Məhkəmə qərarları › İş №3(3-6)-1976/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1976/2026

09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1976/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Məmmədov Fuad Oruc oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nərimanov RPI-nin DYPŞ tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinin qismən təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı qərarından Bakı şəhər Nərimanov Rayon Polis Idarəsinin rəisi Arzu Heydərov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Məmmədov Fuad Oruc oğlu Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPI-nin DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, ## ####### 2025-ci il tarixli “Inzibati tənbeh vermə haqqında” qərarından şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov RPI-nin DYPŞ-nin inspektoru X1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli protokolla guya o, “Audi” markalı, **-SQ-*** dövlət nömrə nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə inzibati xəta törətmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının IXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bildirir ki, o, Təbriz küşəsi ilə Ə.Ağaoğlu küçələrinin kəsişməsində hərəkətdə olarkən “Toyota RAV-4” markalı, **-SU-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən avtomobilinin arxa sol tərəfindən vurulmaqla qəzaya məruz qalmışdır. Həmin vaxt hadisə yerinə gələn DYP inspektoru işıqforun işləmədiyinə görə mübahisəni öz aralarında həll etməyi tövsiyə etmişdir. Həmin baş vermiş hadisə ilə bağlı videokameraların görüntülərində də bu halı onlara nümayiş etdirmişdir. Həmin hadisə vaxtı o, işıqforun işləmədiyini, qarşı tərəfdən gələn avtomobilin quraşdırılmış “STOP” nişanının tələblərinə əməl etmədiyini də telefon vasitəsi ilə qeydə almışdır. Bu hadisədən xeyli vaxt keçdikdən sonra o, 2- 3 gün bundan əvvəl “Toyota RAV-4” markalı, **-SU-*** dövlət nömrə nişanlı avtomobilin sahibinin ona qarşı məhkəmədə iddia qaldırdığı zaman barəsində TP ******* nömrəli qərar tərtib edildiyini öyrənmişdir. Dərhal müraciət edib ##.##.2026-cı il tarixdə qərarın surətini əldə etmişdir. Barəsində tərtib edilmiş TP ******* nömrəli qərarla bağlı bildirir ki, qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin vaxt ərazidə olan işıqfor işlək vəziyyətdə deyildi. Bu hal hadisə ona nümayiş etdirilərkən də açıq-aydın görsənir. Həmin müşahidə kameralarının görüntülərini təqdim edilməsini istəsə də, ancaq məhkəmə sorğusu əsasında təqdim edilə biləcəyini bildirmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Nərimanov RPI-nin DYPŞ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli ## ####### 2025-ci il tarixli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Bakı şəhər Nərimanov Rayon Polis Idarəsinin rəisi Arzu Heydərov apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və protokolla bağlı tərəflərindən çıxarılmış qərarın yenidən qüvvəyə minməsinə göstəriş verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə Nərimanov RPI DYPŞ-nin YNH inspektoru, R Ülvi Səfərov xidmətdə olarkən “Audi” markalı ** SQ *** və “Toyota" markalı ** SU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi törətməsi barədə DIN-in “102” xidmətinə daxil olmuş məlumat almışdır. Daxil olmuş məlumatla bağlı dərhal hadisə yerinə yaxınlaşan R Ü.Səfərov, “Audi” markalı ** SQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi inzibati xətasına yol verdiyini, bu səbəbdən də yol nəqliyyat hadisəsi baş verdiyini və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində təqsirsiz tərəf olan “Toyota” markalı ** SU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəydiyini aşkar etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı ilkin araşdırma aparılmış, “Audi” markalı ** SQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Nərimanov Rayon Məhkəməsinin hakimi Tural Musayev tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarın ləğv edilərək, protokolla bağlı tərəflərindən çıxarılmış qərarın yenidən qüvvəyə minməsinə göstəriş verməyi xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Məmmədov Fuad Oruc oğlu şikayətin təmin olunmamasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bakı şəhər Nərimanov Rayon Polis Idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə Bakı şəhər Nərimanov Rayon Polis Idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyib, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov RPI-nin DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli qərardan görünür ki, X3 ##.##.2025-ci il saat 02:00-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Audi A7” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarda hesab etmişdir ki, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertiza təyin edilərək keçirilməli, hadisənin başvermə şəraiti və iştirakçıların hərəkətlərinə hüquqi qiymət verilməsi üçün əhəmiyyət kəsb edən bütün hallar əlavə araşdırılmalıdır. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması prinsiplərinə riayət edilmədən qəbul edilmişdir. Bu pozuntular iş üzrə düzgün nəticəyə gəlməyə mane olduğundan, şikayətdə göstərilən dəlillərin tam yoxlanılması, iş üzrə əhəmiyyətli olan bütün faktiki halların müəyyən edilməsi və zəruri ekspert tədqiqatlarının aparılması məqsədilə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və işin yenidən araşdırılması üçün aidiyyəti üzrə göndərilməsinə zərurət yaranmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən kifayət qədər sübutlar mövcud deyil və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənləri nəzərə alaraq şəxsin inzibati xəta törətməsini sübut etmək, qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab edirəm. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur. Həmin qərarla şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nərimanov RPI-nin DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, ## ####### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti qismən təmin olunaraq həmin qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin quruma göndərilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhər Nərimanov Rayon Polis Idarəsinin rəisi Arzu Heydərov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nərimanov RPI-nin DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, ## ####### 2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinin qismən təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar