Məhkəmə qərarları › İş №3(3-6)-1975/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1975/2026

06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1975/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi – X2, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materialdan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı ŞBPİ-nin DYPİ-nin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Bakı ŞBPİ-nin DYPİnin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev apellyasiya qaydasında şikayət verib birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvəsində saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı ŞBPİ-nin DYPİ-nin ##.##.2026cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il saat 09:04-də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etdiyinə görə Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat cərimə edilmişdir. İş materiallarında olan inzibati xətanın törədildiyi qeyd olunan avtomobil yolunun görüntülərini əks etdirən fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində iki zolaqlı kənar yolda sağda “5.9” - ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı, körpüyə çatmadan sağa yerdəyişmə üçün “1.11” - üfüqi nişanlanma xətti, sağ tərəfdə inzibati binanın həyətinə giriş üçün açıq sahə, bir qədər irəlidə isə sağ tərəfdən birləşən yolayrıcı müşahidə edilir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sürücünün yolayrıcında sağa dönmə məqsədilə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan, həmin zolaqda uzun məsafə qət etmədən və hərəkətin təhlükəsizliyini təmin etməklə qırıq nişanlanma xəttindən istifadə etməsi özlüyündə qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz və belə davranış inzibati xəta tərkibinin mövcudluğu barədə birmənalı nəticəyə gəlmək üçün kifayət etmir. Belə olan halda, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərində Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi müəyyən edilməmiş, onun əməlində inzibati xəta tərkibinin zəruri elementləri sübuta yetirilməmiş, təqsirliliyi barədə mövcud olan aradan qaldırılması mümkün olmayan şübhələr isə İXM-in 8.3-cü maddəsinin tələbinə uyğun olaraq onun xeyrinə təfsir edilməlidir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, sürücünün yolayrıcında sağa dönmə məqsədilə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan, həmin zolaqda uzunmüddətli hərəkət etmədən və yol hərəkətinin təhlükəsizliyini təmin etməklə birinci qırıq nişanlanma xəttindən istifadə etməsi inzibati xəta tərkibi yaratmır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsaəsn hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində istinad edilmiş dəlillər əsassız olduğundan rədd edilməlidir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onun İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam vermişdir. İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi barəsində qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.1-1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı ŞBPİ-nin DYPİnin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv edilərək, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Belə olduğu təqdirdə, birinci instansiya məhkəməsinin hakiminin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsaslar olmadığından həmin qərar dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-nin 3,12, 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar