqana tapşırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından görünür ki, şikayət qismən təmin edilərək Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlunun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin TP ******* nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması səlahiyyəti orqana tapşırılmışdır. Birinci instansiya məhkəməsində iştirak edən Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu məhkəmə videogörüntü və fotoşəkillər təqdim etməklə ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin üç qərarı ilə inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş baxılması üçün səlahiyyətli orqana göndərilsə də, heç bir araşdırma aparılmadan yenidən barəsində inzibati tənbeh vermə haqqında ## ##### 2026-cı il tarixli qərar qəbul edilmişdir. Şikayətinin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “fotoşəkillərdən görünür ki, “Günaydın” restoranının giriş-çıxış hissəsində hərəkəti tənzimləyən hər hansı svetofor quraşdırılmamış, həmin giriş hissəsinin sağ tərəfində yerləşən svetofor restoranın giriş-çıxışından həyata keçirilən hərəkətə aid deyildir. Sürücünün svetoforun qadağanedici siqnalı verildikdə dayanmalı olduğu yeri göstərən 1.12 (stop-xətt) nişanlanma xətti yalnız qeyd olunan svetoforun təsir dairəsində olan hərəkət zolaqlarını əhatə edir və həmin nişanlanma xətti “Günaydın” restoranının giriş-çıxış hissəsinə qədər davam etmir. Restoranın giriş-çıxış hissəsində isə 1.12 nişanlanma xətti mövcud deyildir. “CD” formatlı diskdə olan videogörüntüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu ## ###### 2025-ci il tarixdə saat 12:06 radələrində idarə etdiyi “Tesla Model Y” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Günaydın” restoranının çıxış hissəsindən əsas yola daxil olarkən hərəkət növbəliliyinə riayət etmiş, digər nəqliyyat vasitələrinin keçidini gözləmiş və yalnız hərəkət üçün təhlükəsiz şərait yarandıqdan sonra yolayrıcına daxil olmuşdur. Videogörüntüdə onun hərəkət istiqamətinə aid olan hər hansı svetoforun qadağanedici siqnalını pozmasını və ya svetoforun tələblərinə zidd hərəkət etməsini təsdiq edən hallar müəyyən edilmir. İnzibati orqan tərəfindən qəbul edilmiş qərar işin faktiki hallarına, sübutlara və qanunvericiliyin tələblərinə uyğun deyildir, obyektiv sübutlarla təsdiq olunmur. Fotoşəkillərdən və videogörüntülərdən müəyyən olunur ki, şikayətçi nəqliyyat vasitəsini svetoforla birbaşa tənzimlənən yol hissəsindən deyil, “Günaydın” restoranının giriş-çıxış hissəsindən idarə etmişdir. Həmin ərazidə sürücünün davranışını tənzimləyən ayrıca svetoforun, habelə “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsində nəzərdə tutulmuş 1.12 (stop-xətt) nişanlanma xəttinin mövcudluğu müəyyən edilmir. İnzibati orqanın istinad etdiyi svetofor və stop-xətt başqa hərəkət istiqamətləri üçün nəzərdə tutulmuş, onların təsir dairəsi restoranın giriş-çıxış hissəsini əhatə etməmişdir. Sürücünün hər hansı svetofor siqnalının tələblərinə riayət etmək vəzifəsinin yaranması üçün ilk növbədə həmin svetoforun konkret hərəkət istiqamətinə aid olması və sürücü tərəfindən aydın şəkildə qavranılması müəyyən edilməlidir. Şikayətçinin hərəkətə başladığı nöqtə ilə inzibati orqanın istinad etdiyi svetofor arasında parklanma sahələri, yaşıllıq zolaqları, konstruktiv maneələr və çoxzolaqlı hərəkət hissəsi yerləşmiş, svetofor bir qədər kənarda köndələn istiqamətdə qurulmuşdur. Bu hallar sözügedən svetoforun məhz restoranın giriş çıxış hissəsindən hərəkətə başlayan sürücülərin davranışını tənzimləməsi barədə nəticəyə gəlməyə imkan vermir. Bundan başqa, məhkəmə iclasında tədqiq olunmuş videogörüntülərdən görünür ki, şikayətçi yolayrıcına daxil olmamışdan əvvəl digər nəqliyyat vasitələrinin hərəkətini gözləmiş, hərəkət üstünlüyü qaydalarına riayət etmiş və yalnız hərəkət üçün təhlükəsiz şərait yarandıqdan sonra yolayrıcına daxil olmuşdur. Videogörüntülərdə onun hərəkət istiqamətinə aid olan hər hansı svetoforun qadağanedici siqnalını pozmasını təsdiq edən məlumat mövcud deyildir. İnzibati orqanın qəbul etdiyi qərarlar artıq üç dəfə məhkəmə tərəfindən ləğv edilmiş və iş əlavə araşdırma aparılması üçün yenidən həmin orqana qaytarılmışdır. İnzibati orqan məhkəmənin əvvəlki qərarlarında göstərilmiş halların araşdırılması istiqamətində heç bir effektiv tədbir görməmiş, yeni sübutlar toplamamış, mövcud ziddiyyətləri aradan qaldırmamış və faktiki olaraq əvvəlki qərarların məzmununu təkrarlayan yeni qərarlar qəbul etmişdir. İş əlavə araşdırma üçün qaytarıldığı halda həmin araşdırmanın aparılması, mövcud şübhələrin aradan qaldırılması və təqsirin mötəbər sübutlarla təsdiq olunması inzibati təqibi həyata keçirən orqanın birbaşa vəzifəsidir. Hazırkı iş üzrə isə şikayətçinin hərəkət istiqamətinə aid svetoforun mövcudluğu, həmin svetoforun qadağanedici siqnalının tətbiq olunması və şikayətçinin bu siqnalı pozması barədə nəticəyə gəlməyə imkan verən mötəbər sübutlar təqdim edilməmişdir. Mövcud sübutlar isə inzibati orqanın gəldiyi nəticələrin mübahisəli olduğunu və hadisənin başqa cür baş verməsi ehtimalını istisna etmədiyini göstərir”. Beləliklə, birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, verilmiş şikayət təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlunun barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, məhkəmə şikayətdə göstərilən halları araşdırmadan inzibati xəta haqqında iş üzrə icraat apararkən Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu barəsində tərtib edilmiş protokol üzrə təqsirliliyinin sübuta yetirilmədiyi nəticəsinə gələrək Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ## ##### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 2-1-ci bəndinə əsasən, yol hərəkətinin təşkilinin texniki vasitələri yol hərəkətinin təşkilinin texniki vasitələri – yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s). Həmin maddənin 11-ci bəndinə əsasən, yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin maddənin 12-ci bəndinə əsasən, nizamlanan yolayrıcı – hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır. Həmin maddənin 13-cü bəndinə əsasən, nizamlanmayan yolayrıcı – nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır. Həmin Qanunun 10-cu maddəsinin 2-ci və 10-cu bəndlərinə əsasən, avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır, avtomobil yollarından yol nişanlarının, svetoforların, hərəkətin təşkilinin digər texniki vasitələrinin çıxarılmasına, görünüşünün müxtəlif maneələrlə məhdudlaşdırılmasına, zədələnməsinə, özbaşına qurulmasına, görmə şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların qurulmasına yol verilməməlidir. Həmin Qanunun 59-cu maddəsinin İ-ci bəndinə əsasən, yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir. Həmin Qanunun 60-cı maddəsinin İ-ci bəndinə əsasən, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Həmin maddənin II-ci bəndinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: yolayrıcında – kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; başqa yerlərdə – hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Həmin Qanunun 69-cu maddəsinə əsasən VI-cı bəndinə əsasən, üfiqi nişanlanma xətlti olan 1.12 (stop-xətt) — 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir. İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Məhkəmə işin hallarını araşdıraraq belə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu təsdiqini tapmışdır. Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlunun təqsiri iş materiallarında mövcud olan mötəbər sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Amma birinci instansiya məhkəməsi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ## ##### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara baxaraq mötəbər sübutları düzgün qiymətləndirmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verərkən işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə belə hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ## ##### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olması müəyyən olunur. Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutları, o cümlədən fotoşəkilləri, videogörüntüləri və işin faktiki hallarını məcmu halda araşdıraraq müəyyən etdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixində saat 12:03 radələrində "Tesla Model Y" markalı nəqliyyat vasitəsini idarə edərək "Günaydın" restoranının çıxış hissəsindən tənzimlənən yolayrıcına daxil olmuşdur. İş üzrə əldə edilmiş videogörüntülərdən aydın və mübahisəsiz görünür ki, sürücünün yolayrıcına daxil olduğu anda həmin hərəkət istiqaməti üzrə quraşdırılmış svetoforun qadağanedici (qırmızı) siqnalı qüvvədə olmuş, sürücünün sol tərəfində yerləşən svetofor qurğusu və onun qırmızı işığı görmə sahəsində açıq şəkildə təsbit edilmişdir. Həmçinin köndələn və əsas hərəkət zolaqlarındakı nəqliyyat axınının rejimi, yəni digər nəqliyyat vasitələrinin dayanaraq svetoforun icazəverici siqnalını gözləməsi həmin anda yolayrıcında svetoforun qadağanedici işığının olduğunu təsdiqləyir. Bununla belə, sürücü Qərardan şikayət verən orqan (şəxs) svetoforun hərəkətə icazə verən siqnalını gözləmədən qadağanedici siqnalın təsiri altında olan tənzimlənən yolayrıcına daxil olmuş və hərəkətini davam etdirmişdir. Məhkəmə qeyd edir ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin İ hissəsinə əsasən, svetoforun siqnallarına riayət olunması bütün yol hərəkəti iştirakçıları üçün məcburidir. Həmin maddənin II hissəsinə müvafiq olaraq, svetoforun qadağanedici siqnalı verildikdə, stop-xətt (1.12 nişanlanması) olmadıqda belə, sürücü nəqliyyat vasitəsini kəsişən yolun hərəkət hissəsi qarşısında və ya bilavasitə svetofor qarşısında saxlamağa borcludur. Məhkəmə hesab edir ki, restoranın çıxış hissəsində ayrıca 1.12 nişanlanmasının (stop-xəttin) mövcud olmaması sürücünü svetoforun qadağanedici siqnalına əməl etmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəqliyyat vasitəsinin yolayrıcına restoranın çıxış hissəsindən daxil olması faktı da sürücünü bu vəzifədən azad edən hal kimi qiymətləndirilə bilməz. Bu iş üzrə də tənzimlənən yolayrıcına istənilən istiqamətdən daxil olan sürücü hərəkət növbəliliyini müəyyən edən svetofor siqnallarına riayət etməli, digər hərəkət zolaqlarındakı nəqliyyat vasitələri qadağanedici siqnal əsasında dayandıqda kəsişməyə daxil olmamalıdır. Birinci instansiya məhkəməsi isə iş üzrə hallar qiymətləndirilərkən nəqliyyat vasitəsinin hərəkət trayektoriyasını və tənzimlənən yolayrıcının sərhədlərini lazımi qaydada nəzərə almamış, sürücünün yanaşı ərazidən çıxması halına həlledici hüquqi əhəmiyyət verməklə "Yol hərəkəti haqqında" Qanunun 60-cı maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Bunun nəticəsində barəsində icraat aparılan şəxsin təqsirinin olmaması barədə çıxarılan nəticə iş üzrə toplanmış sübutlara və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun gəlmir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) tərəfindən svetoforun qadağanedici siqnalı altında tənzimlənən yolayrıcına daxil olmaqla yol hərəkəti qaydalarının pozulması faktı iş materialları ilə tam və hərtərəfli təsdiqini tapmışdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu tərəfindən həqiqətən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu tərəfindən verilmiş şikayətdə qeyd olunanlar və birinci instansiya məhkəməsində məhkəmə iclasında qeyd olunanlar məsuliyyətdən yayınmaq cəhdi daşıyır. Yekun olaraq, məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik-davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlunun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməldə (hərəkət və ya hərəkətsizliyi) təqsirinin qəsd və yaxud ehtiyatsızlıq formasından asılı etməmiş və şəxsə münasibətdə qanunvericilikdən irəli gələn hüquqi nəticələr yaranmışdır. Həmçinin qeyd olunur ki, əməli inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmçinin məhkəmə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ## ##### 2026-cı il tarixli TP ******* nömrəli qərarı ilə təyin edilmiş inzibati tənbeh tədbirinin həddinə münasibətdə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində yüz manat məbləğdə cərimə nəzərdə tutulmuş, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən isə mümkün yeganə həddə - 100 manat məbləğində cərimə təyin edilmişdir. Beləliklə, sanksiyada nəzərdə tutulmuş yeganə növdə və həddə cərimə tənbeh tədbirinin növünün dəyişdirilməsi və ya məbləğin azaldılması üçün əsaslar müəyyən edilmir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Qeyd olunmalıdır ki, qəsdən törədilən inzibati xəta və ya ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və göstərilən hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlunun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ## ##### 2026-cı il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İnzibati Xətalar Məcəlləsinin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ## ##### 2026-cı il tarixli TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz
Məhkəmə qərarları › İş №3(3-6)-1974/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1974/2026
15.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver